Cümə günü, 13 noyabr 2026
     

Əhalinin siyahıyaalınması: dayanıqlı inkişaf üçün mühüm informasiya mənbəyi...

Image


Oktyabrın ilk ongünlüyündə Azərbaycan ictimaiyyəti ölkədə növbəti siyahıyaalma prosesinə şahidlik etdi və bu proses özü ilə bir sıra suallar da gətirdi. Bəllidir ki, 10 ildən bir əhalinin siyahıyaalmasının keçirilməsini BMT-nin Statistika Komissiyası tövsiyə edir. Həmin komissiya tərəfindən verilən izahda əhalinin siyahıyaalınması “zamanın müəyyən bir vəziyyətinə ölkədə olan bütün şəxslərə və ya ölkənin dəqiq müəyyən edilmiş hissələrinə aid olan demoqrafik, iqtisadi və sosial məlumatların toplanması, yekunlaşdırılması, qiymətləndirilməsi, təhlili, nəşri və ya başqa şəkildə yayılmasından ibarət vahid proses” olaraq dəyərləndirilir.

Sirr deyil ki, ictimai fikirdə əhalinin siyahıyaalınması deyəndə, birmənalı şəkildə bu, ölkə əhalisinin yalnız sayının dəqiqləşdirilməsi kimi başa düşülür. Çünki çox insan xəbərsizdir ki, siyahıyaalma əhalinin nəinki sayının, eyni zamanda onun məşğuliyyəti, maddi rifah halı, məskunlaşma səviyyəsi və digər bu kimi sosial məsələlərin dəqiqləşdirilməsində önəmli rol oynayan ictimai-siyasi prosesdir. Elə prosesin bu özəlliyi barədə məlumatın azlığından irəli gəlir ki, bəzən siyahıyaalmanın keçirilməsinin gərəkliyi şübhə altına alınır. Bu fikirdə olanlar isə mövqelərini belə əsaslandırırlar ki, ölkədə istər doğum, istərsə də ölüm sayının statistikası aparılırsa, əlavə xərclər və resusrslar hesabına siyahıyaalma prosesi aparmağın mənası yoxdur. Əslində isə müvafiq orqanların əhalinin ölkə ərazisində məskunlaşması, yerlərdə mövcud olan əmək ehtiyatları balansı, istehsal, ictimai-iaşə obyektlərinə, məktəblərə, xəstəxanalara, sanatoriya və istirahət evlərinə harada nə qədər ehtiyacın olması haqqında məlumatlı olması üçün bu prosesin periodik olaraq keçirilməsi zəruridir. Əks halda uşaq bağçaları, körpələr evləri, digər sosial əhəmiyyətli obyektlərin tikintisi, istehlak məhsullarına tələbatın planlaşdırılması kimi əhalinin cinsi, yaşı və say tərkibi ilə bağlı məlumatlar əsasında həyata keçirilən proseslər özünü doğrultmaz. Bütün bunlar haqqında ən dəqiq informasiyanı isə yalnız əhalinin siyahıyaalınması kimi kütləvi proses nəticəsində əldə etmək mümkündür.

Demoqrafik məlumatlar ərzaq təhlükəsizliyinin təmin olunmasında da mühüm rol oynayır. Eyni sözləri mənzil tikintisinin planlaşdırılması ilə də bağlı söyləyə bilərik. Çünki bu planlaşdırmanın   ev təsərrüfatlarının sayı, tərkibi və onların məişət şəraiti haqqında məlumatlar olmadan həyata keçirilməsi mümkünsüzdür. Elə Dövlət Statistika Komitəsi Siyahıyaalma qrupunun rəhbəri A.Abbasəliyev də deyir ki, siyahıyaalma təkcə sayı müəyyənləşdirmək üçün deyil, bu proses əhali barəsində ətraflı, dolğun məlumatların əldə edilməsi məqsədilə keçirilir: "Siyahıyaalma və sorğu vərəqələrinin suallarının cavablandırılmasından əldə edilmiş məlumatlardan ölkənin perspektiv inkişaf proqramlarının, proqnozların hazırlanmasında, hər bir yaşayış məntəqəsi üzrə əhalinin yaşayışının planlaşdırılmasında istifadə olunacaq, o məlumatlar gələcək 10 ildə istifadə olunacaq”.

Azərbaycanda statistika haqqında qanunvericilik necə yarandı...

