Oktyabrın 10-da Nobel Sülh Mükafatı laureatının adı açıqlanacaq. Mükafatın rəsmi saytında yer alan məlumata görə, bu il mükafata 338 namizəd irəli sürülüb. Onlardan 244-ü fərdi şəxs, 94-ü isə təşkilatdır. Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın da adı namizədlər siyahısındadır. O, Barak Obamadan 16 il sonra (2009) Nobel mükafatını qazanan ABŞ Prezidenti olmaq istəyir. Xatırladaq ki, 2024-cü ildə Yaponiyanın "Nihon Hidankyo" milli təşkilatı Nobel Sülh Mükafatı laureatı olub.
Mətləb