ABŞ Prezidenti Donald Tramp İspaniyanı şoka salan açıqlama yayıb. Ağ Ev rəhbəri rəsmi Madridin NATO-dan xaric edilməsini təklif edib. Buna səbəb İspaniyanın alyansda Trampın beş faiz müdafiə xərcləri tələbini yerinə yetirməməsidir.
“Biz Finlandiya və NATO ilə çox sıx əməkdaşlıq edirik. Bildiyiniz kimi, mən xahiş etmişdim ki, müdafiə xərcləri 2 faiz yox, 5 faiz olsun. İnsanların çoxu bunun olmayacağını düşünürdü, lakin bu, yekdilliklə qəbul edildi. Bizim bir geri çəkilənimiz var, bu da İspaniyadır. Onların bunu etməmək üçün heç bir bəhanəsi yoxdur. Bəlkə ən yaxşısı onları NATO-dan çıxarmaqdır”, - Tramp bildirib.
Mətləb