Cümə günü, 13 noyabr 2026
     

Azərbaycanda elmi iş rəhbərlərinin çoxuna məxsus ziyanlı nümunə - elmi işləri oxumadan imza atmaq...

Image


İdris Abbasov: “Elmi rəhbərlərin öz dissertantlarının yazdığı dissertasiyanı oxumaması artıq bir ənənə halı alıb”
İlqar Orucov: “Elmi rəhbər dissertantın işinə biganə, səhlənkar yanaşırsa iddiaçı məsələ qaldırıb onu elmi rəhbərlikdən uzaqlaşdıra bilər”

 

Elm bütün ölkələrdə əsas sahələrdən biri kimi inkişaf etdirilir və elm adamları elmə daha böyük töhfələr verməyə maraq göstərirlər. Elm tutumlu ölkələrdə alimlərin elmə, elm üçün yeni nəsil kadrlar yetişdirməyə tamamilə fərqli yanaşırlar. Bizdə isə bu məsələyə yanaşmada xeyli neqativliklər var ki, bu da Sovet dövründən qalan acı mirasdır.

Çağdaş Azərbaycan elminin qarşısında tamamilə yeni şərtlər qoyulsa, elmdən müasir dünyanın çağırışlarına cavab verməsi tələb olunsa da, çox az sayda elmi müəssisələr və çox az sayda elm adamları bu çağırışlara cavab vermək əzmindədir.

Bu gün Azərbaycanda elmi rəhbərlərin öz dissertantlarının yazdıqları elmi işlərə barmaqarası baxması ənənəsi var. Bu ənənəni Sovet dövründən bu günə qədər daşıyan bəzi elmi rəhbərlərin fikrincə, dissertantın yazdığı elmi işi oxumaya da bilər, elmi işin məzmununu bilməsi kifayətdir ki, o buna rəy yazıb müdafiə şurasına təqdim edilməsinə yol açsın.

Müdafiə şuralarında işləyən alimlərin bir neçəsi bizimlə söhbətində bildirib ki, təqdim edilən dissertasiya işlərinin bir hissəsində bəzən Azərbaycan dövlətçiliyinin əleyhinə müəyyən fikirlər olur, dissertasiyada ideoloji səhvlər müşahidə edilir. Alimlərin sözlərinə görə, o halda dissertasiya işləri geri qaytarılır və dissertanta onun üzərində yenidən işləmək, səhvləri düzəltmək tövsiyə olunur. Bu kimi neqativ halların elmi rəhbərlərin dissertasiyalarla tanış olmaması ilə əlaqədar olduğunu deyən alimlər hesab edir ki, elmi rəhbərlərin çoxu “dissertasiyanın həcmi böyükdür, onu oxumaq üçün vaxtım yoxdur” deyirlər. Əlbəttə, elmi rəhbər bir deyil, iki, üç elmi müəssisədə müxtəlif vəzifələr tutduqda, üstəlik də, deputat olduqda onun dissertantla maraqlanmağa vaxtı olmayacaq. Elmi rəhbərlərin bir qismi vəzifə adamları olduqları üçün onların dissertantları ilə əsasən köməkçiləri maraqlanırlar. Ekspertlər qeyd edir ki, Azərbaycanda Sovet dövründə də elmi rəhbər-dissertant münasibətləri əsasən bu cür olub. Dissertant elmi işini oxutmaq  üçün bəzən elmi rəhbərin ardınca günlərlə gəzib-dolaşıb ki, bəlkə rəhbərinin dissertasiya ilə tanış olmağa vaxtı oldu. Bir sıra ekspertlər qeyd edir ki, Sovet dövründə istedadlı gənclərin özlərinə başqa SSRİ respublikalarından elmi rəhbər tapması çox vaxt bu amillə əlaqədar olub.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri Dilçilik Şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov baki-xeber.com-a bildirdi ki, bu gün həqiqətən də, bir çox elmi rəhbərlər dissertantlarının yazdıqları elmi işə barmaq arası baxır, çox zaman o elmi işləri oxumurlar da. Bəzi elmi rəhbərlərin öz vəzifələrinə, imkanlarına, havadarlarına, elmi titullarına arxayın olub dissertantların dissertasiyalarına biganə yanaşması Azərbaycan elminə böyük zərər vurur. “Bu hadisələr gözümün qarşısında baş verir. Bir çox elmi rəhbərlər heç dissertantla maraqlanmır. Ümumiyyətlə, bəzən elmi rəhbər heç öz dissertantını tanımır. Təəssüf ki, belə hallar da olur. Elmi rəhbərlərin öz dissertantlarının yazdığı dissertasiyanı oxumaması artıq bir ənənə halı alıb. Dissertasiyaya rəy verən elmi rəhbərin əsərdən xəbəri olmur. Dissertantın özü öz elmi işinə rəy yazıb gətirir ki, bəzi elmi rəhbərlər isə yalnız rəyə imza atırlar. Hətta rəyə imzanı da minnətlə atanlar var. Təsəvvür edin ki, bu sahədə vəziyyət çox acınacaqlıdır. Vəziyyət düzəlməlidir, bununla bağlı işlər görülməlidir” - deyə İ.Abbasov vurğuladı.

