Cümə günü, 13 noyabr 2026
     

Rektorların və institut direktorlarının elmi iş rəhbəri olması praktikası doğrudurmu...

Image


Gənclərin kütləvi olaraq elmə gəlməsi, elmlə məşğul olması bütün elm tutumlu ölkələrdə diqqət mərkəzindədir. Azərbaycanda da dövlət səviyyəsində gənclərin elmə axın etməsinə böyük diqqət var.

Bu gün elmin bütün sahələri üzrə dissertantların və doktorantların çoxu çalışır ki, elmi rəhbəri yüksək vəzifə tutsun, elmi-tədqiqat institutunun direktoru, ali məktəb rektoru, millət vəkili olsun. Bunun da özünün xüsusi səbəbləri var. Bir sıra gənclər elə bilirlər ki, elmi rəhbəri rektor, direktor, prorektor, millət vəkili olarsa, o, sorğu-sualsız elmi iş müdafiə edə bilər. Yəni hər yerdə onların qarşısında “yaşıl işıq” yana bilər.

Ümumiyyətlə, hələ Sovet dövründən başlayaraq yüksək dövlət vəzifələri tutan, eləcə də ali məktəb rektorları, prorektorları və elmi-tədqiqat institutu rəhbərləri elmi rəhbərliyə meyl edirlər. Əlbəttə, kifayət qədər məşğul olan, inzibati işdə çalışan insanların işdən baş qaldırıb dissertantla, doktorantla maraqlanmağa vaxtı olmur. Azərbaycanda mövcud olan bu təcrübə özünü doğrultmur. Yəni rektor, prorektor, eləcə də elmi-tədqiqat institutlarının direktorlarının elmi rəhbər kimi görsənməsi elmə heç bir fayda vermir. Onların elmi rəhbri olduğu dissertantlar, doktorantlar daha çox əziyyət çəkirlər.

  • İdris Abbasov: “Rektor, prorektor, dekan, elmi-tədqiqat institutunun rəhbəri elmi rəhbərlik vəzifəsini icra edə bilmirlərsə...”

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov “Bakı-Xəbər”ə bildirdi ki, elmi rəhbər vəzifəsi çox ciddi, məsuliyyətli bir vəzifədir. İ.Abbasov hesab edir ki, vəzifəli şəxslərin elmi rəhbər olması təcrübəsi özünü doğrultmur. “Elmi rəhbər olmaq məsuliyyətini öz üzərinə götürən hər hansı bir alim, bir şəxs işin ciddiyyətini də dərk etməlidir. Elmi rəhbərliyi burada kateqoriyalara bölməyə gəlincə, təbii ki, rektor, prorektor, institut direktoru elmi rəhbərlik edə biləcəksə, bu işi boynuna götürə bilər, amma daşıdığı inzibati vəzifə buna imkan vermirsə, o bu məsuliyyətli işdən uzaq olmalıdır. Əgər söhbət real elmi rəhbər olmaqdan gedirsə, bu belə də olmalıdır. Yoxsa, adı formal olaraq elmi rəhbər kimi qeyd edilirsə, o, formal olaraq da bu vəzifəni daşıyacaq. Elmi rəhbər dissertanta, doktoranta yol göstərməli, onun dissertasiyasının plan-praspektindən tutmuş, ta ki, işin icra prosesinə, ədəbiyyatlardan necə istifadə edilməsinə, araşdırma prosesində qarşıya çıxan hər hansı bir problemə görə dissertantın yanında olmağa qədər bir vəzifə daşımalıdır. Elmi rəhbər işinə təssüf ki, çox zaman barmaqarası baxılır. Bu bir ənənə halını alıb”.

