12/12/2019 01:51
728 x 90

Nəsimi məktəbliləri «Ölkəmizi tanıyaq» devizi ilə Gəncə, Şəmkir və Göygöl rayonlarına yola düşdülər - FOTO

img

Prezident İlham Əliyevin tapşırığına əsasən 13-16 noyabr 2019-cu il tarixlərdə «Ölkəmizi tanıyaq» devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün növbəti maarifləndirici tur-aksiyası təşkil olunub.

Nəsimi RİH-dən “Bakı Xəbər”ə verilən məlumata görə, bu tur-aksiyada Nəsimi rayon məktəblilərinin Gəncə, Şəmkir, Göygöl rayonlarına səfəri ilə əlaqədar 13 noyabrda yola salınma mərasimi keçirilib. Yolasalma mərasimində çıxış edənlər məktəblilərə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Sonra məktəblilər xatirə şəkilləri çəkdirib və Dövlət Yol Polisinin avtomaşınının müşayəti ilə yola düşüblər.

Baki-xeber.com

Son xəbərlər