şənbə günü, 04 iyul 2026
     

İgid ömrü

Image


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyası ilə “Bakı-xəbər” qəzetinin birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından “İgid ömrü” adlı növbəti kitabı çapa hazırlayırıq. Kitab Azərbaycanın Milli Qəhrəmanı Füzuli Salah oğlu Rüstəmovun vətənpərvərlik nidalı həyat, döyüş, qəhrəmanlıq yollarından bəhs edir.

Qar-sazağın içində kəsilən sonuncu ümid...
Talandı torpağımız
Qaraldı çırağımız...

Bəxtiyar Vahabzadə

Malıbəylidən sonrakı növbədə - Xocalı

(Beşinci yazı)

Nazimi dinləmək çox çətindi. Nazimdən sonra Xocalı dəhşətlərini bir çox şahid soydaşlarımızın dilindən eşitdim. Amma Nazim bu əsnada ilk həmsöhbətim idi. Onunla bütün söhbətimiz, demək olar ki, göz yaşları içərisində davam etdi. O, Xocalıya da, Füzuliyə də həddən ziyadə bağlı bir eloğlumuzdu. Xocalının başına gətirilən bu miqyassız faciədən məğlub durumda çıxdığımıza görə bütün təltif təkliflərindən imtina etmişdi Nazim Hüseynov. Lakin vətənpərvərliyin bütün çalarlarının məhz dostu Zaminin simasında cəmləşdiyini dilə gətirən Nazim onun bu titulu hələ sağlığında haqq etdiyini də söyləyir. Xocalı qətliamının bütün əzablarından keçmiş sabiq polis və döyüşçü ilə söhbətimiz ağır-ağır, xatırlamalarla davam edir:

- Dedilər erməni kənddədi. Dedim mən aeroporta baş çəkməliyəm. Qardaşıma dedim bibimi də götürüb çıxsın. Çıxdılar. Onlar çıxandan sonra getdim aeroporta. Burda ratsiya ilə xəbər verdilər ki, siz artıq oranı tərk edin, onsuz da mühasirədəsiz. Bu xəbərdarlıqdan sonra aeroportun rəisi, Azərbaycanın Milli Qəhrəmanı, rəhmətlik Əlif Hacıyev göstəriş verdi ki, artıq hamılıqla çıxmaq lazımdı. Beləcə, bizlər də öz iş yerimizi – Xocalı aeroportunu tərk edib çıxmalı olduq. Qarqar çayını keçəndən sonra ağlıma gəldi ki, axı mənim atam evdə qalıb. Kişiyə əvvəldən nə qədər deyirdim ki, deyəsən belə getsə çıxmalı olacağıq, deyirdi çıxmıram, erməni kimdi ki?! 

Deməli, Xocalıdan çıxırıq, baxdım ki, rəhmətlik Füzuligilin evi yanır, yəni babası Kərim kişinin evi, dedim mən qayıtmalıyam. Dedilər hara qayıdırsan, qapıbir qonşunda ev artıq yanır. Dedim, mənim atam orda qalıb, nə olur-olsun onu qoyub gedə bilmərəm. Atamı ermənilər köməksiz vəziyyətdə öldürsə və ya əsir aparsa, mən buna dözə bilmərəm, heç vaxt bunu həzm eləyə bilmərəm. Qərar qəbul elədiyim kimi qayıtdım. Bizim evin təxminən 50 metrliyindən dəmiryolu keçirdi. Dəmiryolunun üstündə oturub bir qədər dinşədim ətrafı və həyətimizi. Baxdım ki, həyətimizdə sakitlikdi. Girdim su quyusunun yanından həyətə, ikimərtəbəli evimizin qabağında artırma var idi, orda atamı bir-iki ağız “Qağa-qağa” deyə səslədim. Gördüm səs gəlmədi. Bu an sanki qılçalarım (Qarabağda qıçların orta nahiyəsinə “qılça” deyirlər, çalışıram bəzən belə dialekt sözlərinə toxunmayım – N.Z.) yerindən qırıldı. Bir anlıq düşündüm ki, erməni kişini aparıb yəqin. Nələr keçdi o anda ürəyimdən, onu bir Allah bilir!.. Özümü lənətlədim. Özünə də, dəfələrlə dediyim kimi, başa sala bilməmişdim ki, ən azı camaat çıxanda qoşulub çıxmaq lazımdı. Deyib-dururdu ki, axı erməni kimdi? Başa sala bilmirdim bu erməni sənin gördüyün erməni deyil, bunun gücü yaranıb, topu var, tüfəngi var, arxasında rus var...

