çərşənbə günü, 15 aprel 2026
     

“Azərbaycan-Rusiya münasibətləri dostluq, qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanır” - Vüqar Rəhimzadə

Image


Azərbaycanın xarici siyasətinin əsas tərkib hissəsi olan ikitərəfli əməkdaşlıq istiqamətində qazanılan uğurlar davamlılığı ilə diqqətdədir. İkitərəfli münasibətlərin inkişafı öz növbəsində  yeni əməkdaşlıq formatlarının yaranmasına, əlaqələrin coğrafiyasının genişləndirilməsinə öz müsbət təsirini göstərir.

Şübhəsiz ki, əməkdaşlığın möhkəmləndirilməsində  qarşılıqlı səfərlər, bu zaman imzalanan sənədlər, keçirilən görüşlərdə müzakirə olunan və gündəmə gətirilən məsələlər mühüm rol oynayır. Bu baxımdan dövlət başçısı İlham Əliyevin aprelin 22-də Rusiya Federasiyasına işgüzar səfəri, Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşündə, həmçinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşdəki çıxışında səsləndirilən fikirlər iki ölkə arasında münasibətlərin dünəninə, bu gününə və gələcəyinə bir daha işıq saldı. Məlumdur ki, Azərbaycan-Rusiya münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. Prezident İlham Əliyevin  qeyd etdiyi kimi, biz təkcə böyük nəqliyyat layihələri həyata keçirmir, həm də Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin yaradılmasında fəal iştirak edir, həm iqtisadi, həm siyasi, enerji, humanitar və bir çox digər sahələrdə fəal əməkdaşlıq aparırıq. Bu mühüm məqam da xüsusi vurğulandı ki, hazırda 50 illik yubileyi qeyd olunan bu nəhəng layihənin həyata keçirilməsində Ümummilli Lider Heydər Əliyevin böyük rolu olub. Dövlətimizin başçısı sözügedən görüşdəki çıxışında bu mühüm məqamı xüsusi qeyd etdi ki, Heydər Əliyev amili dövlətlərarası münasibətlərimizdə həmişə mühüm rol oynayıb və oynayacaq. Çünki o, Kremldə işlədiyi illərdə sovet dövlətinin və ona tapşırılan sahənin inkişafına rəvac vermək üçün böyük səylər göstərib. Onlardan biri də nəqliyyat sahəsi idi. Fəxr edirik ki, Azərbaycan inşaatçıları və mütəxəssisləri də bu nəhəng layihənin  tikintisində fəal iştirak ediblər. Tarixin müxtəlif məqamları ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırır, münasibətlərimizin gələcəkdə də ardıcıl inkişafına töhfə verir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, ölkələrimizin qarşılıqlı əlaqələrində siyasi münasibətlər mühüm yer tutur. Dövlət başçısı İlham Əliyev çıxışında bu reallığı da xüsusi vurğuladı ki, 2000-ci illərin əvvəllərində ölkələrimiz arasındakı dostluq və mehriban qonşuluq münasibətlərinin əsasını məhz Rusiya Prezidenti Vladimir  Putin və Ulu Öndər Heydər Əliyev qoyublar. Vladimir Putinin   2001-ci ildə Azərbaycana, Ümummilli Lider Heydər Əliyevin  2002-ci ildə Rusiyaya dövlət səfəri bu gün birlikdə şahidi olduğumuz böyük yolun başlanğıcı olub. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsinə başlanıldı. Müstəqillik tariximizdə iki ölkənin əlaqələrinin inkişafına xidmət edən sənədlərin say tərkibinin çoxluğu da bu dostluğun, müttəfiqliyin möhkəm təmələ əsaslandığını təsdiqləyir. Ulu Öndər Heydər Əliyevin  hakimiyyəti dövründə Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci ildə imzalanan "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə" əlaqələrimizdə yeni səhifə açdı. 2002-ci ildə Ulu Öndər Heydər Əliyevin Rusiyaya dövlət səfəri zamanı imzalanan "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyannamə" Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi baxımından mühüm sənəd oldu. Bu sənəd Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişafını nümayiş etdirdi.

YAP Xətai rayon təşkilatının sədri onu da vurğulayıb ki, Azərbaycanın xarici siyasətinin əsas məsələləri olan keçmiş Qarabağ münaqişəsinin, həmçinin Xəzərin hüquqi statusu məsələsinin həllində Rusiyann dəstəyi dövlətimiz tərəfindən yüksək dəyərləndirilir. Hər iki ölkənin dövlət başçıları ikitərəfli əlaqələrin genişləndirilməsini vacib amil kimi diqqət mərkəzində saxlayırlar. Belə ki, 2022-ci ilin fevralında Moskvada Azərbaycan və Rusiya prezidentlərinin  imzaladıqları "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə xalqlarımız arasında tarixi dostluq və mehriban qonşuluq ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə əsaslanaraq, dövlətlərarası münasibətlərimizi keyfiyyətcə yeni - müttəfiqlik səviyyəsinə qaldırdı. Siyasi münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsi iqtisadi münasibətlərin genişləndirilməsinə də müsbət təsirini göstərir. 

