Cümə günü, 13 noyabr 2026
     

Son illər xaricdə müdafiə edilmiş elmi işlərlə bağlı rəsmi araşdırma aparılacaq...

Image


Azərbaycanda bir sıra insanlar yalnız ölkəmizin elmi qurumlarından deyil, həm də xarici ölkələrdə elmi adlar alıblar. Xarici ölkələrdən elmi adlar alan şəxslərin elmi adları və dərəcələri ilə bağlı indiyə qədər hər hansı araşdırma, attestasiya həyata keçirilmirdi. Onu da vurğulayaq ki, bəzilərinin bu elmi adları müxtəlif üsullarla aldığı qeyd edilir.   

Məlum olduğu kimi, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, “Xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamələrin forması” təsdiqlənib. Qeyd olunub ki, sözügedən şəhadətnamələr Prezident yanında Ali Attestasiya Komissiyası tərəfindən verilir.

  • Kamran Əsədov: “Dəyişən dünyanın reallıqlarını tam başa düşməyənlər Azərbaycanda elmi adların verilməsində SSRİ-nin “qızıl qayda”larını yaşatmaqda davam edirlər”

Tanınmış təhsil eksperti, tarix üzrə fəlsəfə doktoru Kamran Əsədov “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan bu gün elm və təhsil sahəsində SSRİ-dən qalan ənənələri davam etdirən yeganə ölkədir: “İlk növbədə qeyd edim ki, SSRİ dağıldı, onunla birgə köhnə sistemin qalıqları da zamanla sıradan çıxmaqdadır. Azərbaycan isə SSRİ-nin yeganə varisi olaraq qalır. Bəli, Azərbaycan bu gün elm və təhsil sahəsində SSRİ-dən qalan ənənələri davam etdirən yeganə ölkədir. Gürcüstanda müstəqillikdən sonra uzun müddət “elmlər namizədi”, “elmlər doktoru” elmi dərəcələri və “dosent”, “professor” elmi adlar və elmi dərəcələrinin verilməsi mərkəzləşdirilmiş qaydada Ali Attestasiya Komissiyası tərəfindən həyata keçirilib. Lakin 2004-cü ildən sonra Gürcüstan bu modeldən tamamilə imtina edərək, Anqlo-sakson modelinə, daha dəqiq desək, ABŞ modelinə keçib. Gürcüstanda bu istiqamətdə aparılan islahatlar, ilk növbədə,  elmi dərəcə və elmi adlarla bağlı olub. Belə ki, “elmlər namizədi” və “elmlər doktoru” elmi dərəcələri ləğv edilib və ölkədə vahid elmi dərəcə – “doktor” (PhD) müəyyən edilib. Əvvəlki dövrdə “elmlər namizədi” və “elmlər doktoru” elmi dərəcələri alanların da elmi dərəcələri “doktor” ilə əvəz edilib. Əvvəlki elmi adlar da tamamilə ABŞ sisteminə uyğunlaşdırılıb və yeni sistemdə “assisent”, “assisent professor”, “assosiativ professor” və “professor” elmi adları (vəzifələri) müəyyən edilib. Bunlarla yanaşı, fəxri elmi adlar olan “fəxri doktor” və “emeritus”un da verilməsi nəzərdə tutulub.

Aparılan islahatların ikinci mühüm istiqaməti isə Ali Attestasiya Komissiyasının ləğv edilməsi, onun elmi dərəcə və elmi adların verilməsi ilə bağlı bütün səlahiyyətlərinin ali təhsil müəssisələri və elmi təşkilatlara ötürülməsi olub. Belə ki, hazırda Gürcüstanda elmi dərəcə və elmi adların verilməsinin əsas şərtləri “Ali təhsil haqqında” (2004) Qanunda təsbit edilib, ali təhsil müəssisələri və elmi təşkilatlar isə bu şərtlərə özlərinin də əlavə şərt müəyyən etmək hüququ ilə elmi dərəcə və adları verirlər”.

O qeyd etdi ki, ölkədə ali təhsil müəssisələri yalnız bakalavr təhsili verən “kollec”, bakalavr və magistr təhsili verən “tədris universiteti” və bakalavr, magistr və doktorantura təhsili verən “universitet” olmaqla üç yerə bölünüb. Ölkədə yeganə elmi dərəcə olan “doktor” dərəcəsini əldə etmək üçün universitetlərdə doktorantura təhsilini tamamlamaq və dissertasiya yazaraq müdafiə etmək tələb olunur. Universitetlərin elmi şuraları dissertasiya müdafiə şuralarını yaradır və bu şuraların əsasnamələrini təsdiq edir. “Hazırda Avropada və inkişaf etmiş ölkələrdə iki doktorluq sistemi yoxdur. Yalnız fəlsəfə doktoru var, bunu PhD kimi qeyd edirlər. “Fəlsəfə doktoru” elmi dərəcəsinin sahibi yalnız filosof deyil, həm də müxtəlif elm sahələrinin nümayəndələri – riyaziyyatçı fizik, bioloq, kimyaçı, hüquqşünas, ədəbiyyatçı, dilçi və s. ola bilər. Avropada dosent və professor adına iddia edənlər, təbii ki, imtahan verməlidirlər. İmtahan isə Təhsil Nazirliyi ilə birgə keçirilir.