Xocalı faciəsi gecəsi bizim düz altı inəyimiz doğdu. Mən dəhşətə gəlmişdim. Dedim, ilahi, atam ömür boyu təsərrüfatla məşğul olub, mal-qara saxlayıb, indi burda 37 baş qaramal, 450 baş qoyun sürüsü qoyub gedirik, ancaq indiyəcən bizim tövlədə bir gündə altı inəyin doğması halı ilə rastlaşmamışıq. Gör bu şərəfsiz, nankor, qansız, qatil ermənilərə bizdən nələr qalır?!

- Xocalının işğal olunacağını isə təxminləşdirirdiniz...

- Bəli. İşğaldan bir neçə gün əvvəl əlimizə ermənilərin Xocalının işğalına hesablanmış xəritəsi keçmişdi. Deməli, bizimkilər bir polkovniki öldürüb Qarikin oğlu Rudiki əsir gətirmişdilər. Onun əlində həmin xəritə var idi. 16-sı, 17-si fevral tarixlərində Malıbəyli kəndi işğal olundu və açıq-aydın görünürdü ki, növbə bizə çatır. Amma dəqiq günü bilmirdik bu hücum nə zaman olacaq.

- Atanızı tapa bilmədiniz...

- Kor-peşman qayıdırdım. Həyətdən çıxırdım ki, ağlıma gəldi bir pəyəyə də baxım. Qonşuluğumuzda da Füzulinin hələ tikilib tam başa çatmayan evi, babasının evi, dediyim kimi, yanırdı. Nə isə, bu alovu da bir yandan ürəyimdə qovrula-qovrula müşahidə edə-edə pəyəmizə girdim. Baxdım ki, içəridə lampa yanır. Aha, atam burdadı! Elə bil ki, bu anda üstümə göydən ilahi nur səpələndi. Çağırdım qağa, burda nə iş görürsən? Dedi mala ot qoyuram, heyvan doğur. Dedim ay rəhmətliyin oğlu, erməni kənddədi ey, sən nə iş görürsən?! Əlində yaba çıxdı çölə, soruşdu doğrudan erməni burdadı, bəs biz getdik, bu mal-heyvan necə olsun? Mal-heyvanı da bir-iki ay öncə çıxartmaq istəyirdim Ağdama, kişi qoymamışdı ki, hara, kimin qapısına aparacağıq bu qədər malı, erməni kimdi, qoy qalsın həyətimizdə. İndi yenə dedi getmirəm. Əsəbiləşdim ki, a kişi, görmürsən nə baş verir, qapıbir qonşumuzun evi yanır. Tutub əlindən yabanı aldım, dedim əgər getməsən, başqa yolum qalmır, bu avtomatla əvvəl səni, sonra da özümü öldürəcəm. Bu sözlərimdən sonra kişi vəziyyətin nə yerdə olduğunu anladı, düşdü qabağıma. İndi atam qabağımca gedir, mən arxasınca. 15-20 metrdən sonra çönüb evə baxıram, düşünürəm ki, mənim valideynlərimin illərlə topladıqlarını biz necə qoyub gedirik, inanın, bayaqdan kişini məcbur edirdim, indi özümün ayaqlarım yerimir, elə bil mənə deyir ki, ay şərəfsiz, buraları qoyub hara gedirsən?! Deyirəm ilahi, mənim anamın evdə bəlkə də bir gecədə qapımızı döyəcək yüz qonağın yatıb-qalması üçün yorğan-döşəyi, qab-qacaq dəstimiz, o boyda evimiz var, biz bunları qoyub necə gedirik görəsən?!.. Bunları düşünürəm, dəhşətə gəlirəm və az qalıram yıxılam. Qaçan insanların uzaqdan ah-naləsin eşidirəm, bu məni bir qədər ayıldır, ayırır fikirlərimdən. Amma yenə bir gözüm evimizdədi...bir də insanın içində bir qürur hissi var ki, mən bu olan-qalanımızı, bu əzab-əziyyətlə, böyük zəhmətlər bahasına araya-ərsəyə gətirdiklərimizi axı necə ermənilərə qoyum gedim?!.. Başqa əlac da yoxdu. Artıq hamı qaçır, artıq getmək lazımdı. Saat hardasa gecə 1-ə işləyir...”

