Rusiya Xarici İşlər Nazirinin müavini Sergey Ryabkov Alyaskada Rusiya-Amerika sammitindən sonra yaranan Ukrayna böhranının həllinə ümid verən gözləntilərin böyük ölçüdə tükəndiyini bildirib.
Ryabkov bəyan edib ki, Alyaskada yaranan və kompromis əldə etməyə yönəlmiş güclü müsbət enerji demək olar ki, tamamilə yox olub.
Nazir müavini iddia edib ki, bu vəziyyət münaqişənin həllinə qarşı çıxan və onun davam etməsinin tərəfdarı olan şəxslərin hərəkətləri nəticəsində yaranıb. "Bu, ilk növbədə avropalıların dağıdıcı fəaliyyətinin nəticəsidir. Biz bunu açıq və birmənalı şəkildə bildiririk" – deyə Ryabkov bildirib.
TAHİR