22/01/2020 09:54
728 x 90

Bakıda Əbu Bəkr məscidinin açılması nəzərdə tutulur

img

Bakıda Əbu Bəkr məscidinin açılması nəzərdə tutulur. “Trend”in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

S.Heydərov vurğulayıb ki, məscidin minarəsinin fundamentində problem aşkar edilib: “Minarənin əyilməsi qəza vəziyyəti yaradırdı. Buna görə də orada toplaşmaq təhlükəlidir. Minarənin bərpa edilməsi və ya sökülüb yenidən tikilməsi üzərində iş gedir”.

Komitə rəsmisi qeyd edib ki, bundan sonra isə məsciddə icma yaradılacaq və fəaliyyətə başlayacaq.

Son xəbərlər