Füzuli - etibarlılıq simvolu

Bu təbəddülatlı düşüncələrin altında təxminən 500 metr gedib Qarqar çayına çatırlar. Atası suya girmək istəyəndə Nazim etiraz edir. Deyir qoy mən özüm səni kürəyimdə keçirim, çünki bilmək olmaz bizi hələ qabaqda hansı dəhşətlər gözləyir. Ayaqqabılarını soyunub çirmənməklə atasını kürəyində Qarqar çayından keçirir. Qarqar çayının üstündəki tut bağında bir qrup insana çatırlar. Burda ümidlər bir qədər közərməyə başlayır: Ağdamdan ratsiya ilə kömək olacağını deyirlər. “Ümidimizi onlara bağladıq ki, Əsgəranda bizi götürəcəklər. Çünki orda batalyonlar çox idi. Fred Asifin batalyonu, Xalq Cəbhəsinin batalyonu, Qatır Məmmədin batalyonu, Fəhmin Hacıyevin tabeliyində Daxili Qoşunlar və başqaları. Bu qüvvələrin orada olduğunu bilirdik, onların da köməyə gəlməsi kifayət ola bilərdi. Hətta düşünürdük və ümidlənirdik ki, onlar bizi tək qoymayandan sonra qayıdıb kəndimizi də alacağıq.

Lakin çayın üstünə çatanda bir qrup insanın rəhmətlik Aqili (söhbət Azərbaycanın Milli Qəhrəmanı, 21 nəfər döyüşçüyə rəhbərlik etməklə Qarabağa – Xocalıya, Malıbəyliyə köməyə gəlmiş və elə Xocalı qətliamından bir qədər öncə Malıbəylidə ayaqlarından ciddi yaralanaraq sərbəst gəzə bilmək qabiliyyətindən belə məhrum olmuş məşhur döyüşçüdən gedir – N.Z.) əllərinin üstündə apardıqlarını gördüm. Xocalı faciəsi günü o artıq yataqda idi. Biz onu istəyirdik bir neçə gün əvvəl yola salaq, amma bu alınmamışdı. Daha doğrusu, o çətin günlərdə bizim yeganə etibarımız və ümidimiz rəhmətlik Füzuliyə idi ki, o, aparıb gizli meşə yolları ilə Aqili Ağdama çatdırar. Çünki satqınlar da var idi, hər kəsə etibar etmək olmazdı, amma Füzuliyə etibar etmək hər üzünə mümkün idi. Üstəlik, onun işi başa çatdıracağı, doğruldacağı da yüz faiz idi.

“Əclaflar, şərəfsizlər...”