İ.Abbasov qeyd edir ki, bəzən bir nəfər 10-20 doktoranta, dissertanta elmi rəhbərlik edir. Onun sözlərinə görə, dissertasiyaların çoxunun qeyri-elmi olması, elmi tələblərə cavab verməməsi məhz elmi rəhbərliyin aşağı səviyyədə yerinə yetirilməsi ilə bağlıdır. “Rektor, prorektor, dekan, elmi-tədqiqat institutunun rəhbəri elmi rəhbərlik vəzifəsini icra edə bilmirlərsə, əlbəttə, geri çəkilməlidirlər. Bunu da həyata keçirmək çətin deyil. Doktorantları, dissertantları da maarifləndirmək lazımdır ki, elmi rəhbərin vəzifəsi nədən ibarətdir. Bəzən elə rektorların, akademiklərin, vəzifə sahiblərinin adını “elmi rəhbər” qoyurlar ki, müdafiə prosesində az maneə ilə üzləşsinlər. Yənu bu filankəsin doktorantı, dissertantıdır və tez müdafiə etsin. Belə hallar da çox olur. Bəzən dissertant fikirləşir ki, filan rektorun, prorektorun adını qeyd etsəm, onun nüfuzu çox olduğu üçün mənə bir söz deyən olmayacaq. Bu cür naqisliklər həddən artıq çoxdur və biz bunları düzgün dəyərləndirməliyik və bu süni problemləri aradan qaldırmağa çalışmalıyıq” - deyə İ.Abbasov qeyd etdi.

  • Məhərrəm Zülfüqarlı: “Universitet rektorlarının, prorektorların, yaxud elmi-tədqiqat institutu direktorlarının elmi rəhbər olması təcrübəsi özünü heç cür doğrultmur”

Professor Məhərrəm Zülfüqarlı da hesab edir ki, rektor, prorektor və elmi müəssisə rəhbərlərinin elmi rəhbər olması düzgün deyil. Onun bildirdiyinə görə, bir şəxsin məsuliyyətli bir vəzifədə işləməsi onun elmi rəhbər olmasına mane olur. Amma bəzilərinin buna baxmayaraq, elmi rəhbər olmağa iddialı olduğunu deyən M.Zülfüqarlı hesab edir ki, elmi müəssisə rəhbəri, rektor, prorektor ona tapşırılan vəzifənin icrası ilə məşğul olsa, daha yaxşı olar. “Yəqin məlumatınız var, Prezident Administrasiyası tərəfindən məmurların elmi iş müdafiə etməsinə qadağa qoyulub. Yəni vəzifədən sui-istifadə edib elmi iş müdafiə etmələrinə icazə verilmir. Amma bəziləri yenə də edirlər. Məmurların çoxu ona görə elmi iş müdafiə edirlər ki, vəzifədən çıxandan sonra hansısa kafedrada, elmi idarədə rəhbər işləsinlər, elmlə məşğul olsunlar. Bu da əsl elmlə məşğul olanlara müəyyən maneələr yaradır. Sizin mövzunuza gəlincə, tamamilə razıyam ki, bir adam məsul vəzifə daşıyırsa, onun elmi rəhbər olması düzgün deyil. Ümumiyyətlə, universitet rektorlarının, prorektorların, yaxud elmi-tədqiqat institutu direktorlarının elmi rəhbər olması təcrübəsi özünü heç cür doğrultmur. Onlar öz işçilərini doğru-düzgün qəbul edə bilib, onların problemi ilə məşğul ola bilmirlərsə, dissertantla, doktorantla necə məşğul olacaqlar? Hesab edirəm ki, kimlərəsə rektor, prorektor, elmi müəssisə rəhbəri, millət vəkili olduğuna görə deyil, əsl elm adamı olduğu üçün doktorantın, dissertantın elmi rəhbərliyini həvalə etmək lazımdır”.

M.Zülfüqarlının qeyd etdiyinə görə, vəzifəli elmi rəhbərin doktorantına, dissertantına münasibəti yaxşıdırsa, “get rəyi özün yaz, mən qol çəkim” deyir. “Yəni müxtəlif vəzifə tutan elmi rəhbərlərin heç rəyi oxumağa, dissertasiya ilə tanış olmağa vaxtı olmayacaq. Bu da elmin səviyyəsini aşağı salır” - deyə professor Zülfüqarlı bildirdi.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