Cümə günü, 13 noyabr 2026
     

Elm ocağının kitabxanasını ödənişli edirik və ardınca da kitab oxumağı tələb edirik

Image


Son günlər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) ətrafında müxtəlif söz-söhbətlər səngimir. Elm adamlarının MEK-ə ünvanladığı iradlar abunə haqqının bahalığı ilə əlaqədardır. Elm adamları, xüsusən də gənc elmi işçilər narazılıq edirlər ki, MEK-də əvvəllər illik abunə haqqı 100 manat olsa da, son zamanlar 150 manat olub. Bu vəsaiti ödəmək də AMEA strukturundan kənarda çalışan elm adamları üçün çətinliklər törədir.

Ekspertlər bildirirlər ki, bu məbləğdə üzvlük haqqının müəyyən edilməsi, faktiki olaraq, MEK-in  qapısını gerçək elm adamlarının, xüsusən də tələbələrin, elmlə məşğul olan gənc tədqiqatçıların üzünə bağlayır. Əslində isə bütün dünyada kitabxanalar, xüsusən də elmi tədqiqat üçün gərəkli olan materialların, nəşrlərin qorunduğu elmi kitabxanalar ödənişsizdir, yaxud da ora çox cüzi ödənişlər edilir.

Qeyd edək ki, bir neçə gün əvvəl Leyla İmanova MEK direktoru vəzifəsindən azad edilib, onun yerinə isə Sevil Zülfüqarova təyin olunub. Sosial şəbəkələrdə yayılan məlumata görə, L.İmanovanın MEK direktoru vəzifəsindən azad edilməsinin səbəbi abunə haqqını 150 manata qaldırması olub. Biz onun vəzifədən hansı səbəblərə görə uzaqlaşdırıldığının təfərrüatlarını bilmirik. Amma fakt budur ki, kitabxananın abunə haqqı bahadır və bu, qətiyyən, elm adamlarının büdcəsilə uyğunluq təşkil etmir.

Onu da qeyd edək ki, MEK-in sabiq direktoru L.İmanova hələ vəzifəsində olarkən qiymət artımı ilə bağlı açıqlama vermişdi. Həmin açıqlama MEK-in rəsmi saytında yerləşdirilib. Məlumatda deyilir: “Son günlərdə sosial şəbəkələrdə və mediada ödənişli kitabxana xidmətləri ilə bağlı AMEA rəhbərliyi və MEK ünvanına səsləndirilən fikirlərə dair aşağıdakıları diqqətinizə çatdırmaq istərdim.

2015-ci ildən başlayaraq, MEK müasir kitabxana xidmətlərini AMEA əməkdaşları ilə yanaşı, 18 yaşına çatmış bütün Azərbaycan vətəndaşlarına təqdim edir. 2017-ci ildən başlayaraq isə oxucuların xahişi əsasında və AMEA rəhbərliyinin dəstəyilə MEK 09.00-22.00 saatlarında ikinövbəli xidmət göstərir.

Xidmətlər bütün AMEA əməkdaşları və magistrantlarına imtiyazlı, Qarabağ müharibəsi əlillərinə, 20 Yanvar şəhidlərinin ailələrinə, müharibə veteranlarına, 70 yaşına çatmış və bir sıra başqa şəxslərə isə pulsuz göstərilir. Son üç il ərzində qanunvericilik çərçivəsində və şəffaflıq-hesabatlılıq prinsipləri gözlənilməklə, AMEA əməkdaşı və magistrantı olmayan şəxslərə dair yeni qiymət cədvəli tətbiq edilir.

Azərbaycan Respublikasının elm sahəsinin büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilmə mexanizminin olmasını və MEK-in 2020-ci il üçün müəyyən etdiyi kadr, texniki, proqram təchizatı ehtiyaclarını və fəaliyyət proqramını nəzərə alaraq, MEK-in əlavə xidmətlərindən 2020-ci maliyyə ili üçün nəzərdə tutulmuş büdcədənkənar gəlirlər cədvəli yenilənmişdir. Çox da böyük olmayan büdcədənkənar vəsait kitabxananın maddi-texniki bazasının gücləndirilməsinə və əməkdaşların sosial müdafiəsinə yönəldilir.