...Ağdamdan ratsiya cavab verir ki, sizə heç bir kömək edə bilməyəcəyik...qarın-sazağın içində kəsilən sonuncu ümid... Deməli, nə Əsgərana hücum olacaq, nə də yollara, meşələrə, dağlara səpələnmiş qaçqınlara kömək gələcək... Bu anda bu sözləri eşitmək Xocalı qətliamında şəhid edilməkdən də ağır güllə kimi dəlib keçir insanların ürəyini. Ümid yalnız yuxarıda Allaha, yerdə Əlif Hacıyev kimi, Füzuli Rüstəmov kimi və adını tarixi salnaməmizə qürurla yazmış digər qəhrəmanlarımız kimi oğullara qalır. Ratsiyaya cavabda Xocalı dəstəsinin içindən bir nəfərin gücü yalnız bunu deməyə çatır: “Əclaflar, şərəfsizlər, biz yuxarıda Allaha, aşağıda sizlərə güvənirdik. Düşünmürdük ki, bizi erməni ilə təkbətək qoyacaqsınız. Amma bu gün bizim burda namusumuz da, qeyrətimiz də, hər şeyimiz əldən getdi. Sizi belə-belə olasınız...” Bu həm də bir işarə olur ki, deməli, geriyə dönüş yoxdu, ancaq irəli getmək lazımdı. Beləcə, dəstə gəlib Kətik deyilən yerdə ermənilərin yaşadığı, 90-100 evdən ibarət eyniadlı Kətik kəndinin yanına çatır. Həmsöhbətim deyir ki, strateji baxımdan erməni kəndləri daha yüksəkliklərdə yerləşirdi, amma Xocalı coğrafi məkanca aşağıda - dərə hissədə məskunlaşmışdı.

...Burada Aqilin gətirildiyi xərəyin daşınmasına kömək etməli olur Nazim. Atası Mikayıl kişiyə deyir ki, qağa, sən bu əraziləri beş barmağın kimi yaxşı tanıyırsan, ona görə özün camaatla get və bələdçilik elə, mən Aqilin aparılmasına kömək edim, çünki Aqil bizdən ötrü gəlib, bizdən ötrü yaralanıb, burdasa hamı öz başının hayındadı, biz onu atıb gedə bilmərik, bu kişilikdən olmaz. Atası onunla razılaşır.

- Mən atamdan aralanıb Aqilin yanında qaldım. İstəsəydim, atamı da götürüb yarım saatın içində Ağdamda ola bilərdim. Atam yolda iki güllə yarası almışdı. Amma xoşbəxtlikdən güllələr daxili orqanlarına xətər yetirə bilməmişdi, ona görə də tez bir zamanda müalicə və bərpa oluna bildi. Biz isə təqribən səhər saat 7-nin yarısında Kətiyin ikinci yolu – maşın yoluna çıxdıq. Dan üzü sökülürdü. Orda insanları verdilər PK-nın qabağına. Bir vahimə yarandı ki... Camaat hamısı didərgin düşdü. Dedim gəlin nə qədər avtomatlı adam var, keçək qabağa, arvad-uşağı alaq mühasirəmizə, qabaqdakı mühasirəni birtəhər yarıb keçirək camaatı. Burda bir pərakəndəlik yarandı, kimsə fikirləşdi ki, onun əlində silah varsa, özünküləri götürüb aparacaq, amma bunlar kökündən səhv yanaşma idi, heç kim təkbaşına, köməksiz bunu edə bilməyəcəkdi. Elə də oldu. Artıq Aqili aparmağa kömək edənlərin də əksəriyyəti yaralını qoyub qaçdı, qaldıq dörd nəfər. Daha iki kilometrə qədər yolu da onu birtəhər gətirdik. Artıq saat 7 radələrində bizimlə gələn qrupun bir hissəsi o yolu sərbəst şəkildə keçdi. Bundan sonra hava işıqlandığından sonrakı qrup gəlib “donuz ferması” deyilən ərazidən Naxçıvanik kəndinin ərazisinə keçəndə orda dayanan BMP-dən əhalini atəşə tutdular. Burada yaramazların dinc əhalini necə qırmasını gözlərimizlə gördük.

- Silahınız nə qədər vardı, Nazim?

- Mən Sizə bir şey deyim. Biz Xocalı aeroportunun işçiləri kimi aeroportu qorumağa tam səlahiyyətli idik. 27 işçimiz vardı. Bizə verilən silahların sayı 11 ədədi keçmirdi, hər avtomata da cəmisi 872 patronumuz qalırdı, ondan başqa heç nəyimiz yox idi.

Bu adam igid deyil, qəhrəman deyil, bəs nədir?!..

- Aeroport, dediniz ki, son günə qədər bizimkilərin əlində idi...

- Son günə qədər bizdə idi.

