Bazar günü günü, 27 sentyabr 2026
     

Son 15 ildə Azərbaycan səhiyyəsində görülən işlər koronavirus kimi təhlükənin qarşısını kəsməyə necə imkan verəcək...

Image


Bu gün bütün dünya ölkələri kimi, Azərbaycan da koronavirusa qarşı ciddi mübarizə aparır. Bir sıra dövlətlərdən fərqli olaraq, ölkəmizdə bu virusdan itkisiz çıxmaq üçün daha mütəşəkkil işlər görülür. Əlbəttə, burada Azərbaycanda yaradılan müasir səhiyyə infrastrukturunun da rolunu qeyd etməliyik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də qeyd edib ki, Azərbaycan müasir səhiyyə infrastrukturuna malikdir

Azərbaycan Prezidentinin Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirakı bir daha göstərir ki, ölkəmizdə müasir səhiyyə infrastrukturu formalaşdırılıb. Eyni zamanda, Azərbaycanda səhiyyənin maddi-texniki bazası ən yüksək səviyyədə qurulur, paytaxt Bakı və bölgələrdə tibb müəssisələri müasir standartlara cavab verir, tibbi avadanlıq dünyanın aparıcı xəstəxanalarında olan avadanlıqlardan fərqlənmir. Son 16 ildə Azərbaycanın ancaq bölgələrində 22 yeni xəstəxana, 15 diaqnostika-müalicə mərkəzi inşa edilib, 28 mərkəzi rayon xəstəxanası əsaslı təmir olunub. Beş xəstəxananın tikintisi isə davam edir. Bölgələrdə 70 müasir tibb ocağı istifadəyə verilib. Son 16 ildə Azərbaycanda 700-dən çox tibb müəssisəsi tikilib və əsaslı təmir olunub. Azərbaycanda əhalinin sağlamlığının qorunması istiqamətində məqsədyönlü siyasət həyata keçirilir. Son illər müayinədən keçən vətəndaşların sayı 5 milyona çatıb. Azərbaycanda səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi gözlənilməz, fors-major hadisələri də nəzərə alır.

  • “İllərlə görülən hazırlığın nəticəsidir ki, heç bir problemlə üzləşmədən koronavirusa qarşı mübarizəmizi apara bilirik”

K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, professor Nəsib Quliyev “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda formalaşdırılan yeni səhiyyə infrastrukturu koronavirus təhlükəsinin qarşısını almaqda böyük imkanlara malikdir. N.Quliyevin sözlərinə görə, ölkəmizin müasir səhiyyə infrastrukturu imkan verir ki, biz bu virusdan itkisiz çıxaq. “Doğrudan da keçən 15 il ərzində Azərbaycan səhiyyəsində inqilabi dəyişikliklər baş verib. Təsəvvür edin ki, qeyd edilən müddətdə 650-dən artıq tibb müəssisəsi ya yenidən tikilib, ya da tamamilə ən müasir avadanlıqlarla təchiz olunmaqla yenidən qurulub. Bu tibb müəssisələrinin də əksəriyyətinin açılışında Prezident İlham Əliyev iştirak edib. Mən bəzən tikilən tibb müəssisələrini ilin həftələrinə bölürəm və hər həftəyə bir tibb müəssisəsi düşür. Bir ildə orta hesabla 50 həftə var. 13 ildə 50 həftəni hesablasaq, bu 650 həftə edir. Dünyada ikinci belə bir ölkə tapa bilməzsiniz ki, səhiyyəsində bu qədər sürətlə işlər görülsün, səhiyyə infrastrukturu bu dərəcədə yenilənsin. Həm tibb müəssisələri inşa olunub, həm də onlar ən müasir avadanlıqlarla təchiz olunub. İkinci məsələ, koronovirusla bağlı dünyanın bir çox ölkəsində əsas ehtiyac olunan məsələ erkən diaqnostika ilə bağlıdır. Yəni vaxtında xəstəlik araşdırılıb diaqnoz qoyulmayıb. Biz də isə bu sahədə də ciddi inkişaf var. Taun Əleyhinə Stansiya (Taun Əleyhinə Dispanser) köhnə yerindən köçürüldü və 8-ci kilometr qəsəbəsində ona müasir standartlara cavab verən gözəl bir bina tikildi. Hazırda dispanser orada fəaliyyət göstərir. Dispanser ABŞ-ın xəstəliklərə qarşı nəzarət təşkilatından, eləcə də Avropa ölkələrindən olan aparıcı mütəxəssislərin iştirakı ilə təchiz və təmin olundu. Bu gün o dispanserdə elə avadanlıqlar var ki, bizi əhatə edən ölkələrin çoxunda heç o yoxdur. Ölkəmizdə Mərkəzi referes laboratoriyanın mövcud olması və ən müasir avadanlıqlarla təmin edilməsi bizə imkan verir ki, zamanında koronavirusun diaqnozunu qoyaq və müalicəsini həyata keçirə bilək. Həmçinin də dərman, tibb ləvazimatları, avadanlıq cəhətdən də heç bir çatışmazlığımız yoxdur. Yəni ölkəmizdə formalaşdırılan səhiyyə infrastrukturu imkan verir ki, biz ən qorxulu xəstəliklərdən belə respublika əhalisini, vətəndaşlarımızı qoruya bilək. Bir tərəfdən illərlə görülən hazırlığın nəticəsidir ki, heç bir problemlə üzləşmədən koronavirusa qarşı mübarizəmizi apara bilirik. Başqa ölkələrə baxsanız, hətta inkişaf etmiş ölkələrin bəziləri də özlərində lazımi infrastruktur olmadığı üçün başqa ölkələrdən kömək istəyirlər. Amma bizim səhiyyəmiz bu virusla mübarizədə heç bir dövlətdən kömək istəmədi. Çünki onun özü bu kimi xəstəliklərlə mübarizəyə hazır oldu. Gördünüz ki, qonşu İranda (düzdür, bu ölkəyə qarşı iqtisadi sanksiyalar tətbiq olunub və s.) koronovirusla mübarizə idarəetmədən çıxdı, bu mübarizə orada çox çətinliklə idarə olunur. Nəyə görə? Ona görə ki, bu virusun qarşısını almaq üçün tələb olunan avadanlıqlar, digər vasitələr yoxdur. Diqqət edin görün ki, əhatəmizdə olan ölkələr, eləcə də İran son 15 ildə neçə yüz tibb müəssisəsi tikib? Yəni bunlar hamısı onu göstərir ki, doğrudan da Prezidentimiz son 15 ildə görülən real işlərin nəticələrini vurğulayıb. Ona görə də biz bu xəstəliyə təşvişlə, həyəcanla yanaşmağa lüzum görmürük. Dövlət səviyyəsində Ümumdünya Səhiyyə Təşkilatının da tövsiyələri nəzərə alınmaqla bütün tədbirlər həyata keçirilməkdədir”.