Gənc Alim Aspirant və Magistrlər Cəmiyyətinin sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, fizika–riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucov isə deyilənlərlə razılaşmır. O, hesab edir ki, elmi rəhbərin dissertantın yazdığı elmi işdən xəbərinin olmaması inandırıcı deyil: “Qeyd etmək istəyirəm ki, elmi rəhbərlərin doktorant və dissertantların yazdığı elmi işlərdən xəbərinin olmaması iddiasını mən o qədər də qəbul etmirəm. Çünki bütövlükdə dissertasiya elə bir prosesdir ki, bu bir günün içində başa gəlmir, bunun üçün ən azı üç il doktoranturada oxumaq lazımdır. Bu proses hardasa 3 ilə başa gəlir və burada elmi rəhbər bilavasitə işin içində olan bir adam olur. Elə rəhbərlər var ki, onlar kifayət qədər ciddi vəzifələr daşıyırlar. Tutaq ki, rektordur, digər dövlət işlərində çalışır. Bu halda əlbəttə ki, onların rəhbərlik etdiyi doktorantın, dissertantın (iddiaçının) elmi işlərindən xəbəri olmaya bilir. Amma bütövlükdə isə bu proses nəzarətsiz qalmır və  həmin elmi rəhbərin rəhbərliyi altında ikinci elmi rəhbər bu məsələyə qarışır.  Bu proses bilavasitə onların iştirakı ilə başa gələn bir proses olur. Ona görə də, “elmi rəhbərin elmi işdən xəbəri yoxdur, onu oxumağa vaxtı yoxdur” iddiaları açığı çox da həqiqəti əks etdirmir. Amma bütövlükdə isə hər zaman onun əksinə olmuşuq ki, ciddi bir vəzifə daşıyan insan elmi rəhbər olsun. Ciddi və məsuliyyətli bir vəzifə daşıyan, həmişə məşğul olan bir insanın elmi rəhbər olması doğru deyil. Əlbəttə, elmi rəhbər o elmi işi yerinə yetirən dissertanta, doktoranta istiqamət verir, bilavasitə o prosesin içində olur, onun gəldiyi nəticələri, yeniliklərini izləyir, dinləyir. Dissertantın bu illər ərzində elmi rəhbərlə birgə elmi məqalələri çap olunur. O elmi məqalələr həmin elmi işi əhatə edən məqalələr olur. Demək istədiyim odur ki, elmi rəhbər bu işdən kənarda qala bilməz. Əlbəttə, elmi işin yerinə yetirilməsini dissertant, doktorant həyata keçirir, amma elmi rəhbər bu işə bilavasitə dəstək verən, onu irəliyə aparan, tövsiyələrini verən, işlə bağlı iradını bildirən və tövsiyələrini verən bir insandır. Əgər bəzi elmi rəhbərlərin dissertanta yanaşmasında neqativ nə isə varsa onun elmi rəhbər kimi fəaliyyət göstərməsi doğru deyil”.

İ.Orucov vurğuladı ki, dövlət tərəfindən elmi rəhbərlərə vəsait ayrılır və onlar elmi rəhbər olduqları üçün dövlətdən pul alırlar. Müsahibimizin qeyd etdiyinə görə, bu məsələdə neqativ hallar yolverilməzdir: “Elmi rəhbərlərə dövlət büdcəsindən pul ayrılır və ona görə də onlar öz işlərinə məsuliyyətlə yanaşmalıdır. Amma yenə də deyirəm, mən elmi rəhbərlərin öz dissertantlarının elmi işlərinə biganə yanaşmasının şahidi olmamışam. Amma belə hallar varsa da, düzgün saymıram. Bu halla yox, başqa formada bir halla qarşılaşmışam. Tutaq ki, elmi rəhbərin çox soyuq münasibəti olur, elmi iş götürən dissertanta razılıq verir, sonrakı proseslərdə onu süründürməçiliyə salır, dissertantına vaxt, zaman, ayırmır. Çünki elmi rəhbər əslində məktəb yaratmış, məktəbi olan bir insan olur. Ona elmi rəhbərlik etməsinə icazə verilirsə həmin şəxs öz sahəsində tanınmış mütəxəssis olmalıdır. Amma əgər yenə də deyirəm elmi rəhbər dissertantın işinə biganə, səhlənkar yanaşırsa iddiaçı məsələ qaldırıb onu elmi rəhbərlikdən uzaqlaşdıra bilər.

İ.Orucov vurğuladı ki, humanitar və ictimai elmlər sahəsi daha çox ideoloji sahələr sayılır və o sahələrə diqqət daha çox olmalı, plagiatlıq hallarına yol verilməməlidir. “Aparılan təqdqiqatlar yalnız bu günlə səsləşməməlidir, o özündə ciddi faktları, araşdırmaları əhatə etməlidir. Əslində, humanitar və ictimai elmlər sahəsində vəziyyət doğrudan da yaxşı deyil. Ola bilsin ki, o istiqamətdə elmi rəhbərlərin öz doktorant və dissertantlarına qarşı biganə münasibəti olsun. Hesab edirəm ki, bu da  doğru yanaşma deyil. Amma magistratura pilləsində həqiqətən də ciddi problemlər var. Çox zaman magistrin yerinə müəllimlər bu işi yerinə yetirirlər, iş yazırlar, ordan-burdan köçürürlər. Magistratura pilləsində magistr dissertasiyasının yazılması prosesi çox formal və heç bir aktuallıq kəsb etməyən mövzuları əhatə edir. Bu iş əslində formallığa daha çox meyllidir, nəinki fəlsəfə doktorluğuna iddialı olan iddiaçıların yazdıqları elmi işlər” - deyə İ.Orucov vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