Cümə günü, 13 noyabr 2026
     

İgid ömrü

Image


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyası ilə “Bakı-xəbər” qəzetinin birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından “İgid ömrü” adlı növbəti kitabı çapa hazırlayırıq. Kitab Azərbaycanın Milli Qəhrəmanı Füzuli Salah oğlu Rüstəmovun vətənpərvərlik nidalı həyat, döyüş, qəhrəmanlıq yollarından bəhs edir.

Nazim Hüseynov: “Füzulini Əsgəran GPZ-sində susdura bilmədilər”

Fiqurə xanımın xatirələrini yeri gəldikcə sizlərin diqqətinə çatdıracağam. Hələliksə, Füzuli-Zamin xarakterinin açılması üçün onun yaşıdlarının, dostlarının dedikləri ilə davam edək. Əslində dostların dedikləri də bir kitab-dəftərə sığası deyil. Onları da “İgid ömrü” kitabı boyu müxtəlif aspektlərdən işıqlandıraq ki, bu qəhrəman azərbaycanlı oğlunu səmimiyyətlə anıb, onun indiki və gələcək nəsillərə bilavasitə örnək olduğu faktlarını dəqiq-dürüst, mübaliğəsiz çatdıra bilək. Bu məqamda Füzulinin uşaqlıq, gənclik, döyüş, əqidə dostu, yaşıdı və qonşusu, həm də Xocalı aeroportunun polislərindən olan Nazim Hüseynovun dediklərindən bir hissəni oxuyun. Etiraf etməyi özümə borc bilirəm ki, Nazim həm də Fiqurə xanımla birgə mərhum dostu haqqında bilgiləri əldə edə bilməyimdə mənə çox böyük köməkliklər göstərdi. Onunla Xocalı batalyonunun sabiq komandiri, əslən məshəti türkü Sərvər Rəcəbovun dünyamızdakı sonuncu günlərinə - Sabirabad rayonunun Ahıska kəndinə yetişib, onu da birgə danışdırmışıq. Qarşıdakı yazıları qaçırmayın. Hələ çox mətləblərdən agah olacaqsınız. Nazim məni Füzulinin dost-tanışları ilə görüşdürdü, bu müsahibə isə bizim Nazimlə tanışlığımızın başlanğıcıdır. Bakıdakı fəaliyyətini xocalılı qaçqınların bir qisminin məskunlaşdığı Azərbaycan Texniki Universitetinə məxsus tələbə yataqxanasına bağlayan Nazimlə elə bu ünvanda da görüşürük. Yeri gəlmişkən, bu insanlarla məni bağlayan bir sıra cəhətlər də var. Əvvəla, mərhum Füzuli də, Nazim də mənim həmyaşıdlarımdı. Nazimlə görüşdüyüm ünvan isə Bakı Dövlət Universitetindən üzü yuxarı Yasamalda “tələbə şəhərciyi” sırasıdır ki, mənim tələbəlik illərim buralara çox nostalji hisslərlə bağlıdı. Xocalılıların burada məskunlaşdığı vaxtlar bizim universitet və təbii ki, bu ərazilərlə müəyyən mənada xudafahizləşdiyimiz zamanla üst-üstə düşür. Bu hisslər altında xeyli duyğulandıqdan sonra Nazimlə söhbətə başlayıram.

“Füzulinin babası Kərim kişi təpərli insan idi, qan bağlayardı”      

- Füzuli ilə ilk tanışlığınızı xatırlayırsız?

- Yaxşı xatırlayıram. Biz əslən Laçın rayonundanıq. Xocalıda gəlib Füzulinin babası rəhmətlik Kərim kişinin qonşuluğunda məskunlaşmağımızın əsas səbəbkarı elə Kərim kişinin özü olub. Kərim kişi çox diplomat, savadlı, təpərli kişi idi. Sözünün kəsəri vardı, qan bağlayardı. Elin dili ilə desək, keçmiş kişilərdən idi, ədavət yaratmaz, əksinə, adamları, küsülüləri barışdırardı. Bir sözlə, çox ədalətli bir adam idi.Tərtərin Hüsənli kəndində qızı rəhmətə gedəndən sonra köçüb Kəlbəcərdə Alaqayada yaşamışdı. Sonradan Xocalıya köç eləmişdi. Onun gəlişindən sonra - 1986-cı ildə Füzuli ilə ilk tanışlığımız oldu. Ermənilərin yaşadığı Kətik kəndinin tut bağları var idi o ərazidə.

- Yeri gəlmişkən, Kətik erməni sözü idi?

