02/04/2020 16:53
728 x 90

Azərbaycan ədəbi tənqid tarixi yeni təfəkkür işığında

img

Məlum olduğu kimi, Azərbaycan ədəbi tənqidi haqqında bir sıra dəyərli əsərlər yazılsa da, bütövlükdə, onun tarixi təkamülü, inkişaf mərhələləri, metodoloji istiqamətləri ciddi, sistemli şəkildə öyrənilməyib. Bu isə, təbii olaraq, milli ədəbi-estetik fikir tarixinin real, gerçək mənzərəsinin yaradılmasına imkan verməyib.

Bu mənada Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Vaqif Sultanlının yazmış olduğu “Azərbaycan ədəbi tənqidi” (təkmilləşdirilmiş III nəşr) kitabı bu sahədə mövcud boşluğun aradan qaldırılması baxımından diqqəti çəkməkdədir. “Nurlar” nəşriyyatının nəşr etdiyi kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Tofiq Hüseynoğludur.

Kitabda Azərbaycan ədəbi tənqidinin tarixi təkamülü və inkişaf yolu araşdırılıb. Burada, həmçinin, ədəbi tənqid tarixinin ümumi nəzəri məsələləri yığcam şəkildə nəzərdən keçirilib, onun yaradıcılıq metodları, istiqamətləri və janrları, ədəbi prosesdə rolu səciyyələndirilib. Müəllif ədəbi tənqidlə ədəbiyyatşünaslığın fərqi və qarşılıqlı əlaqələrinin səciyyələndirilməsinə xüsusi diqqət

yetirib, professional tənqidlə yanaşı, yazıçı tənqidi və oxucu rəyi barədə elmi-nəzəri mülahizələrini əks etdirib. Əsərin diqqətçəkən və onu əvvəlki araşdırmalardan xeyli dərəcədə fərqləndirən cəhətlərindən biri Azərbaycanın Güneyində və mühacirətdə yaranmış ədəbi-nəzəri irsin təhlil obyektinə çevrilməsidir. Məhz bu cür yanaşma müəllifə Azərbaycan ədəbi tənqidinin əhatə dairəsini real cizgilərlə canlandırmağa imkan verib.

V.Sultanlının uzun illərin yaradıcılıq axtarışlarının bəhrəsi olan “Azərbaycan ədəbi tənqidi” tədqiqatının ədəbi-nəzəri fikrin diqqətini çəkəcəyi şübhə doğurmur.

İradə SARIYEVA

Son xəbərlər