Cümə günü, 13 noyabr 2026
     

Goranboy Qeydiyyat Şöbəsinin rəisi ədliyyə işçilərinin peşə bayramı təəssüratlarından danışdı…

Image


100-dən çox yaşı olan Azərbaycan ədliyyəsi uzun və şərəfli yol keçib. Dövlətçiliyin əsas sütunlarından biri olan ədliyyə sistemində milli kadrların yetişdirilməsi məsələsi də həmişə diqqət mərkəzində olub. Ölkəmizin ədliyyə sistemindən danışmağımız təsadüfi deyil, çünki noyabrın 22-də ədliyyə işçilərinin peşə bayramıdır.   

Qeyd edək ki, müstəqil Azərbaycan dövlətinin Ədliyyə Nazirliyi ilk dəfə 1918-ci ilin may ayının 28-də – Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi gün yaradılıb, təcrübəli dövlət xadimi Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunub. Həmin ilin noyabr ayının 22-də nazirliyin əsasnaməsi təsdiq edilərək, onun funksiya və səlahiyyətləri müəyyənləşdirilib. Ədliyyə Nazirliyinin dövlətin yaradıldığı gün təsis edilməsi milli dövlət quruculuğunda ədliyyə sisteminə xüsusi əhəmiyyət verilməsinə dəlalət edir.

Özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edən müstəqil Azərbaycan Respublikasında ədliyyə işçilərinin peşə bayramı da noyabrın 22-də qeyd edilir.  

Respublikamızın hər rayonunda, şəhərində ədliyyə orqanları mövcuddur, müxtəlif istiqamətləri əhatə edən bu qurumun əməkdaşları ictimaiyyətə, vətəndaşlara xidmət göstərirlər. Sözsüz ki, Azərbaycanın bölgələrində ədalətin bərqərar olmasında əvəzsiz rolu olan ədliyyə qurumlarına vətəndaşlar tez-tez müraciət edirlər.

  • “Goranboy Rayon Qeydiyyat Şöbəsinin rəhbəri kimi məqsədim vətəndaşlara peşəkar səviyyədə, yüksək keyfiyyətli, faydalı xidmət göstərməkdir”

Azərbaycan ədliyyəsinin 101 illiyi münasibətilə Goranboy Rayon Qeydiyyat Şöbəsinin rəisi Tuqay Cavanşir oğlu Sərdarlı ilə əlaqə saxlayıb onunla ədliyyə sahəsindəki uğur və nailiyyətlər haqqında danışdıq.

T.Sərdarlı 2008-ci ildən indiyə qədər Goranboy Rayon Qeydiyyat Şöbəsinin rəisi vəzifəsində çalışır. Əvvəllər hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə işləyən T.Sərdarlı 11 ildir rayon üzrə bu sahəyə rəhbərlik edir. “Bu günə kimi də bu sahədə işləyirəm və fəaliyyətimdə heç bir problemlə üzləşməmişəm. Ədliyyə Nazirliyi respublika üzrə ideal fəaliyyət göstərən nazirlikdir. Həm də bu sahədə çox geniş və sürətli inkişaf mövcuddur. Bu sahədə müasir informasiya texnologiyalarından geniş istifadə olunur. Ona görə də təsadüfi deyil ki, bu sahədə daha çox iş görmək, vətəndaşlara xidmət göstərmək mümkündür. Respublika Prezidentinin bu sahə üzrə çox mühüm sərəncamları, fərmanları, qərarları olub. Bu sənədlərin də imzalanması, icra edilməsi ədliyyə sahəsinin inkişafına səbəb olub. Goranboy Rayon Qeydiyyat Şöbəsinin rəhbəri kimi məqsədim vətəndaşlara peşəkar səviyyədə, yüksək keyfiyyətli, faydalı xidmət göstərməkdir. 22 noyabrın Azərbaycanda ədliyyə işçilərinin peşə bayramı kimi qeyd edilməsi ulu öndərin bu sahəyə verdiyi ən böyük, qiymətli töhfələrdən biridir. Hər il davamlı olaraq, respublikamızın hər yerində olduğu kimi, Goranboy rayonunda da ədliyyə işçilərinin peşə bayramı çox yüksək səviyyədə, təntənə ilə qeyd edilir. Rayon rəhbərliyi bayramımız münasibətilə rayonun ədliyyə işçilərini təbrik edir, bu sahədə əldə etdiyimiz uğurları müxtəlif mükafatlar, fəxri fərmanlarla qiymətləndirir”.

