Misirin Qırmızı dəniz sahilindəki Şarm əş-Şeyx şəhərində baş verən yol qəzasında 3 Qətər diplomatı ölüb, 3-ü isə yaralanıb.
Məlumata görə, insident Qəzzada atəşkəslə bağlı keçirilən sammit ərəfəsində baş verib.
İlkin məlumatlara görə, ölən və yaralananlar davam edən sülh səyləri ilə bağlı danışıqlar aparmaq üçün Qəzza zolağında olan Qətər Baş nazirinin danışıqlar qrupunun üzvləridir.
Xatırladaq ki, bazar ertəsi Misirin paytaxtı Qahirədə Qəzzada müharibəyə son qoyulması üçün qlobal sammit keçiriləcək. Sammitdə saziş imzalanacağı gözlənilir.
TAHİR