11/12/2019 12:58
728 x 90

“AAAF Park” yaşayış kompleksinin işıqla təminatında nə problem yaranıb…

“AAAF Park” yaşayış kompleksi: “Elektrik enerjisinin fasiləsiz təminatının şirkətdən “Azərenerji” ASC-yə təhvil-təslim prosesi aparıldığı üçün…”

img

“AAAF Park” yaşayış kompleksində yaşayan sakinlər son günlər elektrik enerjisinin verilişi ilə bağlı problemlə üzləşirlər. Sakinlər bu barədə redaksiyamıza şikayət ediblər.

Sakinlər bildirirlər ki, son günlər işıq verilişi ilə bağlı problem gün ərzində bir neçə dəfə yaşanır: “Ötən həftənin sonundan etibarən binalara işıq fasilələrlə verilir. Axşam saatlarından başlayaraq elektrik enerjisi yarım saatdan, bəzən isə 15 dəqiqədən bir verilir. Bu isə qazı və istiliyi olmayan binaların sakinlərinin problemlərini artırır”.

  • “…istifadə etdikləri elektrik enerjisi və istiliyə görə borclarını ödəməyən, bilərəkdən ödəmək istəməyən sakinlərin…”

Məsələ ilə bağlı “AAAF Park” yaşayış kompleksi ilə əlaqə saxladıq. Yaşayış kompleksindən “Bakı-Xəbər”ə verilən məlumata görə, elektrik enerjisinin fasiləsiz təminatının şirkətdən “Azərenerji” ASC-yə təhvil-təslim prosesi aparılır: “Daxili xətlər dəyişdirilir, kompleksin ərazisində olan iki transformator yenilənir. Bununla yanaşı, Xırdalanda yeni istifadəyə veriləcək yarımstansiyaya qoşulma üçün işlər bitmək üzrədir. Nəzərə almaq lazımdır ki, bu proses zamanı elektrik enerjisinin verilməsində fasilələrin olması təbiidir. Hazırda cəmi 4 binada bu problem var, o da artıq aradan qaldırılmaq üzrədir”.

“AAAF Park” yaşayış kompleksindən o da bildirildi ki, problemlərin yaranmasında sakinlərin, daha doğrusu, istifadə etdikləri elektrik enerjisi və istiliyə görə borclarını ödəməyən, bilərəkdən ödəmək istəməyən sakinlərin də günahı az deyil: “İşlərin aparılması böyük vəsait tələb edir. O şəxslər də bu vəsaiti ödəməyəndə külli miqdarda rəqəm alınır, şirkət də artıq bunun öhdəsindən gələ bilmir. Borcların ödənilməsi çətinlikləri daha tez aradan qaldırmağa kömək edəcək”.

Günel CƏLİLOVA

Son xəbərlər