Avropa İttifaqının mövqeyi bizim üçün və şəxsən mənim üçün maraqlı deyil. Bizim üçün əsas olan gürcü xalqının mövqeyidir. Mənim üçün də ən əsası gürcü xalqıdır”.
Bunu hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi şəhərinin meri Kaxa Kaladze Avropa İttifaqı (Aİ) liderlərinin Gürcüstanda keçirilmiş yerli seçkilərlə bağlı bəyanatını şərh edərkən deyib.
Onun sözlərinə görə, Gürcüstanın sahibləri hansısa kənar şəxslər deyil, sadə gürcü xalqıdır. “Bu ölkəni yalnız gürcü xalqı idarə edir. Hakimiyyətdə kimin olmasına və müxalifət spektrinin necə təmsil olunacağına da xalq qərar verir”, - deyə K.Kaladze vurğulayıb.
Baş katib deyib ki, “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası oktyabrın 7-də Avropa rəsmilərinin bəyanatına cavab verəcək.
Qeyd edək ki, ötən gün Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta Kos Gürcüstanda oktyabrın 4-də keçirilmiş yerli seçkilərlə bağlı tənqidi bəyanat yayıblar.