Britaniya kəşfiyyatı iddia edir ki, Rusiya dörd illik qarşıdurmada 1 milyondan çox əsgər itirib və ya döyüşmək iqtidarında deyil, buna görə də xaricdən, ilk növbədə Kubadan döyüşçülər gətirirlər.
“Forbes” jurnalı yazır ki, Rusiya Ukrayna müharibəsində verdiyi itkiləri kompensasiya etmək və hərbi ehtiyaclarını ödəmək üçün xarici döyüşçülər təmin etməyə üz tutub.
Jurnal bu vəziyyətin münaqişənin mahiyyətini dəyişdiyini iddia edib. “Forbes”in məlumatına görə, Ukrayna hərbi kəşfiyyatçısı Andrey Yusov ABŞ Konqresində çıxış edərək, Rusiyanın döyüşə təxminən 25 min kubalı gətirə biləcəyini irəli sürüb.
O, bu vəziyyətin Moskva üçün "faydalı" olduğunu, çünki xarici itkilərin Rusiya daxilində sosial və siyasi reaksiyalara səbəb olmayacağını bildirib.
Qeyd edilir ki, Britaniya kəşfiyyatı Rusiyanın ümumi itkilərinin (ölü və yaralı) bir milyondan çox olduğunu hesab edir. “Forbes” yazır ki, bu vəziyyət Kremli Mərkəzi Asiya, Afrika və Latın Amerikasından döyüşçülər axtarmağa vadar edib.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Ukrayna qoşunlarının bütün cəbhə xəttlərindən geri çəkildiyini iddia etmişdi. Ancaq bu iddialar müstəqil mənbələr tərəfindən təsdiqini tapmayıb.
TAHİR