N.Quliyev qeyd etdi ki, orta və ali təhsil müəssisələrinin, o cümlədən də bağçaların müvəqqəti olaraq bağlanması alqışlanasıdır. Onun sözlərinə görə, bu qərarın xəstəliklə mübarizədə böyük əhəmiyyəti var. Müsahibimiz dedi ki, yoluxma kollektivdə, ictimai yerlərdə, təmas zamanı daha asanlıqla yayıla bilir. “Biz bunun qarşısını aldıq. Uşaqlar artıq evdə valideynlərinin yanındadır və onlar kütləvi yerlərə çıxmırlar. Hətta uşaqlara, şagirdlərə, tələbələrə tövsiyə edildi ki, kütləvi tədbirlərə, ekskursiyalara getməsinlər və s. Bunlar hamısı dövlət tərəfindən vətəndaşlarımızın, o cümlədən də uşaqlarımızın təhlükəsizliyinə, qorunmasına yönəlmiş tədbirlərdir”.

Ölkəmizin bütün qurumlarının təhlükəli virusa qarşı mübarizədə tədbirlər gördüyünü, əlaqəli işlədiyini, KİV-in isə öz üzərinə düşən informasiya təminatını həyata keçirdiyini deyən N.Quliyev hesab edir ki, ölkəmiz bu problemlə mübarizədən qalib çıxacaq. “Ölkəmizdə bununla bağlı heç bir narahatlıq, nigarançılıq yoxdur. Çünki Azərbaycanda bu proseslər çox uğurla idarə olunur. Xüsusilə də Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyindən də müsahibə verdilər ki, Azərbaycanda Ümumdünya Səhiyyə Təşkilatının verdiyi bütün tövsiyələr nəzərə alınır, yerinə yetirilir. Dövlət, səhiyyə və digər qurumlar öz işini görüb, əsas iş isə vətəndaşların üzərinə düşür. Vətəndaşlar da onlara edilən tövsiyələri vaxtlı-vaxtında yerinə yetirməlidirlər. Dövlət mümkün olan hər şeyi edib. Prezident əlavə olaraq bu məsələyə ehtiyat üçün yenə 10 milyon manat vəsait ayırdı. Bizim bu virusla mübarizə üçün dərman preparatlarımız, avadanlıqlarımız, xəstəxanalarımız da var. Əminəm ki, görülən bu tədbirlər də müsbət nəticə verəcək, qısa müddətə, bir-iki aya bu problemə tam olaraq nöqtə qoymuş olacağıq” - deyə N.Quliyev vurğuladı.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