Vüqar Rəhimzadə bildirib ki, iki ölkə arasında bugünədək imzalanan 260 sənəd, mütəmadi qaydada keçirilən iqtisadi forum və konfranslar ikitərəfli münasibətlərin inkişafında həlledici rol oynayır. Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşündə ikitərəfli əlaqələrin gündəliyinin zənginliyi xüsusi qeyd edildi. Bildirildi ki, Azərbaycan-Rusiya ticarət-iqtisadi əlaqələrinin dayanıqlı inkişaf dinamikası təmin edilir. 2017-ci illə müqayisədə ticarət dövriyyəsi iki dəfədən çox artaraq, ötən il 4,5 milyard dollara çatıb. Bununla yanaşı, 2023-cü ildə iki ölkə arasında ümumi yük daşımalarının həcmi 2017-ci illə müqayisədə 87 faiz, tranzit yüklərin həcmi dörd dəfəyə yaxın artıb. Həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımaları 2017-ci illə müqayisədə 44 faizdən çox olub. Rusiyanın Azərbaycandakı şirkətləri yeni istehsal sahələri, xidmət mərkəzləri yaradaraq, sənaye sahəsində daha geniş əməkdaşlığa töhfə verirlər.

YAP Xətai rayon təşkilatının sədri onu da vurğulayıb ki, ölkələrimiz arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsi və daha da genişləndirilməsi məqsədilə bu ilin yanvarında "Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi" imzalandı. İki ölkənin əlaqələrinin hərtərəfli inkişafı üçün geniş imkanlar mövcuddur. Dövlət başçısı İlham Əliyev sözügedən görüşlərdə bu məqama da xüsusi diqqət yönəltdi ki,  regional təhlükəsizlik məsələləri həmişə aktualdır. Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir. Ölkələrimiz arasında əməkdaşlıqdan, qarşılıqlı fəaliyyətdən çox şey asılıdır. Qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və bütün məsələlərin nizamlanmasına çalışırıq. Bu əminlik də ifadə edildi ki, görüş münasibətlərimizin inkişafına yeni təkan verəcək.

Vüqar Rəhimzadə bu mühüm məqamı xüsusi qeyd edib ki, Azərbaycan-Rusiya münasibətləri dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq sürətlə inkişaf etdirilir.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Bakı-İrəvan vətəndaş cəmiyyətləri işinə üçüncü tərəflərin müdaxiləsi niyə ziyanlıdır?...

İşsizliklə bağlı məsələ qəlizləşir....

Ledi Melaniya Tramp-Epşteyn əlaqələri barədə maraqlı məqamlar açıqladı...

SON XƏBƏRLƏR

15.04.2026 / 09:30
"Azərbaycan rusiyalıların təxliyəsinə kömək edib" - Rusiya XİN

15.04.2026 / 09:19
ABŞ rəsmən kömək istədi - Hizbullah liderinin başına 10 milyon dollar qoyuldu…

15.04.2026 / 09:01
ABŞ və İran nümayəndələri bu gün görüşə bilər…

15.04.2026 / 08:54
Xəzər dənizində 4,2 bal gücündə zəlzələ...

14.04.2026 / 22:43
ABŞ-la İran arasında nüvə gərginliyi artır – Vaşinqtonun 20 ilinə qarşı Tehranın 5 il təklifi…

14.04.2026 / 22:24
Çinin BYD avtomobilləri ilə bağlı təhlükəli xəbərdarlıq - söndürülmüş kimi görünsələr də…

14.04.2026 / 21:53
Brüssel Ermənistanda Putinin “seçki müdaxiləsinə” qarşı konkret tədbirlərə başladı...

14.04.2026 / 21:28
Paşinyan Azərbaycanla dəmiryolu mövzusunda hansı “siyasi öhdəlikdən” danışır...

14.04.2026 / 21:10
"Azərbaycan ABŞ ilə tərəfdaşlığı Asiya və Avropa arasında əlaqənin inkişafının açarı hesab edir" - Elçin Əmirbəyov

14.04.2026 / 20:56
Trampın Qəzza üzrə 19 milyardlıq maliyyə planı iflas etdi - cəmi 2 ölkə...

14.04.2026 / 20:30
Orbandan sonra Rusiyanın AB-yə təsir gücü zəiflədi - gündəmdə Fitso...