Oxucuların istinad etdiyi “xaricdə pulsuz kitabxana xidməti” təbii ki pulsuz deyil və hər bir halda müəyyən qurumlar tərəfindən ödənilir. Müxtəlif ixtisaslar üzrə mütəxəssis yetişdirən müəssisələr öz sahələri üzrə müvafiq kitabxana xidmətləri təklif edə bilmədikləri halda, mütəxəssis kimi formalaşmasında maraqlı olduqları şəxslərin başqa kitabxanalara abunə haqlarının ödənilməsini müzakirə edə bilərlər. Burada başqa mexanizm yoxdur – xidmət göstərilirsə, müvafiq ödənişi olmalıdır. Yeri gəlmişkən, AMEA rəhbərliyi AMEA magistrantlarının MEK abunə xidmətlərini öz üzərinə götürüb.

Qiymətlərin yüksək olmasına gəldikdə isə, hazırda tətbiq edilən aylıq və illik abunə qiymətlərinə əsasən, oxucu 1 kitabxana gününə 0,62 AZN ödəyib 12 saat ərzində kitabxanadan limitsiz istifadə etmək hüququnu əldə edir. Xidmətlərin sahəsini və məzmununu müqayisə etmək niyyətindən uzaq dursaq, bu, başqa sahələrdə, məsələn, şəhərdaxili sərnişindaşıma xidmətlərinin tarifləri ilə müqayisədə çox aşağıdır. Belə ki, gün ərzində şəhər nəqliyyatına bir gediş və bir qayıdışa ödənilən 0,6 AZN ilə gün ərzində limitsiz 12 saatlıq kitabxana xidmətlərinin ödənişi təxminən eynidir.

Oxucular müzakirələr zamanı şəffaflığın olmaması məsələsini də səsləndirirlər. Qeyd etməliyəm ki, tətbiq edilən qiymətlər MEK saytında, sosial şəbəkə səhifələrində açıq şəkildə yerləşdirilir. “Oxucu kartı” oxucunun şəxsiyyət vəsiqəsi əsasında, oxucunun razılığı ilə hazırlanır, kart üçün ödənilən vəsait mədaxil orderində iki nüsxədə əks olunur, orderin bir nüsxəsi oxucuya verilir, ikinci nüsxəsi isə Maliyyə Nazirliyinə təqdim olunur. Vəsaitin aidiyyəti üzrə xərclənməsinə Maliyyə Nazirliyinin 12 saylı Xəzinədarlıq İdarəsi tərəfindən nəzarət edilir. Oxucunun şəxsi məlumatları əks olunmuş kart oxucuda saxlanılır. Oxucu kartdan istənilən vaxt, müddəti məhdudlaşdırılmadan MEK-in iş vaxtı ərzində istifadə etmək hüququna malikdir.

MEK rəhbərliyi gənclərin təhsilə və peşə inkişafına doğru atdığı ciddi addımları yüksək qiymətləndirir, Azərbaycanın inkişaf yolunu yalnız bilik cəmiyyətindən keçdiyini başa düşür, oxucuların bu sahədə səsləndirdiyi ehtiyacların qarşılanması yollarını araşdırır və bununla bağlı bir çox prosedurun (təhlükəsizlik, sənədləşdirmə, ödəniş və s.) yenilənməsi layihəsini hazırlayır.

Ümid edirəm ki, yuxarıda təqdim olunan məlumat MEK oxucularının və xidmətlərimizlə yaxından maraqlanan digər şəxslərin və qurumların suallarını cavablandırmış olacaq”.

  • “İllik 150 manat abunə haqqı kənardan gələn şəxslərə aiddir”

AMEA Mərkəzi Elmi Kitabxanasının Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə Feyziyeva isə “Bakı-Xəbər”ə bildirdi ki, akademiya əməkdaşları, eləcə də bu qurumun magistrləri üçün xidmət imtiyazlıdır. “İllik 150 manat abunə haqqı kənardan gələn şəxslərə aiddir. Aylıq isə 15 manatdır. Əvvəllər isə 10 manat ödəyirdilər. Bütün bunlar xidmət səviyyəsinin yüksəldilməsi ilə bağlıdır. Qiymətin bu cür olması AMEA rəhbərliyi tərəfindən müəyyən edilib. Amma MEK-də tətbiq edilən qiymətlərə yenidən baxılması gözlənir. Bu məsələ hələ müzakirə ediləcək” - deyə İ.Feyziyeva qeyd etdi.

Həmçinin, o bildirdi ki, xidmət AMEA əməkdaşları və magistrantlarına imtiyazlı, Qarabağ müharibəsi əlillərinə, 20 Yanvar şəhidlərinin ailələrinə, müharibə veteranlarına, 70 yaşına çatmış və bir sıra başqa şəxslərə isə pulsuz göstərilir.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