- Kətik, Naxçıvanik - əslində bizim sözlərdən yaranıb bu ifadələr. Sadəcə, sözlərin formasını dəyişdirib öz dillərinə uyğunlaşdırıblar.

- Aydındı...

- Hə, Füzuli ilə bu tut bağlarında üz-üzə gəldik ilk dəfə. Hələ bir balaca da savaşan kimi olduq. Bilirsiniz, onda bir inadkarlıq var idi. Onu öldürərdin, qabağından yeməzdi. Bir az bir-birimizi tutub sıxçaladıq, dedim axı sən kimsən? Cavab verdi ki, Kərim kişinin nəvəsiyəm. Kərim mənim babamdı deyəndə qayıtdım ki, axı biz qohumuq, niyə savaşırıq. Elə o tut bağından da aramızda səmimi bir münasibət yarandı. Çünki Kərim kişiyə bizim böyük hörmətimiz var idi. Bizim orda yer alıb tikilməyimizə səbəbkar olmuşdu. Üstəlik, qürurlu, məntiqli kişiydi, əsl ağsaqqal idi, qan işini gedib həll edən, bağışlayan bir adam idi. Sonradan gəlib qonşu olduq. Bax, deyim ki, Füzuli ilə bizim aramızda “sənin-mənim evim” fərqi yox idi. Mən acanda gedirdim, Kərim baba oldu, ya həyat yoldaşı Tamaşa nənə idi, fərq eləmirdi, oturub onlarda yeyirdik, ya bizdə yeyirdik. Bir-birimizə o qədər doğmalaşmışdıq ki... Sonradan onu yaxından tanıdıqca bildim ki, uşaq vaxtı anasını, ardınca atasını itirib. Babası götürüb bunu himayəsinə, babasının qanadı altında yaşayıb. Xalası Səkinə arvad elə bütün ömrünü bu iki uşağa – bacısı balalarına həsr edib və s. Tanışlaşıb beləcə yaşamağa davam etdik Xocalıda.

Xocalının qara günlərinin başlanğıcı – 1988-ci il

- Hadisələr nə vaxt başladı Xocalıda?

- 1988-ci ilin Novruz bayramında hadisələr artıq başladı. Bu, Füzulini ilk andan narahat etdi. Tez-tez cavanları yığıb deyirdi ki, bu şərəfsiz ermənilərə baxın, gəlib bizim çörəyimizi yeyirlər, indi bizdən torpaqlarımızı da almaq istəyirlər. Bunları axır bir dənəsinə qədər qırmaq lazımdı. Biz də deyirdik ki, ə Füzuli, bəsdi də, qurtar bu söhbəti, sən Fantomas-zad deyilsən ki, gedib bütün ermənini qırasan. İndi inşallah qismət olar, bir yolla qisasımızı alarıq. Sonra bir qanlı olay baş verdi. Elə səksən səkkizinci il idi. Bir də gördüm ki, Xocalıdan erməni maşınları keçir, Füzuli də çıxıb erməni maşınlarını təkbaşına daş-qalaq edir. Soruşdum nə olub? Qaçdıq biz də ora. O zaman komendant saatı tətbiq olunmuşdu. Gördük Füzulini rus əsgərləri aparırlar Əsgərana. Mən çıxdım, sonra iki-üç nəfər - Şükür idi, Əkbər idi, İsrail idi - rus əsgərləri ilə əlbəyaxa olduq. Onlarda dəyənəklər var idi, amma birtəhər Füzulini dartıb onların əlindən aldıq. Bu zaman əlavə qüvvələr gəldi, bizim hamımızı da onun gözünə basıb birbaşa apardılar Əsgərana, komendaturaya. İndiki kimi yadımdadı. Axır çərşənbə günüydü. O günü biz Əsgəran “KPZ”-sinin içərisində keçirdik. Orda da bilmirik başımıza nə gələcək. Ruslar nəzarət eləyir, onlara da etibar yoxdu.  Füzuli isə KPZ-nin içində də susmur. Orda da erməni milisləri var, amma heç nəyə məhəl qoymur, bunları nəyi var söyür. Deyirdi qoy gəlib məni öldürsünlər, amma mən onları təhqir edəcəyəm, qanım bahasına olsa da...

