11/12/2019 13:58
728 x 90

“Azercell”in rominqi millər qazandırır!

img

Abunəçilərinə ən yaxşı müştəri təcrübəsi yaşatmaq üçün “Azercell Telekom” MMC öz xidmətlərini təkmilləşdirməyə və ən son dünya trendlərinə uyğun məhsullarla istifadəçilərini sevindirməyə davam edir. Ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operatoru “Azercell” Azərbaycanın aparıcı korporativ bankı olan “PAŞA Bank”la birgə reallaşdırdığı kampaniya vasitəsilə abunəçilərinə rominq xidməti çərçivəsində əlavə millər qazanmaq imkan yaradır. Belə ki, cari ilin noyabr ayının 1-dən 2020-ci il yanvar ayının 31-dək “PAŞA Bank”ın “Miles&Smiles” kartının sahibi olan “Azercell” abunəçiləri rominq xidməti çərçivəsində mobil xərclər üzrə ödədikləri hər 1 AZN-ə görə 5 mil əldə edəcəklər.

Həmçinin, 2020-ci il yanvar ayının 31-dək “Azercell”in rominq internet paketlərindən birini aktivləşdirən abunəçilər səfər zamanı “WhatsApp” mobil tətbiqi üzərindən yazışmalardan pulsuz istifadə edə biləcəklər.

Vurğulayaq ki, “Azercell” 54 ölkədə fəaliyyət göstərən 80-dan çox operatorun şəbəkəsində 4 fərqli rominq internet paketlərini istifadəyə verməklə, abunəçilərini gözlənilməyən xərclərdən sığortalanmaq imkanı ilə təmin etmiş olub.

“PAŞA Bank”ın “Miles&Smiles” kartı haqqında ətraflı məlumat üçün https://miles.pashabank.az/ səhifəsinə daxil olun.

“Azercell”in rominq internet paketləri barədə ətraflı məlumatla https://www.azercell.com/az/personal/roaming/internetroaming/ səhifəsindən tanış olmaq mümkündür.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.

Son xəbərlər