Cümə günü, 13 noyabr 2026
     

Azərbaycan virusa qarşı daha güvənli oldu - əsas əks-vasitə olan test ehtiyatı kifayət qədərdir, Bakı əhalisi xüsusi alqoritmlə yoxlanacaq, İsraildən isə...

Image


İran İslam Respublikasından Azərbaycana gələn daha üç şəxsdə koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan baki-xeber.com-a verilən məlumata görə, həmin şəxslərdən biri 1988-ci il təvəllüdlü Almaniya vətəndaşı, digər iki nəfər isə 1994 və 1999-cu il təvəllüdlü, İranın Qum şəhərində təhsil alan Azərbaycan vətəndaşlarıdır. Həmin şəxslər xüsusi rejimli xəstəxanaya yerləşdirilib.

Hazırda pasiyentlərin vəziyyəti kafidir, hərarətləri normaldır, şikayətləri yoxdur.

Onların müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

İndiyə qədər koronavirusa yoluxmuş bütün şəxslərin səhhəti ciddi nəzarətdə saxlanır, onların müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Martın 4-də Səhiyyə Nazirliyində geniş müşavirə keçirilib. Səhiyyə naziri Oqtay Şirəliyevin sədrliyi ilə keçirilən iclasda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta Dövlət Agentliyinin müvafiq strukturlarının rəhbər və əməkdaşları iştirak edib.

Müşavirədə qeyd edilib ki, epidemiya təhlükəsinə qarşı tədbirlər Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri nəzərə alınmaqla, birgə səylərlə davam etdirilməlidir.

Koronavirusla mübarizə sahəsində keçirilən müşavirədə xəstələrin müalicə və profilaktikası məsələlərinin səmərəli təşkili, eləcə də əks-epidemik tədbirlərin səmərəliliyinin daha da artırılması istiqamətində işlərin gedişi müzakirə olunub.

Ölkədə kifayət qədər test ehtiyatının olduğu vurğulanıb və ehtiyac yarandığı təqdirdə ölkəyə gətirilməsi imkanları müzakirə edilib.

Müşavirədə xarici ölkələrdən gələn vətəndaşların yoxlanılması, və yoxlamaya cəlb edilmək üçün səbəb ola bilən əlamətlərin siyahısı müəyyənləşdirilib.

“Koronavirusla bağlı İsraildən Azərbaycana ekspertlər gələcək”. Bunu isə koronavirusla əlaqədar keçirilən brifinqdə Nazirlər Kabineti yanında yaradılan operativ qərargahın üzvü, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda koronavirusun təsdiqləndiyi 3 nəfər var. Onların vəziyyəti stabildir və həkim nəzarətindədirlər:"İranla sərhəddə 14 günlük karantin tətbiq edilir. 276 nəfər xüsusi dəhliz vasitəsilə İrandan Azərbaycana keçib. Onların hamısı karantin şəraitində saxlanır".

Y.Qarayeva əlavə edib ki, xəstəliyin diaqnostikası yalnız ÜST-ün tələblərinə cavab verən testlər vasitəsilə aparılır.

O qeyd edib ki, martın 3-dən 9-dək təhsil müəssisələrinin bağlanması qabaqlayıcı tədbirdir: "Valideynlər uşaqları bu müddətdə qapalı yerlərə aparmasınlar. Xahiş edirik ki, hər kəs bizim verdiyimiz tövsiyələrə əməl etsin".

TƏBİB yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev deyib ki, hazırda Azərbaycanda 500-dək insan koronavirusa görə karantin şəraitində saxlanır. Onun sözlərinə görə, bu xəstəlik insanlarda, adətən, daha yüngül formada keçir. Koronavirusa yoluxanların 4-5 faizində xəstəlik ağır formada keçir və onların xəstəxanada müalicə edilməsinə ehtiyac olur.

Vasif Əliyev bildirib ki, Azərbaycanda koronavirusa görə ölüm faktı baş verməyib. TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva isə deyib ki, uşaqların əyləncə mərkəzlərinə və digər qapalı məkanlara getməməsi ilə əlaqədar qadağa qoya bilməzlər: "Məktəblərin bağlanması ona görə edildi ki, uşaqlar bir yerdə kütləvi şəkildə olmasın. Bununla bağlı valideynlər arasında da maarifləndirmə tədbirləri aparılır. Bunu valideynlər özləri dərk etməlidirlər".

“İranla sərhədərdə keçidin məhdudlaşdırma vaxtının uzadılıb-uzadılmayacağı barədə indi fikir söyləmək mümkün deyil” deyən Y.Qarayevanın sözlərinə görə, karantində saxlanılanlar əsasən, İrandan gələn insanlardır: "Karantində saxlanılan 500-dək insanlar əsasən, cənub sərhədlərini keçən insanlardır. Onlar mütləq müayinə olunurlar. Tibb personalının qorunması bizim əsas vəzifəmizdir. Ehtiyac olan hər şey alınır".

Y.Qarayeva əlavə edib ki, Bakıda karantində saxlanılan şəxslər yoxdur. Hazırda əsas karantin xəstəxanaları Astara, Cəlilabad və Qobustan xəstəxanalarıdır. Digər xəstəxanalar dəstəkverici müəssisələrdir.

Qərargah üzvü bildirib ki, koronavirusun müəyyən edilməsi üçün testlər bu yaxınlarda Azərbaycana gətirilib:"Bunun gətirilməsi mütəmadi olaraq davam edəcək və testlərlə təminat sahəsində heç bir çətinlik olmayacaq".

Y.Qarayeva Azərbaycanda heç bir kəsin karantindən yayınması halının baş vermədiyini deyib. Onun sözlərinə görə, karantinin şərtlərinə hər kəs riayət etməlidir və bu işin təşkili müvafiq orqanlar tərəfindən tənzimlənir:"Vətəndaşlar narahat olmasınlar, əgər belə hal olarsa, onun qarşısı alınacaq".

Azərbaycanın baş infeksionisti Cəlal İsayev isə regionlarda və Bakı şəhərində koronavirusla bağlı ixtisaslaşmış mərkəzlərin yaradılacağını deyib. Onun sözlərinə görə, bu mərkəzlərdə insanlar xüsusi alqoritmlə yoxlanacaq: "Koronavirus aşkarlanan şəxslər həmin mərkəzlərdə karanatinə alınaraq müalicə olunacaqlar".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