22/01/2020 09:31
728 x 90

Məcburi köçkün gənclər kiçik sahibkarlıq fəaliyyətinə başlamaq üçün avadanlıqlarla təmin edildi... - FOTO

img

Azərbaycan Hökumətinin və Dünya Bankının birgə maliyyələşdirməsi üzrə həyata keçirilən Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi Layihəsinin (Əlavə maliyyələşdirmə) alt komponenti olan Məcburi Köçkün Gənclərin Dəstəklənməsi proqramının ilk mərhələsinə yekun vurulub.

Bu mərhələ çərçivəsində növbəti tədbir dekabrın 10-da Mingəçevir şəhərində keçirilib. Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dünya Bankı, digər aidiyyəti orqan və jurnalistlər iştirakı edib.

Tədbir iştirakçılarına məlumat verilib ki, dövlət başçısı məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Prezident İlham Əliyevin imzaladığı Dövlət Proqramına uyğun olaraq məcburi köçkünlərin mənzil-məişət şəraiti yaxşılaşdırılır, eyni zamanda onların məşğulluğunun artırılması üçün ardıcıl tədbirlər həyata keçirilir, Birinci vitse-prezident Mehriban Əliyeva daməcburi köçkün gənclərin təhsil, məşğulluq kimi problemlərinin həllinə həssaslıqla yanaşır.

Proqram üzrə respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış  2500 məcburi köçkün gəncin peşə təlimlərinə cəlb olunması, seçdikləri sahələr üzrə biliyə yiyələnməsi, təcrübə əldə etməsi, təlimlərin sonunda sertifikat alması və təlim keçdikləri peşə üzrə zəruri olan bütün avadanlıqlarla təmin edilməsi nəzərdə tutulub.

Layihənin şərtlərinə uyğun olaraq, proqram 3 mərhələdə həyata keçirilir. Birinci mərhələdə köçkün gənclərdən 833 nəfəri  6 ay  peşə və 3 ay kompüter bacarıqları üzrə təlimlər keçib. Təlimləri uğurla başa çatdıran gənclər əlavə olaraq, 15 günlük  “Biznesin idarə olunması” təlimlərinə cəlb edilib.

Məcburi köçkün gənclər mühasib, dərzi, çilingər, dülgər, bərbər, plastik qapı-pəncərə ustası, dizayner, mebel ustası, xalçaçı, videooperator, fotoqraf, şirniyyatçı, rəngsaz, qaynaqçı, qaz operatoru, kompüter operatoru kimi 40-dan çox ixtisas üzrə peşətəlimlərində iştirak ediblər.

Peşə təlimlərini və biznes təlimi üzrə imtahanları qənaətbəxş səviyyədə başa çatdıran, biznes planları layihənin İcraçı Komitəsi tərəfindən təsdiq edilən gənclər, bu il noyabr ayının 19-dan etibarənseçdikləri sahəüzrə öz bizneslərini formalaşdırmaq üçünzəruri olan bütün alət və avadanlıqlarla təmin edilir.

Mingəçevirdə keçirilən tədbirdə də bir qrup gəncə seçdikləri peşələrə uyğun alət və avadanlıqlar verilib.

Xatırladaq ki, Məcburi Köçkün Gənclərin Dəstəklənməsi proqramının ilk mərhələsininyekun vurulmasına noyabrın 29-da başlanılıb.Həmin gün Gəncə şəhərində məcburi köçkün gənclərə şəxsi bizneslərini qurmaq üçün avadanlıqlar təqdim edilib. 

Son xəbərlər