şənbə günü, 14 noyabr 2026
     

Azərbaycanın ümumtəhsil sisteminə qarşı təhlükəli kampaniyaçılıq əlamətləri...

Image


Buludxan Xəlilov: “Azərbaycanı istəməyən xarici dövlətlərin kəşfiyyat orqanları, müxtəlif ölkələrin maraq dairəsində olan qüvvələr ölkəmizin ümumtəhsil sistemini, müəllimi gözdən salmaqla cəmiyyətimizi rəzil vəziyyətə salmaq istəyirlər”
“... tədrisdə gedən proseslərin mahiyyətindən xəbərsiz olan insanlar müəllim, məktəb haqqında fikir yürütməyə başlayıblar”

 

Bu gün Azərbaycanda fəaliyyət göstərən orta ümumtəhsil məktəbləri, eləcə də müəllimlər kütləvi olaraq ictimaiyyətin tənqid, qınaq obyektinə çevriliblər. Cəmiyyətdə şagirlərlə bağlı hər hansı kiçik neqativ bir hal qeydə alınanda belə hadisəni törədənlər bir kənarda qalır, yenə “günahkar” obrazında məktəb hədəfə alınır.

Son zamanlar Azərbaycanın orta ümumtəhsil sisteminə kor-koranə, haqsız hücumlar edilir. Elina Haciyevanın intihar hadisəsindən sonra məktəblərə qarşı hücum kampaniyasının həlqəsi bir qədər də genişlənib. Elinanın başına gələn o hadisə məktəbdə deyil, başqa bir yerdə də baş verə bilərdi. Sözsüz, yeniyetmənin faciəsi hər birimizi kədərləndirdi, təəssüfləndirdi. Bu və ya digər hallar cəmiyyətə imkan vermir ki, yeri gəldi-gəlmədi, məktəb haqqında mənfi təsəvvür formalaşdırsın. Bəzi narahat ailələr var və o ailələrdəki vəziyyət təbii ki, uşaqlara da sirayət edir, onların psixikasını zədələyir. Bu cür ailələrin uşaqları bir çox hallarda valideyn diqqətsizliyindən əziyyət çəkirlər. Bu hal uşaqların davranışlarında əks olunur. Bəzən elə ailələrin uşaqları məktəbdən kənarda da, elə ailələrin özündə də təzyiqlə üzləşirlər. Bu halda valideyn qalır bir tərəfdə, hamı müəllimin, məktəbin üzərinə yeriyir ki, bəs günahkar məktəbdir, şagirdlərə nəzarət etmir. Bütün baş verənlər onu göstərir ki, məktəblərə qarşı bu cür əsassız hücumlar sanki hansısa pərdə arxasında qalan qara qüvvələr tərəfindən idarə olunur. Burada birbaşa hədəf kimi Azərbaycanın ümumtəhsil sistemi götürülür və məktəblərin nüfuzdan salınmasına çalışılır. Belə olmasaydı, baş verən bədbəxt hadisəyə görə təkcə bir məktəb deyil, bütövlükdə, Azərbaycanın ümumtəhsil sistemi götürülməzdi. Halbuki, hadisə bir məktəbdə yaşanıb, bu hal başqa məktəblərdə müşahidə edilməyib.

  • “O qüvvələrə imkan verməməliyik ki, öz çirkin əllərini ümumtəhsil sistemimizə, müəllimimizə uzatsınlar”

Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, professor Buludxan Xəlilov “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycanın ümumtəhsil sisteminin gözdən salınması istiqamətində aparılan bu kampaniyanın hansısa qüvvələr tərəfindən idarə olunduğu şübhə doğurmur. B.Xəlilov hesab edir ki, onların hədəfi milli ümumtəhsil sistemimizin və müəllimlərimizin nüfuzdan salınmasıdır. “Bu gün bu xoşagəlməz kampaniyanın hansısa qara qüvvələr tərəfindən idarə olunduğu görsənir. Azərbaycanda artıq formalaşan pedaqoji ənənə var və bu da çoxlarını narahat edir. Azərbaycanı istəməyən xarici dövlətlərin kəşfiyyat orqanları, müxtəlif ölkələrin maraq dairəsində olan qüvvələr ölkəmizin ümumtəhsil sistemini, müəllimi gözdən salmaqla cəmiyyətimizi rəzil vəziyyətə salmaq istəyirlər. Bir ölkədə nəyisə məhv etmək, aşağı səviyyəyə salmaq üçün onun məktəbini, müəllimini nüfuzdan salmağı hədəfə götürürlər. Ona görə də müəllimi, məktəbi hörmətdən salmaqla cəmiyyəti hörmətdən salırlar. Bu məsələ məqsədli şəkildə həyata keçirilir. Ona görə də biz ziyalılar, ictimaiyyət nümayəndələri, cəmiyyət bu məsələyə qarşı barışmaz mövqe nümayiş etdirməliyik. Çalışmalıyıq ki, belə qaraguruhçu qüvvələrin məkrli planları nəticəsində məktəbimiz, müəllimimiz nüfuzdan düşməsin. Biz müəllimin nüfuzunu qaldırmağa çalışmalıyıq. O qüvvələrə imkan verməməliyik ki, öz çirkin əllərini ümumtəhsil sistemimizə, müəllimimizə uzatsınlar” - deyə B.Xəlilov bildirdi.     

  • “Bütün qüsurları müəllimdə görməklə məqsədli şəkildə müəllim obrazını hörmətdən salırlar” 

B.Xəlilovun sözlərinə görə, bu gün Azərbaycanın ümumtəhsil sistemi, məktəblər cəmiyyətin bütün üzvlərinin qınağına səbəb olur. Bu qınağın yersiz və haqsız olduğunu deyən B.Xəlilov hesab edir ki, Azərbaycan məktəblərinin hədəf götürülməsi cəmiyyətin özünə zərər verir: “Sizin gündəmə gətirdiyiniz mövzu olduqca aktualdır. Təhsil milli strateji maraq dairəsində olan bir sahədir,  cəmiyyətin hər bir üzvünün maraq dairəsindədir. Təhsil cəmiyyətin güzgüsüdür. Bu gün təhsildə  problem varsa da, bunun kökünü təhsil işçilərində axtarmaq lazım deyil. Təhsildə problem varsa, bu o deməkdir ki, bizim hər birimizin bu sistemdə oynayacağımız rol yerində deyil. Çox təəssüflər olsun ki, hər kəs cəmiyyətdə baş verən istənilən problemlə bağlı təhsil işçilərinin üstünə hücumlar edir. Bir nəfər yaxşı vətəndaş deyilsə, onun da günahını müəllimdə axtarırlar. Biri yaxşı oxumursa, yaxud da hansısa valideynin övladı qəbul imtahanlarında yaxşı bal toplaya bilmirsə, yenə də təhsil işçisi günahkar sayılır. Ancaq nəzərə almırlar ki, təhsil işçiləri qədər Azərbaycan cəmiyyətinə fayda verən, işləyən, dövlətimizin ideologiyasını həyata keçirən ikinci bir peşə sahibi yoxdur. Mənə bir müəllim göstərin ki, o, sinfə girib şagirdə “oxuma, nizam-intizamsız ol” desin. Elə bir müəllim var? Xeyr. Müəllimlik elə bir sənətdir ki, bu işlə məşğul olanlar müəllimliyə başladığı ilk gündən sona qədər həmişə ciddi rejimdə olurlar. Müəllimlik fədakarlıqdır. Özünü fədakarlıqla cəmiyyətə həsr edən müəllimi belə halda nüfuzdan salmaq, ona hücumlar etmək nə dərəcədə doğrudur? Çox təəssüflə qeyd edirəm ki, Azərbaycan cəmiyyətində müəllimə qarşı ideoloji bir hücum başlayır. İncimək lazım deyil, bəzən jurnalistlər də belə insanların fikirlərini tirajlayırlar. Bir də görürsən ki, təhsildən anlayışı olan da, olmayan da müəllimin bilik səviyyəsini müzakirəyə çıxarır. Onlar bilmirlər ki, müəllim hər gün öz üzərində işləyir. Müəllim qədər oxuyan, öz üzərində işləyən ikinci bir sənət sahibi var? Digər tərəfdən, bütün qüsurları müəllimdə görməklə məqsədli şəkildə müəllim obrazını hörmətdən salırlar. Haqqı çatan da, çatmayan da müəllim haqqında fikir yürüdür. Heç bir cəmiyyətin müəllimi təhlil etməyə, təftiş etməyə haqqı yoxdur. Cəmiyyətdə müəllimi təhlil etməyə ancaq haqqı çatan adamların haqqı var. Müəllim Təhsil Nazirliyinin işçisidir. Təhsil Nazirliyinin görəcəyi işi az qala cəmiyyət öz üzərinə götürüb. Cəmiyyət üzvləri sanki nazir, prokuror səviyyəsində müəllimlərin işini təhlil edir, onlara qarşı ittihamlar irəli sürürlər. Nəyə görə cəmiyyətdə müəllimin nüfuzu bu qədər düşüb? Ona görə ki, Azərbaycan cəmiyyətində müəllim haqqında fikir yürüdənlərin sayı çoxalıb. Müəllimliyin, təhsilin, müəllim-şagird münasibətlərinin nə olduğunu bilməyən, tədrisdə gedən proseslərin mahiyyətindən xəbərsiz olan insanlar müəllim, məktəb haqqında fikir yürütməyə başlayıblar. Onlar müəllimin, məktəbin mənfi obrazını yaradırlar.  Ona görə də Azərbaycan cəmiyyətində müəllimin nüfuzu aşağı düşüb. Hesab edirəm ki, müəllimə hər bir insan, bütün cəmiyyət borcludur. Real danışaq, bu gün bir çox valideyn evində uşağının təlim-tərbiyəsi ilə məşğul ola bilmir. Ancaq gündə 6-7,  bəzən 12-13 saat həyatını məktəbə bağlayan müəllim müxtəlif ailələrdən gələn uşaqların təlim-tərbiyəsi ilə məşğul olur, onlara bilik verir, düz yola çəkir, ancaq müəllimin zəhmətini, alın tərini götürüb kənara atırlar. Belə olmaz. Öz övladı ilə məşğul ola bilməyən valideynlər bütöv bir şagird ordusunun formalaşmasında, təlim-tərbiyəsində mühüm rol oynayan müəllimlərə qarşı mənfi rəy formalaşdırırlar. Bununla da cəmiyyətdə bütün dəyərləri heçə endirirlər”.

