Cümə günü, 13 noyabr 2026
     

Azərbaycan qadınlarına yerin altında və üstündə ağır işlərdə çalışmağı rəva görən Komitənin təklifinə ekspert rəyləri çox maraqlı oldu...

Image


Mövcud qanunvericiliyə görə, Azərbaycanda qadınların ağır və zərərli əmək şəraitində işləməsi, onların fiziki gücü xaricində olan işlərlə məşğul olması qadağandır. Hətta Əmək Məcəlləsindən irəli gələrək Nazirlər Kabineti 1999-cu ildə “Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yerlatı işlərin siyahısı”nı təsdiqləyib.

Bu siyahıda qadın əməyinin tətbiqinin qadağan olunduğu 600-ə qədər iş yerinin adı qeyd edilib. Siyahıdakı iş yerləri kənd təsərrüfatı, emal və qida sənayesi, neft-qaz hasilatı, metallurgiya sahəsi və s. sahələrə aiddir. Həmin sahələrdəki işlərin əksəriyyəti məhz ağır yükqaldırma, zərərli maddələrin istehsalı ilə əlaqəlidir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova mətbuata bildirib ki, Azərbaycanda bütün qadınların əmək şəraiti zərərli və ağır olan iş yerlərində işləməsi ilə bağlı qoyulan məhdudiyyətin aradan qaldırılması, yalnız hamilə və himayəsində 3 yaşınadək uşağı olan qadınların belə iş yerlərində işləməsinə qadağa qoyulması üçün təkliflər hazırlanır.

T.İbrahimovanın sözlərinə görə, Əmək Məcəlləsinə əsasən, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə qadın əməyinin tətbiqi qadağandır.

Əmək Məcəlləsindən irəli gələrək Nazirlər Kabinetinin 1999-cu ildə təsdiqlədiyi “Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yerlatı işlərin siyahısı”nı şərh edən T.İbrahimova  qeyd edib ki, hazırda bu siyahının ölkədəki əmək qabiliyyətli bütün qadınlara şamil edilir. O, həmçinin vurğulayıb ki, siyahının təsdiq edildiyi vaxtdan sonrakı müddətdə bəzi peşələr üzrə istifadə edilən avadanlıq və texnika müasirləşib. Buna görə də artıq həmin işlərə ağır iş yerləri demək olmaz:

“Bu gün həmin o siyahıda göstərilən bəzi peşələr üzrə avadanlıqlar, texnikalar müasirləşdiyindən qadınlar üçün həmin iş yerlərində kişilərlə bərabər işləməsinə qadağa qoya bilmərik. Çünki, bu, özü ayrı-seçkiliyə gətirib çıxarır. Bu amilləri nəzərə alaraq, “Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeralatı işlərin siyahısı"nın yenilənməsi vacibdir. Qadın əməyinin tətbiqinin qadağa olunduğu iş yerlərinin də bütün qadınlara deyil, yalnız hamilə və himayəsində 3 yaşınadək uşağı olan qadınlara aid edilməsi düzgün olar”-deyə bildirən T.İbrahimovanın sözlərinə görə, həm Avropa Şurası, həm digər beynəlxalq təşkilatların ekspertləri Azərbaycan qanunvericiliyininin təhlilini apardıqdan sonra ölkəmizə də bu məsələyə baxılaraq qadağanın yalnız hamilə və himayəsində körpə uşağı olan qadınlara şamil edilməsini tövsiyə edib.

O, artıq Moldova, Ukrayna qanunvericiliyində bu istiqamətdə dəyişikliklərin olduğunu, hazırda Qazaxıstan, Özbəkistan, Tacikistan, Gürcüstanda, Qırğızıstanda bu məsələyə baxıldığını da vurğulayıb.

Komitə rəsmisi əlavə edib ki, Əmək Məcəlləsinin 241-ci maddəsinə əsasən, qadınların müəyyən edilmiş normalardan artıq ağır əşyaların qaldırılması və bir yerdən başqa yerə daşınması işlərinə cəlb edilməsi də qadağandır. Məcəllə əsasında qadınların ümumi çəkisi 15 kiloqramdan çox olmayan əşyaların əl ilə qaldırılaraq başqa yerə daşınması, 10 kiloqramdan çox olmayan əşyanın bir metr yarımdan artıq hündürlüyə qaldırılması və əl ilə qaldırılıb başqa yerə daşınması, 15 kiloqramdan artıq gücün sərf edilməsi tələb olunan yüklənmiş təkərli araba və ya hərəkət edən digər vasitələrlə əşyaların daşınmasına icazə verilmir:”Yəqin ki, müasir texnologiyanın tətbiqi ilə əlaqədar olaraq, gələcəkdə Əmək Məcəlləsində bu qadağaların da aradan qaldırılmasına baxıla bilər”.