T.Sərdarlı qeyd etdi ki, Azərbaycanda ədliyyə orqanlarının yaradılmasının böyük tarixi var və onun yaradılması tarixi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə üst-üstə düşür. “Cümhuriyyət qurulduqda AXC hökumətinin əldə etdiyi uğurlardan biri məhz Azərbaycanın ilk Ədliyyə Nazirliyinin yaradılması olub. Ondan sonrakı dövrdə, yəni respublikamızın Sovetlər Birliyinin tərkibində olduğu illərdə Azərbaycanda Ədliyyə Nazirliyi o qədər də mütəşəkkil orqan kimi mövcud olmayıb. Ulu öndər hakimiyyətə gəldikdən sonra ayrıca Ədliyyə Nazirliyinin yaradılması haqqında qərar qəbul edilib və nazirlik yaradılıb. Bu sahənin inkişafına ulu öndər çox böyük töhfələr verib. Bir məsələni də deyim ki, ulu öndərin ədliyyə sahəsinə ən böyük töhfələrindən biri bilavasitə milli kadrlardan istifadə edərək yeni Azərbaycan ədliyyəsini yaratması olub. Bu orqana Azərbaycanda tanınan, böyük nüfuza malik olan, yüksək peşəkarlıq qabiliyyətinə, biliyinə, təcrübəsinə malik olan hüquqşünas kadrlar cəlb olunub. Nəticə etibarilə də deyərdim ki, Azərbaycanda bu sahəyə Avropada, dünya səviyyəsində mövcud olan innovasiyalar tətbiq edilməklə, Azərbaycan ədliyyəsi inkişaf etməyə başlayıb. Məsələn, Azərbaycanda məhkəmə-hüquq sistemi xeyli təkmilləşdirilib. Bura çoxpilləli məhkəmə sistemi yaradılması, Penitensiar Xidmətin yaradılması və onun inkişafı, cəzaçəkmə müəssisələrində texniki, eləcə də digər şəraitlərin bir neçə dəfə yaxşılaşdırılması, dünya standartlarına gətirilib çıxarılması, müasir Azərbaycan ədliyyəsində informasiya texnologiyalarından səmərəli istifadə edilməsi və s. daxildir. Ulu öndərdən sonra da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış müvafiq sərəncamlar, verilmiş qərarlar əsasında bu günə kimi ədliyyə orqanları mütəşəkkil olaraq inkişaf etdirilir. Mən bunu fəxrlə deyirəm, təsadüfi deyil ki, Azərbaycan ədliyyə orqanları nöqsansız və problemsiz fəaliyyət göstərirlər”.

Azərbaycan və dünya üçün tamam yeni olan “ASAN xidmət” sahəsində ədliyyə orqanlarının da xüsusi xidmətinin olduğunu deyən T.Sərdarlının sözlərinə görə, Prezidentin təşəbbüsü ilə yaradılan “ASAN xidmət” bir Azərbaycan brendi kimi nailiyyətlər əldə edib. “ASAN xidmət” mərkəzlərinin iş fəaliyyətinə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı bütün əməliyyatların icrası daxil edilib. “Vətəndaşların “ASAN xidmət”ə müraciəti əsasında qeydiyyat şöbəsinin səlahiyyətində olan bütün işlər həll edilir. Deyərdim ki, bu özü ədliyyə sahəsində ən böyük yenilikdir. Deyə bilərəm ki, heç Avropanın özündə vətəndaşlar üçün belə bir yenilik, belə bir şərait yaradılmayıb. Ədliyyə sahəsində də cənab Prezidentin təşəbbüsü ilə təsis edilən “ASAN xidmət” Azərbaycan brendi tətbiq olunur. Onu da qeyd edim ki, dövlət rəhbərliyi tərəfindən bu sahədə imzalanan sərəncamlar, fərmanlar, verilən qərarlar şəxsən ədliyyə naziri cənab Fikrət Məmmədov tərəfindən çox böyük uğurla icra edilir, həyata keçirilir. Məhz onun ideal fəaliyyəti nəticəsində mövcud olan inkişafa, fərqli fəaliyyətə, müsbət nəticələr əldə edilməsinə nail olmaq mümkün olub. Eyni zamanda, qeyd etməliyəm ki, Qeydiyyat və Notariat Baş İdarəsinin rəhbərliyi də gündəlik qarşıda duran vəzifələr müvəffəqiyyətlə həyata keçirilir, rəhbər dövlət orqanlarının sərəncam və göstərişləri yerinə yetirilir. Biz də, o cümlədən, aldığımız əmr və göstərişləri vaxtında icra etməyə çalışırıq” - deyə T.Sərdarlı qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