14.04.2026 / 20:11
TƏBİB-ə yeni icraçı direktor təyin olundu

14.04.2026 / 19:33
Tramp ABŞ-İran danışıqlarının ikinci turu ilə bağlı tarix açıqladı…

14.04.2026 / 19:15
İrana humanitar yardım üstündə açılan misilsiz perspektiv... Əliyevin qapısında sülh elçisi... Aydın QULİYEV yazır...

14.04.2026 / 18:14
Kəmaləddin Heydərova iki yeni müavin təyin olundu

14.04.2026 / 17:50
Əli Əsədov büdcə ilə bağlı tapşırıqlar verdi

14.04.2026 / 17:34
Xəzərdə balıqçı batdı, axtarışa helikopter də cəlb edildi...

14.04.2026 / 17:26
Putinin yanındakı “erməni qanadının” Azərbaycan diasporuna qəzəbi soyumur...

14.04.2026 / 17:05
"İsrail İrandan sonra Türkiyəni vuracaq" - Türkiyə rəsmən bəyan etdi...

14.04.2026 / 16:50
ABŞ-İran danışıqlarında uğursuz olmuş vasitəçilər yenidən meydana atılıb - Türkiyə, Misir, Pakistan...

14.04.2026 / 16:18
ABŞ, İsrail və İranın Azərbaycana daha böyük ehtiyacı yaranır

14.04.2026 / 16:10
Nüfuzlu beynəlxalq qurum Bakı-İrəvan sülhünə "pis sonluq" hökmü verdi...

14.04.2026 / 15:44
Türkiyə gerçək təhlükəni yanlış zamanda açıqladı... Belə olmaz, Hakan bəy!..

14.04.2026 / 15:30
Türkiyədə məktəbə silahlı hücum - çox sayda yaralı var…

14.04.2026 / 15:15
Hesablama Palatası həyəcan təbili çalır, büdcə qanunvericiliyi üzrə pozuntularda artım qeydə alınır

14.04.2026 / 15:11
Leyla Əliyeva AQEM çərçivəsində keçirilən beynəlxalq konfransın açılış mərasimində çıxış edib - FOTO

14.04.2026 / 15:07
“Qara generalın” Türkiyədən “gözəl qadın” tələbinin arxasında Netanyahu var...

14.04.2026 / 15:00
Sensasiya - Bakı ilə sülh Kremlyönlü erməni müxalifətinin də əsas şüarına çevrilir

14.04.2026 / 14:55
Camal Mustafayevin xatirələri: “Nəsillərin varisliyini unutmaq olmaz!”

14.04.2026 / 14:35
“Bakı Naxçıvanın muxtariyyatını ləğv etdi” - beynəlxalq media qurumunun yanlışı...

14.04.2026 / 14:31
Neft sürətlə bahalaşır, 150 dollarlıq hədd yenidən keçilir

14.04.2026 / 14:09
Azərbaycan Fars körfəzindən Avropaya qaz tədarükündə əsas marşrutlardan biri ola bilər

14.04.2026 / 14:04
"Hizbullah çevrilişə hazırlaşır" iddiası - İsraillə Livan birləşir...

14.04.2026 / 13:55
Türkiyə və İsrail sürətlə müharibə mərhələsinə daxil olur...

14.04.2026 / 13:26
Fransızlar Qvadelupada bir nəfəri güllələdi - xalq ayağa qalxdı...

14.04.2026 / 13:10
Həmcinslərini işə düzəltmək adı ilə Türkiyəyə aparıb fahişəliyə cəlb edən iki qadın həbs edildi... - VİDEO

14.04.2026 / 12:46
Prezident İlham Əliyev Esvatininin yeni səfirini qəbul edib - FOTO

14.04.2026 / 12:34
Kolumbiyanın yeni səfiri Prezidentin qəbulunda... - FOTO

14.04.2026 / 12:22
Prezident İlham Əliyev Somalinin yeni səfirini qəbul etdi - FOTO

14.04.2026 / 12:17
Füzulidə mina partladı - ANAMA əməkdaşı həlak oldu

14.04.2026 / 11:48
Gədəbəydə probasiya şöbəsinin keçmiş rəisi məhkəmə qarşısında - dələduzluq ittihamı...

14.04.2026 / 11:33
İran ABŞ-dan azı 270 milyard dollar müharibə təzminatı istəyəcək…

14.04.2026 / 11:15
ABŞ-dan İrana qarşı qorxunc həmlə - bölgəyə 15-dən çox hərbi gəmi göndərildi…

14.04.2026 / 10:54
Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı göndərildi... - FOTO

14.04.2026 / 10:53
Tramp özünü “İsa Məsih” elan etdi - xristian dünyasının reaksiyası...

14.04.2026 / 10:23
Azərbaycan neftinin qiyməti 125 dolları keçdi...

14.04.2026 / 10:14
Xəzərdə bir gündə üçüncü zəlzələ qeydə alındı

14.04.2026 / 10:07
İran 5 ərəb ölkəsindən təzminat istədi - hücumlarda birbaşa iştirak ediblər…

14.04.2026 / 09:50
FHN məşhur hotelin fəaliyyətini dayandırdı...

