ABŞ prezidenti Donald Tramp İsrailə silah embarqosu tətbiq edən NATO üzvü olan İspaniyanı sərt sözlərlə tənqid edib. Tramp Ağ Evdə verdiyi açıqlamada İspaniyanın NATO-dan çıxarılmasını təklif edib.
Tramp İspaniyanı müdafiə büdcəsini artırmadığına görə tənqid edən Tramp bildirib ki, müdafiə büdcəsini artırmayan İspaniya NATO-dan xaric edilməlidir.
İspaniyadakı solçu azlıq koalisiya hökumətinin Qəzzada qırğınlara görə tətbiq etdiyi sanksiyaların bir hissəsi olan İsrailə silah embarqosunu nəzərdə tutan qətnamə parlamentdə təsdiqlənib. Hökumətin İsrailə qarşı tətbiq etdiyi 9 maddəlik sanksiyaların ən mübahisəlisi olan silah embarqosu Nazirlər Şurası tərəfindən sentyabrın 9-da qəbul edilib.
İspaniya hökuməti uzun müddət Qəzzada iki ildir davam edən savaşdan sonra İsraillə silah ticarəti ilə məşğul olmadığını iddia etsə də, bəzi vətəndaş cəmiyyəti təşkilatları tarix və sazişlər ortaya qoyaraq hökumətə təzyiq göstəriblər. Həm daxili təzyiqlərə, həm də İsraillə üzləşdiyi diplomatik böhrana görə ökumət sentyabrın 9-da İsrailə qarşı doqquz maddədən ibarət sanksiyalar tətbiq etmək qərarına gəlib.
TAHİR