- Bəs Füzuli ilə aeroportu partladan vaxtlarda bura kim nəzarət edirdi?

- O bir neçə il əvvəl, hələ sakit vaxtlarda - 90-cı ilin əvvəllərində olmuşdu. Onda ermənilərin hüquq-mühafizə orqanları idarə edirdilər aeroportu. Sonra alıb bizimkilərə həvalə etmişdilər. Çıxanda isə aeroportu içindəki sənədlərlə birgə yandırdıq. Ermənilər sonradan etiraf etmişdilər ki, onlar aeroportdan çox ehtiyatlanırmışlar, bütün Xocalının kəşfiyyat edibmişlər, bircə aeroportdan başqa, bunun da səbəbi rəhmətlik Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin peşəkarlığı olmuşdu. Amma etiraf etmişdilər ki, “boş qalmış aeroporta girəndən sonra anladıq ki, ümumiyyətlə sizin heç nəyiniz yox imiş ki...”

- 26-sı gecəsi isə Füzuli ilə bir-birinizdən xəbərsizsiniz...

- Zamin gəlib Ağdama keçib. Bir neçə dəfə keçib, qayıdıb insanların dalınca ki, arxadan gələnlərə də bələdçilik etsin.

- Dördüncü dəfə gedib-qayıdıbmış deyirlər...

- Düzdü. Sonra məni soruşub. Allahverdinin oğlu Mehdi ona yalan satıb ki, guya məni ermənilərin vurub öldürdüyünü görüb, Mehdi də meyitimin üstündən keçib qaçıb gəlib. Ona görə Füzuli mənim meyitimin axtarışına qayıdıb bu dəfə (yenə də ağlayır). Bunu özümə bağışlaya bilmirəm. Biz bir-birimizə çox bağlı adam idik. Bütün uşaqlığımız, gəncliyimizin müəyyən bir hissəsi bir yerdə keçmişdi, çox istəyimiz vardı bir-birimizə, xüsusilə belə anlar insanı çox bağlayır bir-birinə, üstəgəl də Zamin kimi istiqanlı, vətənpərvər, igid bir oğul... Bir gün sonra isə... mən onu xəstəxanada ziyarət elədim. Artıq bədəni şişmişdi, dedilər boğazından güllə yarası alıb, danışa bilmir.

- Mehdi bu sözü niyə deyib?

- Nə bilim? Yalandanmı deyib, qəsdlə deyib, yoxsa yanılıb? Özü bilər, allahı bilər?! Bilirsiniz niyə tərəddüd edirəm bu suala dəqiq cavab verməyə? Əslində həmin gün bir “qiyamət günü” yaşantısı var idi. Necə ki, deyirlər qiyamətin günü heç kim heç kimə kömək edə bilməyəcək, bax belə bir vəziyyət baş verdi orda: ana balasını, ata qızını, qız atasını, oğullar var idi ki, anasını, bacısını qoydu qaçdı. Elə bil insanların gözü böyümüşdü. Bəlkə də qarışdırırdılar ölənləri bir-biriləri ilə. Bəlkə də taniya bilmirdilər. Amma hansı səbəbdən baş verməsindən asılı olmayaraq, fakt faktlığında qalır, nəticədə biz Zamin kimi bir vətənpərvər, qoçaq oğulu itirmişik.

...Füzuli yenidən belə bir müdhiş mənzərənin içinə – dostunun meyitinin ardınca yola düşüb. Bu adam igid deyil, qəhrəman deyil, bəs nədir?!..və burda da erməni gülləsinə tuş gəlir. “O gəlməyə də bilərdi. Allahımıza and olsun, tam səmimi deyirəm, oranı keçib gələnlər arasında xeyli “bağ belə-bostan belə” deyənlər var, amma onların çoxu ana-bacısını atıb qaçdı”. Füzulinin etdiyi bu hərəkətsə hər oğulun, hər kişinin işi deyildi. Füzulini Füzuli eləyən elə bu əlamətləri idi. Görün bu adam Vətəninə, yurduna, dostuna nə qədər bağlı, nə qədər gərəkli bir oğul imiş! Heyf!

