12/07/2020 13:52
728 x 90

Yeni dərman zavodu - Azərbaycanda qiymətləri nə gözləyir…

Vüqar Bayramov: “…pulun xaricə çıxmasının qarşısını alacaq”

img

Dekabrın 9-da Pirallahı Sənaye Parkının daha bir rezidenti - dərman vasitələrinin istehsalı üzrə ixtisaslaşmış Azərbaycan-Rusiya birgə müəssisəsi “R-Pharm”ın açılışı olub. İnnovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin davamlı inkişafının təmin edilməsi, istehsal sahəsində məşğulluğun artırılması məqsədilə ölkədə sənaye parkları yaradılır.

Məlumat üçün bildirək ki, 4,6 hektar ərazidə yerləşən zavodun tikintisinə 2018-ci ildə başlanıb. Müəssisə Avropa ölkələrinin aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıq və texnologiyalarla təchiz olunub. İnvestisiya dəyəri 74 milyon ABŞ dolları olan müəssisənin illik istehsal gücü 250 milyon ədəd həb və kapsul təşkil edəcək. Zavod laboratoriya, istehsal və logistika bölmələri də daxil olmaqla, ölkədə ilk əczaçılıq kompleksi olacaq. İstehsal olunan məhsulların daxili bazarla yanaşı, xarici ölkələrə ixracı da nəzərdə tutulur.

Maraqlıdır, yeni açılan dərman zavodu bazarda dərmanların satış qiymətinə necə təsir edəcək?

  • Azərbaycana məxsus dərman zavodunun olması həm ölkəyə idxal olunan keyfiyyətsiz dərmanların qarşısını alacaq, həm də bazarda qiymətlər yüksək olmayacaq

İqtisadçı-ekspert Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, yerli dərman preparatlarının istehsalına ehtiyac var: “Məlumdur ki, Azərbaycanın dərman tələbi idxal hesabına ödənilir. Bu səbəbdən dərman preparatlarında yerli istehsalın inkişaf etməsinə ehtiyac var.  Nəzərə almaq lazımdır ki, dərmanın idxalı ölkədən valyuta çıxışına səbəb olur. Yerli dərman preparatların istehsal olunması pulun xaricə çıxmasının qarşısını alacaq. Keyfiyyətə yaxından nəzarət etməklə istehsalın həyata keçirilməsi mümkün olacaq. Bu hal bazarda qiymətlərin optimillaşdırılmasına da şərait yaradacaq. Ölkə daxilində dərman zavodunun olması valyutanın xaricə çıxmasının qarşısını alacaq”.

Həmsöhbətimizin sözlərinə görə, Azərbaycana məxsus dərman zavodunun olması həm ölkəyə idxal olunan keyfiyyətsiz dərmanların qarşısını alacaq, həm də bazarda qiymətlər yüksək olmayacaq.

Günel CƏLİLOVA

Son xəbərlər