Gəlib hərəmizi atdılar ayrı-ayrı otaqlara. Qapını döyürəm, deyirəm söyüş söymə. Cavab verir ki yox, bunları belə-belə olsun-filan, sakitləşmir. Bir ucdan deyir ki, bunlar, yəni əraziyə nəzarət edən ruslar bizim torpaqlarımızı alıb öz dindaşlarına vermək istəyirlər, ermənilər kimdi axı, onlar bizim qonağımızdı. İnanın Allaha, o orda bir pəstah çıxardı, bir oyun çıxardı, mən şəxsən deyim ki, səsimi kəsib sakit oturdum. Çünki bildim ki, burda başqa şeylər danışmaq, artıq hərəkət eləmək olmaz. Amma onun o danışığı, hərəkəti qanına, ölümünə idi. Deyirdi qoy lap məni öldürsünlər, amma mən onları təhqir edəcəm. Səhərisi Xocalının icra başçısı Elman Məmmədov, bir də tatar millətindən olan komendant  gəldilər. Komendant dedi mən də müsəlmanam, sizi Novruz bayramına görə bağışlayıram. Mən ona cavab verib söylədim ki, biz bəyəm neyləyirik, ermənilər silahla vurur, bizimkilər də daş atıblar da. “Kolon” gəlib keçənə qədər uşaq-böyük hamısı qanına qəltan olunur, bunun qarşılığında biz neyləmişik ki... dedim bəs sənin başına bu işləri gətirsələr, döysələr-söysələr qəbul edərsən?! Dedi yox. Dedim bəs biz necə qəbul eləyək?! Dedi amma olmaz da, komendant saatı qoyulub, ona əməl etmək lazımdı. Bax, elə həmin günlərdən də həm Xocalının qara günləri başladı, həm də Füzulinin iztirabları artdı.

Evin tək oğlu olduğuna görə ona qıymırlar, amma...

- Füzuli daha gecələr yata bilmədi...

- Bəli. Belə də oldu. Qət elədi ki, nəyin bahasına olursa-olsun erməniyə ziyan vuracaq. Bax, o aeroportun, körpünün partladılmasında deyirdilər ki, Füzulidən gizlin getmək lazımdı. Bilirsiniz niyə? Çünki Füzuli evin bir oğlu idi. Bir bacı, bir qardaş idilər. Onu istəyən insanlar qıymırdılar ona. Deyirdilər ki, gedər başına bir hadisə gələr, bacısı Füqurənin gözünü dikdiyi bircə yerdən də ümidi üzülər, başsız qalar. Amma sən saydığını say... bir də görürdün ki, Füzuli hardansa növbəti plandan xəbər tutub, hamımızdan qabaq həmin hadisə yerindədi. Sonra getdi babasının qoyununu satdı deyəsən, bir sandıqlı tir tüfəngi aldı.

- Babası silahları ondan əvvəlcə həyətdə gizlədib, sonra Ağcabədiyə göndəribmiş...

- Hə, onu bilirəm. Amma yenə də hardansa tapıb, alıb gətirirdi silahları. Hardan, hansı yolla alıb gətirirdi, bilmirdik. Özü də o məsələdə heç kimə sirr verməzdi. Amma belə oturanda ürəyində nə varsa hamısını bölüşürdü bizimlə. Əlqərəz, o, əldə etdiyi bu tüfənglə çinar ağacının üstündə oturub erməni maşınlarına atmağa başlamışdı. Qeyrəti yol vermirdi. Deyirdi, bu erməni gəlib mənim torpağımda yaşasın, çörəyimi yesin, sonra da desin ki, torpağını da ver mənə, özün çıx, aparıb torpağı Ermənistana birləşdirirəm. Buna necə dözmək olar?! Həzm eləyə bilmirdi. 5-6 erməni maşınını daşa basmışdı, tir tüfəngi ilə vurmuşdu. Gəldilər həbs elədilər, Əsgəranda məhkəməsi oldu, getdi bir altı aya yaxın Şuşada həbsdə yatdı.

Siz müsəlmansınız!..

Füzuliyə ənçox nə təsir edirmiş o zamanlar?!..Nazim deyir ki, ermənilərlə bərabər rus əsgərlərinə də əsəbiləşirdi o zaman. Daha doğrusu, onların ermənilərlə bizim aramızda qoyduqları ögey-doğmalığa.... Deyirdi ki, bu şərəfsizlərə bax, azərbaycanlıları ermənilər daş-qalaq edəndə səslərini çıxarmırlar, amma bizimkilər bir daş atan kimi özlərini yetirib bizimkiləri tutur, həbs edir, cəzalandırırlar.