(ardı var)

Nəzirməmməd ZÖHRABLI
Jurnalist-publisist



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Dövlət qurumlarının portal və mobil tətbiqləri birləşdirilir - Mehriban Əliyevanın rəhbərlik etdiyi Şura böyük islahatlar mesajını verdi...

Xırdalan Xəstəxanasına qarşı kəskin iddia - orqan köçürülmüş xəstələr ölüm təhlükəsində?...

Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

SON XƏBƏRLƏR

03.07.2026 / 22:55
Hikmət Hacıyev ABŞ-ı Müstəqillik Günü münasibəti ilə təbrik etdi

03.07.2026 / 22:42
Ukraynadan Rusiyaya ağır zərbə - Krımda çox sayda qırıcı məhv edildi...

03.07.2026 / 22:15
Novorossiysk benzinsiz qalıb…

03.07.2026 / 20:17
İran prezidenti Xamenei üçün göz yaşı töküb…

03.07.2026 / 20:08
Rusiya Paşinyanın adını "İnnoprom"a dəvət olunmuş natiqlər siyahısından sildi...

03.07.2026 / 19:40
Rusiyada yanacaq böhranı qonşu ölkələri də vurdu - Qırğızıstan Azərbaycandan kömək istədi...

03.07.2026 / 19:33
Sahibə Qafarova Xameneinin vida mərasimində iştirak edib - FOTO

03.07.2026 / 19:03
Apellyasiya Məhkəməsində ermənilərin vəsatətlərinə baxıldı...

03.07.2026 / 18:35
Uşaqların virtual aləmdə fəaliyyəti özbaşına buraxıla bilməz...

03.07.2026 / 18:18
“Rəqəmsal inkişaf dövlət siyasətinin əsas vektorlarındandır” - Əhliman ƏMİRASLANOV yazır...

03.07.2026 / 18:02
Moskvadan İrəvana növbəti xəbərdarlıq – “Aİ-nin siçan tələsində” pendir pulsuz olmayacaq...

03.07.2026 / 17:47
Türk general Azərbaycan HDQ-də...

03.07.2026 / 17:30
Sabunçuda saxlanan şəxslərdən 19 kq-dan artıq marixuana aşkarlandı

03.07.2026 / 17:26
Vüqar Rəhimzadə: Rəqəmsal inkişaf sahəsində strateji baxış vahid idarəetmə modeli çərçivəsində əlaqələndirilir

03.07.2026 / 16:53
Qərb bu dəfə Ermənistanı Rusiyaya yem edəcək...

03.07.2026 / 16:39
Makron niyə ABŞ-ı Ukrayna ilə bağlı "neytrallıqdan" məhrum etdi

03.07.2026 / 16:30
Dünya yanır-Azərbaycan indiki sabitliyini yalnız bu şərt daxilində saxlaya bilər...

03.07.2026 / 16:24
Peskov Avropanın silahlanmasından narahatdır - “Avropa… çoxlu pul xərcləyir”

03.07.2026 / 16:09
"Cənubi Qafqazda sülh Avropanın rifahına töhfə verəcək" - Avrokomissar

03.07.2026 / 15:46
Əliyevə ictimai etimadın araşdırılması maraqlı nəticələr verdi...

03.07.2026 / 15:41
Vətənə və xalqa həsr olunmuş ömür

03.07.2026 / 15:30
Zalujnı Zelenskini əvəzləməyə hazırlaşır: “Prezidentliyə namizəd olacağam”

03.07.2026 / 15:14
Netanyahunun ABŞ yardımından imtinasının arxa planları var...

03.07.2026 / 15:05
Avropa "yaşıl enerji" iddialarından çəkilir, yenidən neft və qaza üz tutur...

03.07.2026 / 15:00
İmtahandan kəsilən müəllimlər üçün iş imkanları araşdırılır...

03.07.2026 / 14:54
Rusiyadan yanacaq tədarükü kəsildi, Qırğızıstan Azərbaycana üz tutdu

03.07.2026 / 14:52
Qondarma genosiddən 1 il əvvəl Türkiyədə doğulmuş erməni qadın 112 yaşında öldü - ucuz təbliğat...

