Almaniyanın keçmiş kansleri Angela Merkel bəyan edib ki, Macarıstanın baş naziri Viktor Orbanı Rusiyanın Avropa İttifaqı daxilində “troya atı” adlandırmaq olmaz.
"Bu cəfəngiyyatdır. Biz buna aldanmayacağıq, məncə, bu, absurddur" – deyən keçmiş kansler bildirib ki, Orban həmişə beynəlxalq arenada Macarıstanın mövqeyini və ölkənin iqtisadi maraqlarını təmsil edib. Merkel, digər Aİ ölkələrindən fərqli olaraq, Macarıstanın Rusiyanın enerji mənbələrindən imtina etməyəcəyini vurğulayıb: "LNG-ni bura gətirmək o qədər də asan deyil, çünki onların dənizə çıxışı yoxdur, hər şey daha mürəkkəbdir".
Bundan başqa, Merkel koronavirus pandemiyasının Rusiya rəsmilərinin Ukraynada hərbi əməliyyat keçirmək qərarına təsir edən əsas amil olduğunu deyib. Merkel, koronavirus məhdudiyyətlərinə görə Rusiya Prezidenti Vladimir Putinlə üzbəüz görüşə bilmədiyini və bu cür problemlərin həlli üçün videokonfransın kifayət etmədiyini açıqlayıb.
TAHİR