13/07/2020 02:47
728 x 90

“Azercell” “Ən yaxşı stend dizaynına görə” sertifikatı ilə təltif edildi

img

Azercell Telekom” 2019-cu ilin dekabr ayının 3-dən 6-na kimi Bakı Ekspo Mərkəzində keçirilmiş “Bakutel”- Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisinin 25-ci yubileyində baş sponsor və innovativ xidmətlərin təqdimatçısı qismində iştirak edib. “Bakutel 2019” sərgisində bütün ziyarətçilər tərəfindən böyük maraqla qarşılanan şirkət stendi təşkilatçılar tərəfindən “Ən yaxşı stend dizaynına görə” xüsusi sertifikatla təltif edilib.
“Azercell”, hər il olduğu kimi, bu il də mobil rabitə və telekommunikasiya sahəsinin ən innovativ layihələrini öz stendində sərgiləyib. 6 000-dən çox iştirakçı tərəfindən ziyarət edilmiş “Azercell”in ənənəvi stendində innovativ, həm biznes, həm də asudə vaxt üçün faydalı yeniliklər təqdim edib. Xatırladaq ki, “Bakutel 2019” sərgisinin keçirildiyi dörd gün ərzində “Azercell” bütün sərgi iştirakçılarını stenddəki mobil telefon və böyük ekran üzərindən 5G şəbəkəsinin təmin etdiyi yüksək sürətli internetin üstünlüyünün şahidi olmaqla ən son nəsl mobil texnologiyanın real sürətini hiss etməyə imkan yaratdı. Bundan əlavə, 5G şəbəkəsi üzərindən 5G Multisensor, 5G  Konfrans, 5G Oyunlar və digər rəqəmsal həllər yerli və beynəlxalq qonaqların test rejimində istrifadəsi üçün təqdim edildi.

Ötən ay Bakının Fəvvarələr Meydanında ilk dəfə 5G sürət sınağını həyata keçirən “Azercell” şirkəti hazırda 5G, Süni İntellekt (Aİ) və Əşyaların İnterneti (İoT) sahəsindəki ən son texnoloji nailiyyətləri yerli bazara gətirməklə, şirkətin məhsullar portfelini zənginləşdirmək üzərində çalışır. Şirkətin hədəfi gələcəyin cəmiyyətini və iqtisadiyyatını formalaşdıran texnoloji tendensiyalarla ayaqlaşmağı öndə tutaraq yüksək sürətli mobil internet və daimi bağlantını bütün abunəçilər üçün təmin etməkdir.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz. 

Son xəbərlər