03.07.2026 / 14:26
Etibar Pirverdiyevlə əlaqələndirilən şirkətin sabiq rəhbəri həbs edildi

03.07.2026 / 14:13
“Valideyn himayəsindən məhrum qalmış uşaqlarla iş” layihəsinin beşinci təlimi

03.07.2026 / 13:50
Dövlət xidmətinin 42 rəhbər şəxsi CƏZALANDIRILDI...

03.07.2026 / 13:37
İsrailin Əraqçi və Qalibafa sui-qəsd planı necə pozuldu? – ABŞ-dan İsrailə qarşı İrana kəşfiyyat dəstəyi... ŞOK İDDİA...

03.07.2026 / 13:18
Birinci Qarabağ müharibəsi şəhidi Rauf Əhmədov Goranboyda dəfn olundu

03.07.2026 / 13:06
Hikmət Hacıyev iqtisadiyyat professoru Ceffri Saksla görüşüb - FOTO

03.07.2026 / 12:46
İtkin şəhid Dəyanət Musayev Ucarda dəfn edildi

03.07.2026 / 12:10
Azərbaycan vasitəsilə Ermənistana 976 ton buğda göndərildi

03.07.2026 / 11:26
Prezident İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik edib

03.07.2026 / 11:06
Səfərbərlik Xidməti 88 nəfərin işini Baş Prokurorluğa göndərdi

03.07.2026 / 10:50
Dövlət torpaqlarını zəbt edib satan 11 nəfər məsuliyyətə cəlb edildi...

03.07.2026 / 10:36
“AzerGold” ilk dəfə yerli bazara gümüş külçələr çıxarmağa başladı...

03.07.2026 / 10:15
Məhkəmə “Arzum 9999” ləqəbli tiktoker bərəsində hökmə aydınlıq gətirdi

03.07.2026 / 09:59
Rusiyadan NATO ölkəsinə nüvə təhdidi - artıq hədəf siyahımızdasınız...

03.07.2026 / 09:41
Yenilənmiş 100 manatlıqlar gəlir - iyulun 15-də...

03.07.2026 / 09:30
Bakıda ölümlə nəticələnən qəza - "Prius” dəmir məhəccərə çırpıldı...

03.07.2026 / 09:06
Netanyahu açılış mərasimində həyat yoldaşından irad “yedi” - “Sənin üzündən…”

03.07.2026 / 06:34
Rusiya İsveçə nota verdi

03.07.2026 / 06:00
İsrail İranla təkbaşına savaşmağa hazırdır - ölkənin müdafiə naziri belə deyir…

03.07.2026 / 05:58
Belarus vətəndaşlarını Rusiya səfərindən çəkinməyə çağırdı

03.07.2026 / 04:40
İranda Xamenei ilə vida mərasimi başlayır

02.07.2026 / 23:12
Sovet tarixşünaslığının səhvləri: Qızıl ordu, yoxsa qırmızı ordu?

02.07.2026 / 22:34
Zəngəzur dəhlizi üçün Rusiyadan yeni şərt - tranzit qaydaları Aİİ reqlamenti əsasında...

02.07.2026 / 22:08
Ursula xanımın Bakı səfərindən xalqın əsas gözləntisi - “fəal dialoq Avropanın qərəzinin kökünü kəsməlidir”...

02.07.2026 / 21:48
“Türkiyənin aparıcı partiyası” yazısı CHP-də niyə yoxa çıxdı?..

02.07.2026 / 21:40
Xoşbulaq yaylağında naməlum siklopik qalanın struktur və memarlıq xüsusiyyətlərinin təhlili - Rizvan Qarabağlı yazır...

02.07.2026 / 20:28
Avropadan böyük etiraf - Qafqaza sülh Əliyevin şəxsi liderliyi ilə gəldi...

02.07.2026 / 20:10
Dövlət qurumlarının portal və mobil tətbiqləri birləşdirilir - Mehriban Əliyevanın rəhbərlik etdiyi Şura böyük islahatlar mesajını verdi...