Müasir statistika tariximizdə əhalinin siyahıyaalınmasının həyata keçirilməsinə başlanması mərhum prezident Heydər Əliyevin adı ilə bağlıdır. Bu proses ilk dəfə onun 1996-cı il fevralın 22-də imzaladığı “1999-cu ildə əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” 442 nömrəli Fərmanla baş tutub. Həmin dövrdə müstəqilliyini yenicə əldə etmiş Azərbaycanın siyasi və iqtisadi həyatında baş verən köklü dəyişikliklər rəsmi statistikada ciddi islahatların aparılmasını tələb edirdi. Özünün müstəqil iqtisadiyyatını sıfırdan başlayaraq qurmalı olan ölkədə, üstəlik, Ermənistanın təcavüzü nəticəsində demoqrafik durum da bərbad hala düşmüşdü. Eyni zamanda,  ölkə statistikasının dünya statistikasına inteqrasiyası, beynəlxalq səviyyədə qəbul olunan standartların tətbiqi zəruri şərt və günün tələbi kimi çıxış edirdi. Lakin təbii ki, bunun üçün öncə hüquqi əsas yaradılmalı idi ki. Beləliklə, 18 fevral 1994-cü ildə “Statistika haqqında” Azərbaycan Respublikasının Qanunu imzalanır. İqtisadi subyektlərin dövlət reyestrinin və beynəlxalq təsnifatlarla uzlaşdırılmış milli təsnifatların yaradılması, ölkə ərazisində dövlət statistika müşahidələrinin keçirilməsi, statistik sirr, dövlət statistika orqanları işçilərinin sosial müdafiəsi və s. ilə bağlı xüsusi maddələrin əks olunduğu Qanun ölkədə statistik hesabat intizamının yüksəlməsi və dövlət məlumatlandırma sisteminin əsas tərkib hissəsi sayılan milli statistika sisteminin təkmilləşdirilməsində əsas rol oynayır və beləliklə, Azərbaycan tarixində ilk dəfə statistika sahəsində əsas anlayışlar, onun subyektlərinin hüquq və vəzifələri, fəaliyyətinin əsas parametrləri qanunvericiliklə müəyyənləşir.

1999-cu ilin 9 dekabr tarixində demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi məqsədilə Demoqrafik İnkişaf Konsepsiyası təsdiq edilir. Milli maraqların nəzərə alınması ilə Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilmiş bir sıra müvafiq beynəlxalq sənədlərin prinsiplərinə əsaslanan Konsepsiya əsasında isə “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” hazırlanaraq təsdiq edilir. Əhalinin orta ömür həddini artırmaq, ana və uşaqların müdafiəsini gücləndirmək, ailələrin inkişafı üçün əlverişli sosial-iqtisadi zəmin yaratmaq və miqrasiya proseslərinin tənzimlənməsi yollarını müəyyən etmək məqsədi daşıyan bu Proqram ölkədə demoqrafik inkişafın ortamüddətli strategiyasını müəyyənləşdirməklə, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına dair qəbul edilmiş digər dövlət proqramları ilə əlaqəli şəkildə həyata keçirilir.

Anket sorğularında Prezidentin sosial paketlər siyasətinə dəstək...

Bu il keçirilən siyahıyaalmada, əvvəlki iki prosesdən fərqli olaraq, suallar daha geniş formatda tətbiq edildi. Maraqlı cəhət isə ondan ibarətdir ki, ilk dəfə olaraq anket sorğuları sırasına insanların sağlamlığı, əlillik və sağlamlıq imkanlarının məhdudluq dərəcəsi ilə yanaşı, şəxsin işləyib-işləməməsi, işləyirsə təminatından razı qalıb-qalmaması, daha təminatlı iş axtarıb-axtarmaması və s. kimi önəmli məsələlər daxil edildi. İstisna deyil ki, Prezident İlham Əliyevin bu ilin əvvəlindən əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra ciddi addımlar atması, ard-arda sosial paketlərin tətbiqi ilə bağlı fərmanlar imzalaması burada öz sözünü demişdi. Yəni anket sorğularının bu istiqamətdə artırılmasında məqsəd ölkədə işsizliyin səviyyəsi, sağlamlıq imkanları məhdud uşaqların və əlilliyi olan şəxslərin mənzil-məişət şəraiti, təhsili, məşğulluğu və əhalinin siyahıyaalınması çərçivəsində toplanan digər göstəricilərə dair məlumatların yaşayış yeri və yaş qrupları üzrə əldə edilməsi idi ki, bu da, əlillərin sosial müdafiəsi və onların cəmiyyətə inteqrasiyası ilə yanaşı, yoxsulluğun və işsizliyin aradan qaldırılması ilə bağlı dövlət siyasətinin davamı üçün zəruri məlumatların əldə edilməsindən ötrü önəmli idi.

