ABŞ prezidenti Donald Tramp İsrail və HƏMAS-ın Qəzza münaqişəsinin həlli üçün sülh planının birinci mərhələsini imzaladığını açıqlayıb.
Tramp “Truth Social”dakı mesajında bütün girovların tezliklə azad ediləcəyini və İsrail ordusunun razılaşdırılmış xəttə çəkiləcəyini bildirib. ABŞ prezidenti bunun davamlı sülhə doğru ilk addım olduğunu vurğulayıb.
Prosesi “ərəb və müsəlman dünyası, İsrail, qonşu ölkələr və ABŞ üçün böyük bir gün” kimi xarakterizə edən Tramp Qətər, Misir və Türkiyəyə vasitəçilik rollarına görə təşəkkür edib.
TAHİR