  • Mehriban Zeynalova: “Təklif qəbul edilərsə bu qadınların məcburən ağır işlərə cəlb edilməsi demək deyil, sadəcə bu qadınlara seçim etmək imkanı verəcək”

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova “Bakı-Xəbər”ə bildirdi ki, bu addımın atılması zəruridir. O, həmçinin dedi ki, bu könüllülük şəraitində olacaq:”Komitənin hazırladığı təklif qüvvəyə minərsə bu o demək deyil ki, qadınların hamısı ağır işlərdə çalışa bilər. Yəni bu məcburi deyil, amma ola bilsin ki, kimsə gedib işləmək istəyir. Gender bərabərliyi ilə bağlı çağırışlar edilərkən burada qadınlarla kişilərin bütün sahələrdə bərabər çalışmaları da qeyd edilir. Təklif qəbul edilərsə bu qadınların məcburən ağır işlərə cəlb edilməsi demək deyil, sadəcə bu qadınlara seçim etmək imkanı verəcək. Elə qadınlar var ki, mən ev təmirində işləmək istəyir, başqa birisi çilingər kimi fəaliyyət göstərmək arzusundadır, yaxud başqa bir qadın “kişilərin gördüyü ağır işləri görmək mənim üçün problem deyil” deyir. Bilirsiz, elə sahələr var ki, orada yalnız kişilər işləyir və bu da qadının seçim imkanlarını məhdudlaşdırır. Qadın nə üçün mağazada işləməlidir, yaxud müəllim olmalıdır. Yeni təklif qadınlar üçün kişilərlə barabər çalışmaq imkanları yaradır”.

  • Əliməmməd Nuriyev: “Azərbaycanın müvafiq beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhtəlikləri nəzərə alaraq düşünürəm ki, Komitənin hazırladığı təklif vacibdir və bu müvafiq qanunvericilikdə öz əksini tapmalıdır”

Konstitutsiya Araşdırmalar Fondunun rəhbəri, tanınmış hüquqşünas Əliməmməd Nuriyevin sözlərinə görə, Komitənin belə bir təklif hazırlaması beynəlxalq təşkilatların ölkəmizin qarşısına qoyduğu tələblərdən irəli gəlir. “Azərbaycanda Nazirlər Kabinetinin müvafiq qərarı var və həmin qərara əasaən xeyli sayda peşədə qadınların işləməsi qadağan edilib. Qadınlarla bağlı bu sahədə müəyyən məhdudiyyətlər var. Eyni zamanda Əmək Məcəlləsində də qadınların bəzi peşələrdə işləməsinin yolverilməzliyi qeyd edilib. Bu isə Azərbaycan qanunvericiliyinə ziddir. Birincisi, burada qadınlarla və kişilərin bərabərliyi, gender bərabərliyi məsələsi, “Gender bərabərliy haqqında” Qanun, bütün vətəndaşların qanun qarşısında bərabərlik prinsipləri məsələsi var. Digər tərəfdən də, Azərbaycan bir sıra beynəlxalq konvensiyalara qoşulub və həmin konvensiyaları da radifkasiya edib. Həmin konvensiyalara qoşulmaqla Azərbaycan dövləti üzərinə öhtəliklər götürüb. Onlardan biri də, qadınlara qarşı bütün növ ayrı-seçkiliklərin aradan qaldırılması ilə bağlı BMT-nin konvensiyasıdır ki, ölkəmiz həmin konvensiyaya da qoşulub. Bu tələblərdən biri də qadınların əmək hüququnun tam təmin edilməsi, müxtəlif peşələrdə qadınlara qarşı diskriminasiyaya yol verilməməsindən əlaqədardır. Azərbaycanın müvafiq beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhtəlikləri nəzərə alaraq düşünürəm ki, Komitənin hazırladığı təklif vacibdir və bu müvafiq qanunvericilikdə öz əksini tapmalıdır. Bəli, məhdudiyyətlər aradan qaldırılmalıdır, həmin peşələri seçib seçməmək, orada işləyib işləməmək isə qadının öz seçimi olmalıdır, buna görə ona qadağalar tətbiq edilməməlidir”.

Ə.Nuriyev qeyd etdi ki, rəhbərlik etdiyi Konstitutsiya Araşdırmalar Fondu, eləcə də, Hüquq və İnkişaf İctimai Mərkəzi ilə birgə Bazar İqtisadiyyatına Yardım Fondunun layihəsi çərçivəsində  qadınların sosial inkişafı ilə bağlı bir araşdırma da həyata keçiriblər. “Biz tədqiqat aparıb araşdırdıq ki, hansı sahələrdə qadınların işləməsinə qadağa qoyulur. Biz dünya təcrübəsini öyrəndik. Artıq dünyanın əksər ölkələrində bu problem həll edilib. Bu keçmiş Sovet hökümətindən qalma bir ənənədir. Xüsusən də qadınların hüquqlarını qoruma halları kimi qələmə verilirdi. Əslində isə bu disskriminasiya xarakteri daşıyırdı. Biz bu sahədə hüququ tanımalıyıq, amma o hüquqdan istifadə etmək isə artıq qadının öz öhtəsinə düşən məsələdir. Bu mənada düşünürəm ki, əlbəttə, bu məsələ ilə bağlı Əmək Qanunvericiliyində dəyişikliklər edilməlidir”-deyə Ə.Nuriyev vurğuladı.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