B.Xəlilov qeyd etdi ki, bu gün valideynlər nə dərəcədə müəllimlə, məktəblə əl-ələ verib təhsili irəli aparır sualına cavab verilməlidir. Onun sözlərinə görə, valideyn var ki, heç övladının dərsə necə gedib-gəldiyindən, dərslərini necə oxuduğundan xəbərsizdir, övladı ilə maraqlanmaq üçün bir dəfə məktəbə gəlmir. “Bu gün təəssüf ki, vaxtilə mövcud olan məktəb-valideyn əlaqələri itib. Çox valideyn uşaqları ilə maraqlanmır. Bu adamlar övladla maraqlanmır, onlara hansı müəllimin dərs deməsindən xəbərsizdirlər. Ancaq Allah eləməsin, bir problem olan kimi, məktəbə, müəllimə hücum etməyə başlayırlar. Müəllim çıxılmaz vəziyyətdə qalıb. Müəllim şagirdə tələbkarlıqla yanaşsa, onu da qüsur tuturlar, danlasa da həmçinin. Müəllim necə olmalıdır? Müəllimlər cəmiyyətlə necə işləməlidirlər ki, cəmiyyəti razı sala bilsinlər. Biz müəllim obrazları görmüşük və o obrazların şinelindən çıxmışıq. Ona görə də mən cəmiyyətdən çox şey umuram. Ziyalılardan da həmçinin. Ziyalılardan onu umuram ki, onlar Azərbaycan cəmiyyətində təhsilin inkişafı üçün görüləcək işlərdə, təhsilin irəli getməsi üçün öz sözlərini deməlidirlər. Ziyalıları ümumtəhsil məktəblərinə qarşı təşkil edilən hücumların qarşısının alınması istiqamətində həmrəyliyə çağırıram. Ziyalılar bu məsələdə öz mövqelərini bildirməlidirlər” - deyə professor B.Xəlilov bildirdi.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