- Mən bir hadisəni qeyd edim. 1990-cı il idi. Dərs ili başlayırdı. Düz sentyabrın 1-i idi. Xankəndidəki Pedaqoji İnstititut qarışıqlıqlar səbəbindən müvəqqəti olaraq Şuşaya köçürülmüşdü. Onun tələbələri əhali ilə birlikdə altı avtobusla kolonla gəlib Əsgəranı keçdilər, Xocalını keçdilər, Ağa körpüsünün qabağında ermənilər rus əsgərlərinin gözünün qabağında  bu camaatı saxlayıb daş-qalaq elədilər. Azərbaycanlılar bütünlüklə qan içindəydilər. Onları qaytarıb Xocalıda yaralarını sarıdılar, başqa yardımları etdilər. Həmin anda təsəvvür edin ki, bir erməni kolonu da gəldi keçməyə. Neyləməliyik?!.. Biz başladıq. Şappa-şarap bu kolonu verdik daşın ağzına. Aradan 10-15 dəqiqə keçməmiş 80-90 nəfərlik Xüsusi Təyinatlıları tökdülər camaatın üstünə, qoca-uşaq fərqi qoymadan vurdular orda bir neçə nəfərin qol-qabırğasını qırdılar. Camaatı asfaltın, palçığın üstündə yerə uzatdılar ki, siz niyə erməniyə daş atmısız?! Göstərdim ki, bəs burda başı-gözü yarılan bu qədər qadını, qızı, uşağı görmürsüz, buna niyə göz yumursuz? Yüyürdü üstümə məni vurmağa. Aralarında məni idmançı kimi tanıyan bir baş leytenat var idi, o dedi ki, ne troqay emu (toxunmayın ona). Yaxınlaşdım dedim ki, biz elə hamımız SSRİ vətəndaşlarıyıq da, eyni hüquqlu. Mən cinayət etmişəmsə, cəzalandırın, razıyam sizinlə, axı bunlar cinayət törədir, siz isə bu cinayətlərə göz yumursunuz, sizin ədalətiniz, qanununuz budu? Nəyə görə bizə belə fərqli mövqelərdən yanaşırsız? Mənə qayıdıb rusca dedi ki, fərq yalnız sizin müsəlman, bunlarınsa xristian olmalarındadır. Tarix boyu bu münasibət belə olub, belə də olacaq. Dedi sənin xatirini çox istəyirəm, amma fakt faktlığında qalır... Bax, onun bu dediklərini artıq hamımız dərk etməyə başlamışdıq. Bilirdik ki, bu məsələlərin sonu yaxşı heç nə vəd eləmir. Amma yenə də insan öz vətənini heç nədən qoyub getmir axı... İnsan öz doğma yerlərinə bağlıdı. Düşünürsən ki, mən torpağımı necə qoyub gedim? Mən nəyə görə erməniyə qoyub getməliyəm torpağımı? Bura Azərbaycan torpağıdı, mənim torpağımdı, mən burda doğulmuşam. Amma bu proseslərin axarı bizləri də hiddətləndirirdi. Füzuli isə belə düşünənlərin öndə gedənlərindən idi və nəyin bahasına olursa-olsun, qəbul eləmirdi Xocalını tərk etməyimizi. Ondan sonra gedib o tir tüfəngini aldı, başladı maşınları verməyə o tirin ağzına. Həmişə ona deyirdik ki, belə işləri təkbaşına eləmə də, qoy məsləhətlə olsun, ancaq kimə deyirsən...

- Füzuli həbsxanada yatarkən Şuşa həbsxanasına ermənilər nəzarət edirdi?

- Yox, onda azərbaycanlılar var idi orda. Rus əsgərləri də nəzarət edirdilər o dövrdə milis idarələrinin, digər dövlət əhəmiyyətli yerlərin qorunmasına. Amma döyüb-incitməkləri var idi. Ruslarsa nəzarət edirdilər, qoymurdular, ən azı öldürməyə qoymurdular. Zaman keçdikcə bu məsələlər də öz məcrasından çıxdı.

Bu dövrdə Xocalı aeroportuna bir gündə 32 reys həyata keçirilirmiş... Xocalılılar fikirləşirlər ki, bunun qarşısını necə alsınlar.  Aha?! Aeroportun partladılması bu səbəbdən baş verib. Nazim söyləyir ki, bu işdə birbaşa Füzulinin əməyi oldu. Xankəndinin yaxınlığında dəmiryol körpüsünün partladılmasında da Füzulinin xüsusi əməyi oldu (birdimi, beşdimi?!). Hətta erməniyə qarşı onsuz planlaşdırılan hər bir addımı, elə bil ki, yatıb yuxuda görürdü, özünü çatdırıb qabağa düşürdü, mütləq gəlib orda öz payını verməli idi (bu fikir, demək olar ki, Füzulinin bütün silahdaşlarının dilindən səslənib – N.Z. ). Elə bil qisməti beləydi vallah!..

(ardı var)

Nəzirməmməd ZÖHRABLI
Jurnalist-publisist



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