Fransanın sabiq Baş naziri Eduar Filipp Prezident Emmanuel Makronu səlahiyyət müddəti başa çatmazdan əvvəl istefa verməyə çağırıb.
"Fransa ölkəyə zərər vuran siyasi böhrandan nizamlı və layiqli şəkildə çıxmalıdır. Bu vəziyyətin daha 18 ay sürməsi çox uzundur", - deyə “Financial Times” Filippin açıqlamasından sitat gətirib.
Xatırladaq ki, Makronun səlahiyyət müddətinin başa çatmasına 18 ay qalır. Siyasətçi, həmçinin yeni parlament seçkilərinin hakim çoxluğu təmin edə bilməyəcəyi və bu səbəbdən böhranın daha da dərinləşəcəyi barədə xəbərdarlıq edib. Qəzet sabiq Baş nazirin hazırkı Fransa Prezidentinin müttəfiqi olduğuna da diqqət çəkib.
Eyni zamanda, “Politico” nəşri də Avropa rəsmilərinə istinadla Fransadakı böhrana görə Avropa İttifaqının zəifləyəcəyinə dair proqnoz irəli sürüb.
ZÜMRÜD