Cümə günü, 13 noyabr 2026
     

Azərbaycanda “feminizm hərəkatı”? - Qadınlara hansı ayrıseçkilik var ki...

Image


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Azərbaycan Feminist Hərəkatının martın 2-də “8 Mart - Bizimdir Hürr Küçələr” yürüş keçirməklə bağlı müraciətinə cavab verib.

APA-nın məlumatına görə, cavabda qeyd edilib ki, yürüşün keçirilməsi üçün müraciətdə qeyd olunan ərazi əhalinin daha sıx hərəkət etdiyi ərazi olduğundan, həmçinin, burada çoxlu iaşə, ticarət, xidmət və əyləncə obyektləri yerləşdiyindən, ictimai təhlükəsizlik baxımından kütləvi tədbirin keçirilməsi məqsədəmüvafiq deyil. Yürüşün keçirilməsi üçün alternativ yer olaraq müraciət edənlərə martın 8-də, saat 15:00-dan 16:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi ilə Həzi Aslanov küçəsinin kəsişməsindən, Həzi Aslanov küçəsi ilə “Neftçi” İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazasının yanından hərəkət etməklə 20 Yanvar küçəsi boyunca 5-ci yaşayış massivi istiqamətində olan marşrut təklif olunub.

Qeyd edək ki, Azərbaycan Feminist Hərəkatı martın 2-də martın 8-də, 15:00-da Nizami küçəsindən "Kolorit" kafesinin qarşısına qədər yürüş keçirmək üçün BŞİH-yə müraciət edib. Aksiyanı keçirmək istəyənlər niyyətlərini belə izah ediblər: “Həmin gün biz cəmiyyəti patriarxatdan azad etmək və səsimizi duyurmaq naminə birləşəcəyik. 8 Mart tarixən qadınların öz hüquqlarını tələb etmək məqsədilə etirazlar keçirməsi üçün təyin olunmuş gündür. Biz öz mübariz köklərimizə geri qayıtmalı, haqlarımız uğrunda yenidən birləşməliyik.

Yürüşün məqsədləri çoxsaylı qadın qətlinə, erkən nikahlara, uşaq istismarına, gender əsaslı zorakılığa etiraz etmək, insanları kişi hakimiyyətinə qarşı səfərbər etməkdir”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin rəhbəri Taleyə İbrahimova Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbirdə deyib ki, Azərbaycanda heç vaxt feminizm hərəkatı olmayıb. Azərbaycanda ziyalı qadınların hərəkatı olub. Onun sözlərinə görə, bu gün Azərbaycanda qadın məsələləri ilə məşğul olan 300-ə yaxın təşkilat fəaliyyət göstərir.

O deyib ki, qadınları hüquqları haqqında maarifləndirməklə yanaşı, onlara iqtisadi baxımdan dəstək olmaq üçün də layihələr həyata keçirilir: “Azərbaycanda hazırda 9 qadın resurs mərkəzi fəaliyyət göstərir. İndiyədək Azərbaycanda 265 qadın sahibkar formalaşıb”.

Taleyə İbrahimova, həmçinin, vurğulayıb ki, son illər ölkədə erkən nikahların sayı azalıb.

Azərbaycanda doğrudan da qadınlara qarşı heç bir ayrıseçkilik yoxdur. Ölkəmiz dünyəvi qanunlarla idarə edildiyindən, qadınlara qarşı cinsi ayrıseçkilikdən söhbət belə gedə bilməz. Azərbaycan qadınları ölkənin bütün aktiv sahələrində yaxından iştirak edirlər. Bura radikal dini qanunlarla idarə olunan ölkə deyil ki, hansısa feminizm hərəkatına ehtiyac duyulsun. Aksiyanı təşkil edənlərin tələblərindən də görünür ki, əsası olmayan fikirlər irəli sürülür.

Ümumiyyətlə, Azərbaycanda feminist hərəkatına ehtiyac varmı?

  • Yasəmən Möhübbətqızı: “Bu cür üsullarla bizim cəmiyyətdəki milli, əxlaqi dəyərləri aşındırmaq istəyirlər”

Respublikada qadın hərəkatının fəallarından olan Yasəmən Möhübbətqızı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, belə tələbləri irəli sürənləri araşdırsanız, kökləri gedib xarici ölkələrə çıxacaq: “Mən uzun müddət Respublika Qadınlar Təşkilatının rəhbər strukturlarında təmsil olunmuşam. Bu həm SSRİ, həm də müstəqillik dönəmini əhatə edib. Hazırda da aktiv fəaliyyətlə məşğulam, müxtəlif layihələr həyata keçirirəm. Birmənalı şəkildə deyə bilərəm ki, Azərbaycanda qadınlara qarşı heç bir ayrıseçkilik yoxdur. Əksinə, cəmiyyətin böyük dəstəyini hiss etmişik. Bizim ölkəmizdə fəal qadınlara daha çox diqqət və dəstək verilir. Əminliklə deyə bilərəm ki, qadına olan hörmət, ehtiram yüksək səviyyədə olduğu üçün, hətta qadınlar karyera pillələrində daha tez irəliləyə bilirlər. Bütün bunlar bizim milli-mənəvi dəyərlərimizdən irəli gəlir. Qadına hörmət bizim cəmiyyətimizdə normaya çevrilib. İctimai nəqliyyatda gedəndə fikir verin. Görün bir qadını ayaq üstə saxlayırlarmı? Bütün cavanlar durub qadına yer verir. Bunu siz dünyanın başqa yerlərində görə bilməzsiniz. Belə münasibət heç bir direktivlə tənzimlənmir. Bu, cəmiyyətin özünün müəyyənləşdirdiyi dəyərlərdir. Belə vəziyyətdə olan ölkədə hansı feminizmdən danışmaq olar? Qadınlara qarşı cinayətin olduğunu əsas gətirirlər. Dünyanın heç bir ölkəsində hər hansı bir qadın cinayətin qurbanı ola biləcəyindən sığortalanmayıb. Bizdə də hər hansı qadına qarşı cinayət törədilirsə, buna kriminal hadisə kimi baxmaq lazımdır. Məqsədli şəkildə olunan siyasətin tərkib elementi kimi yox. Bu cür çağırışları dövlətimizdəki stabilliyə müdaxilə kimi dəyərləndirirəm. Hesab edirəm ki, bu cür üsullarla bizim cəmiyyətdəki milli, əxlaqi dəyərləri aşındırmaq istəyirlər. Dünyanın heç bir yeri ilə müqayisə olunmayan ailə institumuz var. Bunu kim inkar edə bilər? Azərbaycan dini dövlət deyil ki, burada qadınların hansısa haqlarını qorumağa ehtiyac olsun. Bütün bunları əsassız və lüzumsuz sayıram”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