14.04.2026 / 09:39
Şirvanda keçmiş məhkum 8 kq narkotiklə tutuldu

14.04.2026 / 09:22
Sloveniya NATO-dan çıxmağa hazırlaşır - yeni spikerin Moskva planları…

14.04.2026 / 09:07
Satmaq üçün Bakıya at əti gətirənlər yolda yaxalandı...

14.04.2026 / 08:58
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq

13.04.2026 / 22:37
Kreml ABŞ və İrana çağırış etdi - uranı bizə verin, böhrana son qoyulsun…

13.04.2026 / 21:50
ABŞ rəsmən İranın blokadasına başladı - qlobal enerji böhranı dərinləşəcək...

13.04.2026 / 21:43
Rusiya Ermənistan MSK-ya “yumşaq təzyiqə” başladı - səfirdən sonra spiker gəlir...

13.04.2026 / 21:18
Nazir ingiliscə söyüş söydü - Türkiyə 35 İsrail dövlət xadiminin həbsinə qərar verdi...

13.04.2026 / 20:50
Macarıstanda hakimiyyət dəyişdi, Orban getdi, TDT və Azərbaycanla bağlı nə dəyişəcək...

13.04.2026 / 20:33
"Zərifə xanım Əliyeva elm fədaisi, xeyirxah insan kimi xatirələrdə əbədi yaşayacaq" - Vüqar Rəhimzadə

13.04.2026 / 20:09
Banklarımızdan böyük soyğunçuluq - kredit faizləri əmanət faizlərindən 3 dəfə çox artıb...

13.04.2026 / 19:46
Pentaqondan Vatikana qalmaqallı təhdid - "Papa yanımızda olsun, yoxsa..."

13.04.2026 / 18:50
ABŞ və İran yenidən masaya oturur - danışıqlar tezliklə başlaya bilər...

13.04.2026 / 18:17
Qarabağı tanıyan nə Putindir, nə də Paşinyan - 1992- ci ildə ilk dəfə "O " tanıdı...

13.04.2026 / 18:04
Böyük Mərdəkan qəsrinin bəzi hissələri çökdü...

13.04.2026 / 17:35
Cəfər Cəfərovun yaradıcılığında Azərbaycan dilçiliyinin problemləri

13.04.2026 / 17:05
Bakı-İrəvan vətəndaş cəmiyyətləri işinə üçüncü tərəflərin müdaxiləsi niyə ziyanlıdır?...

13.04.2026 / 16:49
Ermənistanı Avropa qəbul etmir, Moskva isə AİB-dən qovur..

13.04.2026 / 16:39
İşsizliklə bağlı məsələ qəlizləşir....

13.04.2026 / 16:25
Avropa Putinin və Trampın dostlarından təmizlənir...

13.04.2026 / 15:41
İranla müharibə Ermənistanı Cənubi Qafqazın ən zəif ölkəsinə çevirib...

13.04.2026 / 15:36
ABŞ-dan Hörmüzə blokada qərarı - həm müharibə qanunlarına zidd, həm də yeni müharibə...

13.04.2026 / 15:18
Külli miqdarda yeyintidə ittiham olunan sabiq baş mühasib məhkəmə qarşısında...

13.04.2026 / 14:55
Yeganə Muradova: “Ana, uşaq vaxtı mənə aldığın əsgər paltarını heç kimə vermə, onu öz oğlum olanda ona geyindirəcəyəm”

13.04.2026 / 14:54
Peskovla Vens Donbasın "tam işğalı üzrə razılaşdılar"...

13.04.2026 / 14:37
Bakı Apellyasiya Məhkəməsinin hakimləri “100 adam-saat” əmək sərfi terminini “100 adam” sayır?..

13.04.2026 / 14:35
Livanda İsrailin “Hizbullah”la müharibəsinə Amerika da rəsmən qoşulur...

13.04.2026 / 14:24
Trampdan mübahisəli paylaşım… Bu dəfə Papanı hədəfə aldı: "Onu heç sevmirəm"…

13.04.2026 / 14:15
Orxan Səttarov Prezidentin mətbuat katibi təyin edildi

13.04.2026 / 14:10
Macarıstanda Orbanın 16 illik hakimiyyətinə son qoyuldu – qalib müxalif lider ruslara qapını göstərdi…

13.04.2026 / 13:54
Tramp NATO-nu "Hörmüz müharibəsinə" çəkir... Alyans böyük məsuliyyət altında...

13.04.2026 / 13:22
Trampın şirkətləri Zəngəzur dəhlizindən çəkilir...(?)

Sosial şəbəkələrdə insanlara kütləvi hörmətsizlik qadağan edildi...

XƏBƏR ARXİVİ