02.07.2026 / 19:47
Avropa Qafqazda ticarətin 70 faizini Azərbaycanla edir - Əliyev hansı perspektivə işarə etdi...

02.07.2026 / 19:30
Bakıda Türk Dünyası Milli Kitabxanaları Birliyinin və Birinci Türkoloji Qurultayla bağlı nəşrlərin təqdimatı keçirilib

02.07.2026 / 19:17
“Türk Dünyası Həftəsi” çərçivəsində Qarabağ Universitetində konfrans keçirilib

02.07.2026 / 18:51
Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni mərhələ

02.07.2026 / 18:30
Tramp Ankara zirvəsi öncəsi NATO ölkələrini hədəf aldı, dərhal da Berlindən cavab gəldi - itaət etməyəcəyik...

02.07.2026 / 18:17
Paşinyan Türkiyə və Azərbaycanla enerji əməkdaşlığının vacibliyindən danışdı

02.07.2026 / 18:07
Nazir Prezident İlham Əliyevi əmin etdi: "...öz andına həmişə…" - FOTO/VİDEO

02.07.2026 / 18:05
Kapitalist Amerikanın sosializmə keçidi başlandı - sosialistlər hücumda...

02.07.2026 / 18:02
“Türk Dünyası Həftəsi”nin iştirakçıları Şuşanın tarixi-mədəni irsi ilə tanış olublar

02.07.2026 / 17:56
Azərbaycan HHQ komandanı Türkiyədə "Anadolu Qartalı - 2026" təlimində... - FOTO

02.07.2026 / 17:44
Tramp NATO ölkələrini yenə tənqid etdi – hamıdan çox xərcləyirik, ancaq faydasını görmürük...

02.07.2026 / 17:30
ABŞ-İran danışıqlarının növbəti raundu 18 iyulda keçiriləcək...

02.07.2026 / 17:22
Uşaqların sosial şəbəkələrə yox, sosial şəbəkələrin uşaqlara çıxışı məhdudlaşacaq - dünya nəhayət "açarı tapdı"...

02.07.2026 / 17:09
108 ildir insanların və gələcəyin keşiyində - VİDEO

02.07.2026 / 16:40
Azərbaycan ÜDM-də rəqəmsal iqtisadiyyatın payını artırır - hədəf göstərildi...

02.07.2026 / 16:31
Səhiyyə nazirinin müavinlərinin sayı artırıldı

02.07.2026 / 16:14
Rəqəmsal İnkişaf Şurası ilə süni zəka və kibertəhlükəsizliyin yüksəliş yoluna çıxdıq...

02.07.2026 / 16:06
"Bütün yollar Azərbaycana aparır" - Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya bir arada...

02.07.2026 / 15:50
108 il qanunun keşiyində - VİDEO

02.07.2026 / 15:45
Rəqəmsal İnkişaf Şurası konkret hədəflərə yönəldi - vətəndaşlara dövlət xidməti tam dəyişəcək...

02.07.2026 / 15:16
Xırdalan Xəstəxanasına qarşı kəskin iddia - orqan köçürülmüş xəstələr ölüm təhlükəsində?...

02.07.2026 / 14:52
Gürcü məmurlar İrəvandakı qondarma genosid abidəsinə xüsusi baş əyir...Niyə?

02.07.2026 / 14:17
Paşinyan bu dəfə spiker vəzifəsini Simonyana vermədi, o da mandatdan imtina etdi...

02.07.2026 / 14:01
Aİ Avropaya ixracı təşviq etmək üçün Ermənistana bir qrup ekspert göndərəcək...

02.07.2026 / 13:46
Rusiyanın İsveçdəki səfirliyinə PUA hücumu – Moskvadan sərt açıqlama...

02.07.2026 / 13:32
Bir əsr Asayişin Keşiyində

Rəqəmsal İnkişaf Şurası ilə süni zəka və kibertəhlükəsizliyin yüksəliş yoluna çıxdıq...

XƏBƏR ARXİVİ