Tədqiqat işinə gəldikdə isə, araşdırılan problemin nəticəsi elmi kəşf kimi qəbul olunarsa, o halda buna görə həmin şəxs patent və qonorar alır. Bu isə artıq təhsil pilləsi sayılmır.

Qısası, elm sahəsində zamandan çox geridə qalmışıq, sürətlə dəyişən dünyaya uyğunlaşa bilmirik. Çünki dəyişən dünyanın reallıqlarını tam başa düşməyənlər Azərbaycanda elmi adların verilməsində SSRİ-nin “qızıl qayda”larını yaşatmaqda davam edirlər. Ancaq bu sahədə vəziyyət belə qala bilməz, qalmamalıdır. Çox arzuolunandır ki, ölkə rəhbərliyi səviyyəsində bu məsələyə müdaxilə edilsin və “elmlər doktoru” kimi lazımsız bir əlavə aradan qaldırılsın, elmin gəncləşməsinə dəstək verilsin.

Azərbaycanda elmi dərəcə almaq hər bir ali təhsilli üçün əlçatan olub. Burada yalnız istək rol oynayır. Ölkədə elmi dərəcə alanlar isə elmə heç bir yenilik gətirmirlər” - deyə K.Əsədov qeyd etdi.

  • İlqar Orucov: “...saxta yolla alim adı alanların elmi dərəcələri ləğv olunacaq”

Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucovun sözlərinə görə, bu olduqca əhəmiyyətli bir məsələdir: “Bildiyimiz kimi, Azərbaycan Respublikasının Baş naziri artıq xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamələrin formasını təsdiqləyib. Buna təkrar attestasiya əsasında tanınması da deyirlər. Xarici ölkələrdən verilən elmi dərəcələrin və elmi adların Azərbaycanda tanınması ilə bağlı müvafiq dövlət tərəfindən tanınan, təsdiq olunan sənədin verilməsi çox vacib bir məsələdir. Bu, uzun illərdir xarici ölkələrdə elmi ad və elmi dərəcə almış alimləri düşündürən məsələ idi. Bununla bağlı müvafiq qanunda bir boşluq vardı, bununla bağlı müvafiq qaydalar yox idi. Artıq bu sahədə qaydalar təsdiqlənib. Hesab edirəm ki, yeni qərar xarici ölkələrdə elmi iş müdafiə edərək elmi ad alan alimlərimizin indiyə qədər keçirdiyi narahatlığa son qoyacaq.

Azərbaycanın bu sahə ilə bağlı milli sənədi olmalıdır. Azərbaycan vətəndaşları gedib xaricdə təhsil alır, sonra elmi iş müdafiə edir, elmi dərəcə alır, ölkəyə döndükdən sonra öz elmi dərəcəsinin rəsmən müvafiq qurum tərəfindən imzalanmasına ehtiyac yaranır. Baş nazirin imzaladığı qərar bu istiqamətdə çox lazımlı qərardır. Burada söhbət ondan getmir ki, bu adamlar gəlib ölkədə təkrar attestasiyadan keçərkən sənədlərinin təsdiqi ilə bağlı problem yaşaya bilərlər. Əksinə, bu qərarın verilməsi bu sahədə indiyə qədər mövcud olan problemi aradan qaldıracaq. Bu qərar, həmçinin, bu istiqamətdə olan neqativ halların aradan qaldırılmasına şərait yaradacaq. Bu qərar, eyni zamanda, xaricdən əldə edilən saxta sənədlərin, müxtəlif yollarla əldə edilən saxta diplomların Azərbaycanın elm məkanına daxil olmasının qarşısının alınmasına səbəb olacaq. Əlbəttə, bilirik ki, Avropada, ABŞ-da, Yaponiyada elmi iş müdafiə edib, elmi ad alan alimlərlə bağlı heç bir problem yoxdur. Burada əsas məsələ bundan ibarətdir ki, bəzi dövlətlərdə, xüsusən də keçmiş sovet respublikalarında bu kimi hallar mövcuddur. Rusiyada, Ukraynada bu cür saxta sənədlər vaxtilə verilib və onları pulla almaq mümkün idi. Bu sənədlərin saxta olduğunu müəyyənləşdirmək çox çətin idi. Bu qərarın verilməsinin yalnız müsbət tərəfi var. Hansı alim ki, zəhmət çəkib həqiqətən də bu elmi adı alıb, onunla bağlı heç bir problem olmayacaq, saxta yolla alim adı alanların elmi dərəcələri ləğv olunacaq, elmi işləri də həmçinin” - deyə İ.Orucov vurğuladı.   

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