Məlum həqiqətdir ki, əhalinin iqtisadi ehtiyacları və davranışları ictimai həyatın müxtəlif mərhələlərində fərqli olur və onların yaş-cins strukturunda baş verən dəyişikliklər ölkənin ümumi iqtisadi fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir. Uşaqların və gənclərin sağlam mühitdə formalaşması isə səhiyyə və təhsil sahələrinə investisiya qoyulmasını tələb edir. Buna görə də əhalinin sayı, tərkibi və məskunlaşması, eləcə də artım tendensiyası haqqında məlumatlar mühüm iqtisadi, siyasi və elmi əhəmiyyət kəsb edir. Əhali haqqında ən dolğun məlumatlar isə məhz əhalinin siyahıyaalınması nəticəsində əldə edilir və heç şübhə yoxdur ki, əhalinin növbəti dəfə siyahıyaalmasının keçirilməsi və əldə olunan statistik göstəricilər ölkə rəhbərliyinin əhalinin maddi rifah halının daha da yaxşılaşdırılması yönündə apardığı siyasətə öz töhfəsini verəcək.

BMT tövsiyə edir, bəs ölkənin özündə necə, siyahıyaalmaya zərurət vardımı?

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyir ki, Prezident İlham Əliyevin rəhbərliyilə həyata keçirilmiş islahatlar nəticəsində ötən siyahıyaalmadan sonrakı dövr ərzində ölkənin bütün sahələrində 10 ilə sığmayan ciddi uğurlar əldə edilib: ölkə iqtisadiyyatına 198,3 milyard manat investisiya yönəldilib, regionlarda infrastruktur yenidən qurulub, əhalinin gəlirləri 2,6 dəfə artıb, 1,4 milyon yeni iş yeri açılıb, yoxsulluq səviyyəsi 2,0 dəfədən çox azalıb, beynəlxalq miqrasiyada davamlı olaraq hər il müsbət saldoya nail olunub. Komitə sədri bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən çoxsaylı sosial layihələr reallaşdırılıb, qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə kompleks tədbirlər həyata keçirilib və görülmüş işlər nəticə etibarilə ölkədə demoqrafik vəziyyətə, əhali sakinliyinə çox böyük təsir göstərərək növbəti siyahıyaalınmanın keçirilməsi üçün əsaslı zəmin yaradıb.

Dövlət Statistika Komitəsi Siyahıyaalma qrupu rəhbərinin müavini Ruslan Əliyevin sözlərinə görə, siyahıyaalma anketində yer alan suallar 19 dövlət orqanına göndərilən sorğu əsasında tərtib olunub. 280-ə yaxın göstərici əsasında qurulan sorğu vərəqəsində hər bir şəxsin cinsi, yaşı, doğulduğu yer, vətəndaşlığı, milli (etnik) mənsubiyyəti, ana dili və sərbəst danışdığı dillər, ailə vəziyyəti, siyahıyaalma anında olduğu yerdə daimi və ya müvəqqəti yaşaması, təhsil səviyyəsi, gəlir mənbələri, məşğulluq vəziyyəti, əhalinin ölkədaxili yerdəyişməsinin və xarici miqrasiyanın səbəbləri və s. kimi mühüm göstəricilər üzrə suallar öz əksini tapıb. Siyahıyaalma vərəqəsində 6 sual, sorğu vərəqəsində isə, alt suallar da daxil olmaqla, 46 sual nəzərdə tutulub, halbuki, ötən siyahıyaalmada bu say 35 olub. O da bəllidir ki, siyahıyaalma zamanı bəzən sakinlər sorğulara candərdi, yaxud həqiqəti əks etdirməyən formada cavab verir. Bunun bir səbəbi də hazırda bir çox ailələrin ən müxtəlif səbəblərdən pasport qeydiyyatında olduğu ünvanda yaşamamasıdır. Onlar bəzi hallarda bunun özlərinə irad tutulacağından çəkinir, nəticədə isə siyahıyaalmanın dəqiqliyini şübhə altında qoyurlar.

Abbasəliyev siyahıyaalmanın yekunları ilə bağlı deyir ki, 2020-ci ildən sonra emal prosesi başlayacaq, 2022-ci ilin sonunda isə siyahıyaalma məlumatları məcmuə şəklində nəşr olunub istifadəçilərə çatdırılacaq: "Bu siyahıyaalma ilə 10 ildən bir əhaliyə dair bütün statistika yenilənir. Hamısına olmasa da, əksər statistik göstəricilərə siyahıyaalmanın təsiri var. İstər elmi təşkilatlarda, istər müxtəlif dövlət qurumlarında, istər hökumət tərəfindən qəbul edilmiş qərarlarda siyahıyaalmadan əldə olunmuş materiallardan geniş istifadə olunur”.

Siyahıyaalmanın daha bir özəlliyi ondadır ki, bu, məcburi proses deyil, lakin onda iştirak hər kəsin vətəndaşlıq borcudur. Dövlətimizin güclənməsini, əhalinin rifahına xidmət edəcək islahatlar keçirməsini, sosialyönümlü siyasətinin davamını istəyiriksə, siyahıyaalmaya dəstək verməli, doğru-düzgün informasiya toplamasına yardımçı olmalı, prosesdən kənarda qalmamalıyıq.

Samirə SƏFƏROVA

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçün.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