12/12/2019 10:19
728 x 90

Nəsimi İcra Hakimiyyətində rayon məktəblilərinin "Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyasının növbəti iştirakçıları ilə görüş keçirildi

img

Nəsimi rayonunda 13-16 noyabr tarixlərdə «Ölkəmizi tanıyaq» devizi ilə yeniyetmələrin respublikanın müxtəlif rayonları ilə tanışlığı üçün növbəti maarifləndirici tur-aksiyası təşkil olunub. Bu tur aksiyada Nəsimi rayon məktəbliləri Gəncə-Şəmkir - Göygöl rayonlarına səfər edirlər.

"Ölkəmizi tanıyaq" adı altında maarifləndirici tur–aksiyada iştirak edən Nəsimi rayon məktəbliləri ilə İcra Hakimiyyətində məktəb direktorlarının, valideynlərin, veteranların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Görüşdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov şagirdlərə turun məqsədi barədə məlumat verib, ölkə başçısı İlham Əliyevin gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafı istiqamətində gördüyü işlərdən danışıb, bu kimi turların təşkilinin də həmin tədbirlər çərçivəsində olduğunu vurğulayıb. Bildirib ki, respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan regionların, şəhər və rayonlarımızın yeniləşən siması ilə şəhər məktəblilərinin yaxından tanış olması onlarda xüsusi təəssüratlar yaradacaq.

Natiq bildirib ki, tur-aksiya zamanı məktəblilərin Gəncə şəhərində Qədim Qala divarlarına, Nizami Gəncəvinin məqbərəsinə, Nizami Gəncəvi adına mərkəzə, Cavad xan Məqbərəsinə, Cümə məscidinə, Şah Abbas məscidinə, Xan bağına, Amfiteatra, Gəncə Dövlət Filarmoniyasına , Gəncə bulvarına, Gəncə avtomobil zavoduna, Göygöl rayonunda Hacıkənd qəsəbəsi və Göygöl milli parkına, Şəmkir rayonunda Abidələr parkına, İstiqlal parkına, “Nəfis”çörək zavoduna, Şəmkir Aqroparkına ekskursiyaları təşkil olunacaq. Həmçinin bu şəhərlərdə Heydər Əliyev Mərkəzinə, Gənclər Mərkərinə, Bayraq Meydanına, tarix diyarşünaslıq muzeylərinə və digər tarixi yerlərə də səfərləri təşkil olunacaq.

Nəsimi rayon İcra Hakimiyyətində keçirilən görüşdə valideyinlər və şagirdlər çıxış edərək doğma Azərbaycanın ayrı-ayrı guşələrinin rayon məktəbliləri tərəfindən daha yaxşı tanınması, o cümlədən onların bölgələrimizin zəngin turizm potensialı, tarixi-mədəni abidələri, muzeyləri ilə tanış olması baxımından maarifləndirici tur aksiyaların əhəmiyyətindən danışıb, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

Tədbirdə turda iştirak edən məktəblilər “Nəsimi ili” ilə bağlı dahi şairin qəzəllərindən ibarət hazırlanmış kompozisiya və “Ölkəmizi tanıyaq” mahnısını qonaqlara təqdim edib. Tədbirin sonunda 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin kollektivinin təqdim etdiyi konsert proqramı tədbir iştirakçılarında, valideynlərdə və məktəblilərdə xoş ovqat yaradıb. Sonda tədbir iştirakçıları xatirə şəkilləri çəkdiriblər.

Baki-xeber.com

Son xəbərlər