Qətərin Baş naziri və türkiyəli nümayəndələr oktyabrın 8-i Misirdə Qəzzada müharibənin dayandırılmasına yönəlmiş danışıqların üçüncü günündə HƏMAS və İsrail nümayəndələrinə qoşulacaqlar. "Əl-Ərəbiyyə" telekanalının məlumatına görə, danışıqlarda Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani, Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) başçısı İbrahim Kalın, Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ Prezidentinin kürəkəni, iş adamı Cared Kuşner iştirak edəcəklər.
Mətləb