Rusiya ordusu bu gecə Ukrayna paytaxtı Kiyevə 5 saat davam edən kütləvi dron hücumu edib. Kiyevdə güclü partlayış səsləri eşidilib, hava hücumundan müdafiə sistemi aktiv işə düşüb. Çoxkombinasiyalı hava hücumundan zərbə dronları və müxtəlif tipli raketlərdən, o cümlədən ballistik raketlərdən istifadə olunub, dağıntılar qeydə alınıb.
Kiyev şəhər meri Vitali Kliçko “Telegram” səhifəsində yazıb ki, kütləvi hava hücumu zamanı 9 nəfər yaralanıb, onlardan 5-i xəstəxanaya yerləşdirilib. Merin sözlərinə görə, kritik infrastruktura edilən hava hücumlərı nəticəsində şəhərin sol sahili elektriksiz qalıb. Su təchizatında da problemlər var.
Mətləb