14/12/2019 12:39
728 x 90

Şprislərlə bağlı milli standart - Azərbaycan tibb biznesi sahəsində ən qalmaqallı məsələ həll edildi…

Rasif Bağırov: “…saxta tibbi ləvazimatların dövriyyədən çıxmasına…”

img

Məlum olduğu kimi, son zamanlar bazarda keyfiyyətsiz şprislərin olması barədə məlumatlar yayılmaqdadır. Bildirilir ki, dövriyyədə Çin istehsalı olan ucuz şprislər var. Onların da satış qiyməti ucuz olduğundan, alıcıların bəzisi saxta şprisləri almağı üstünlük verir.

Onu da qeyd edək ki, Azərbaycanda “Diamed Co” şpris zavodu fəaliyyət göstərir. Həmin zavodda yerli şprislər istehsal olunur.

Son zamanlar şpris sahəsində yaşanan qalmaqala son qoymaq üçün şprislərlə bağlı milli standart hazırlanır.

Şprislərlə bağlı milli standartın hazırlanmasında məqsəd Azərbaycanın standartlaşdırma sistemini təkmilləşdirmək, insanların həyat və sağlamlığının qorunmasını təmin etməkdir. Qeyd edək ki, şprislərə dair standartın qəbul olunması ilə bağlı Azərbaycan Standartlaşdırma İnstitutu qərar qəbul edib.

İnstitutun yaydığı məlumatda qeyd olunur ki, məqsəd Azərbaycanın standartlaşdırma sistemini təkmilləşdirmək, daxili və xarici bazarda rəqabətə davamlı tibbi avadanlıqları istehsal etmək və həmin malların beynəlxalq norma və qaydalara uyğunlaşdırılmasını, o cümlədən, insanların həyat və sağlamlığının qorunmasını təmin etməkdir.

Bunun üçün Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən ISO 7886-1:2017 "Sterile hypodermic syringes for single use — Part 1: Syringes for manual use" (İnyeksiya üçün birdəfəlik steril şprislər. Hissə 1: Əl ilə istifadə üçün şprislər) beynəlxalq standartı əsasında işlənib hazırlanan AZS 877: 2019 (ISO 7886-1: 2017) "İnyeksiya üçün birdəfəlik steril şprislər Hissə 1: Əl ilə istifadə üçün şprislər" dövlət standartı təsdiq edilib.

  • “Birdəfəlik şprislərlə bağlı milli standartın tətbiq olunması yerli tibbi ləvazimatların xaricdə tanınmasına səbəb olacaq”

Birdəfəlik şprislərlə bağlı milli standartın tətbiq olunmasının əhəmiyyəti haqqında danışan həkim-ekspert Rasif Bağırov qeyd etdi ki, birdəfəlik şprislərdən genişmiqyaslı istifadə dövlət əhəmiyyətli məsələdir: “Məlumat üçün bildirim ki, Azərbaycanda şpris istehsal edən bu ilk müəssisə “Diamed Co” şirkətidir. Burada istehsal edilən şprislər səhiyyə sistemində istifadə edilir və beləliklə, Azərbaycan bu sahədə idxaldan asılılığı aradan qaldırıb”.

Həmsöhbətimiz hesab edir ki, ölkədə istehsal olunan şprislər saxta tibbi ləvazimatların dövriyyədən çıxmasına səbəb olacaq: “Birdəfəlik şprislərlə bağlı milli standartın tətbiq olunması bu sahədə yaşanan problemləri həll etməklə yanaşı, yerli tibbi ləvazimatların xaricdə tanınmasına səbəb olacaq”.

Günel CƏLİLOVA

Son xəbərlər