Pakistanla Əfqanıstan arasındakı gərginlik böyüyür. Bu dəfə iki ölkənin sərhədi yaxınlığında döyüşçülərin hücumu nəticəsində 11 hərbçi öldürülüb. Bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb. Agentlik öldürülənlər arasında Pakistanın hərbiləşdirilmiş birləşmələrinin 9 əsgər və iki zabitinin olduğunu qeyd edir. Məlumata görə, hərbçilər döyüşçülər tərəfindən qurulmuş pusquya düşüblər.
Mətləb