ABŞ-ın müharibə naziri Pit Heqset ölkənin Hərbi Dəniz Qüvvələri üçün yeni nəsil gizli qırıcı təyyarələrinin layihəsini təsdiqləyib. "Reuters"in məlumatına görə, müdafiə orqanı həftənin sonuna qədər daşıyıcı əsaslı qırıcıların layihələndirilməsi və qurulması üçün podratçı seçə bilər. Pentaqon təyyarə istehsalçıları "Boeing" və "Northrop Grumman"ı nəzərdən keçirir. Döyüş təyyarəsi "F/A XX" adlanacaq və 1990-cı illərdən xidmətdə olan "F/A-18E/F Super Hornet"i əvəz edəcək.
Mətləb Salahov