şənbə günü, 14 noyabr 2026
     

Ölümünlə qazandığın əbədiyyətin mübarək, Natiq Qocaman!

Image


Səhv etmirəmsə, italiyalı məşhur kinorejissor Federiko Felininin sözüdür: “Şəhərə çıxanda görürəm ki, tanış üzlər azalır, demək, ölüm yaxınlaşır”. Əslində, ölüm qaşla gözün arasında güdükçü mövqeyində dayanır və can almağa, canı candan qoparmağa fürsət axtarır. Nədənsə, əcəl bu baxımdan çox şanslıdır, çox. O, can almağa gələndə nə yaşa baxır, nə vəzifəyə, nə körpələrə, nə gözü yaşlı qalanlarına, nə də bahara, qışa, yaya, payıza. Qılıncını sıyırıb bir göz qırpımında insanın can evinə vəlvələ salır. Rəhmsizdir fürsətgir əcəl.

Əcəl qələm dostlarımızın, həmkarlarımızın ömrünü zəmi kimi biçir, nə biçir... Son iki-üç ildə fələk bizə kimlərin dağını çəkməyib ki?! İndi də Natiq Qocaman adlı bir dağ çəkdi sinəmizə fələk... O fələyə deyiləsi o qədər şikayətimiz var ki... Bircə dəfə o şikayət kitabını vərəqləsə, əməllərindən bəlkə də utanıb xəcalət çəkər...

Dağa bax,
Arana bax, dağa bax.
Fələk vurub yaramı,
Köksümdəki dağa bax...

Dağlammış köksün, yaralanmış ürəyin sağalmaz daha, Könül. Bir də dodağına təbəssüm, yanağına gülüş səpənin, könlündə məhəbbət barı yetişdirənin gəlib girməz qapıdan. Çox gözləyərsən yolunu, çox səsləyərsən onu, nə gələr, nə də səsinə səs verər Natiqin. Hər gələn səsə qaçarsan, hər telefon səslənəndə hövlnək qaçarsan baxarsan o deyil, onda lalə bağrını ayrılıq odu bir də dağlayar, bir də yanıb kösövə dönərsən. Natiqin yoxluğu ilə barışmayacaqsan, heç biz də barışmırıq, barışa bilmərik də. Sanki əcəl gözünü jurnalistlərə dikib ki, hamısını bir-bir əbədi məkana aparsın. Son illər neçə-neçə həmkarımızın itkisini yaşayırıq, bu ağrını çəkə bilmirik. Çəkiləsi dərddir ki?

Tanınan Azərbaycan jurnalisti Natiq Qocamanın itkisi hər birimizi sarsıtdı. Bir insan üçün, həyat eşqi olan, yaşamaq, yaratmaq əzminə malik bir qələm adamından ötrü 47 yaş nədir ki... Natiq Qocamanın yaşanmayan günləri onu yaşadacaq sözsüz ki. Ancaq xatirələrdə yaşayacaq, oxucu sızıltılarında qalacaq o. Jurnalistlər heç bir vaxt özləri üçün yaşamırlar, yaşaya bilmirlər. Statistikaya görə, dünyada ən az ömür yaşayan sənət, peşə sahiblərinin içində şaxtaçılardan sonra ən az ömür yaşayan jurnalistlərdir. İctimai-siyasi həyatın təzadları, insanların qayğı və çətinlikləri jurnalistlərin qələmində izahını tapırsa, onda jurnalist necə çox yaşaya bilər ki? Ürəyində infarkt, canında əsəb, stress, gərginlik, daxilində təlatümlər gizlənən jurnalistlər uzun yaşaya bilmir axı.        

1972-ci ilin 5 sentyabrında Bakıda fizika-riyaziyyat elmləri doktoru, professor, ziyalı Vəli Qocayevin ailəsində doğulan Natiq Qocaman maraqlıdır ki, ixtisasca jurnalist deyil. O, Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb.

Oxucular N.Qocamanın yazılarını 1998-ci ildən bəri fasiləsiz olaraq Azərbaycanın müxtəlif mətbuat orqanlarında oxuyublar. 1998-ci ildən o, Natiq Qocaman imzası ilə "Polis", "Serial" qəzetlərində, həmçinin, müstəqil Azərbaycanın ictimai-siyasi həyatını mətbuat səhifələrində müntəzəm olaraq və obyektiv şəkildə şərh edib.

2011-ci ildən fəaliyyətə başlayan “Mediainfo” xəbər agentliyi N.Qocamanın rəhbərliyi ilə müstəqil Azərbaycanın bugünkü uğurlarını təhlil və təbliğ edib. Ermənistan və Azərbaycan respublikalarının milli qəhrəmanlarının müqayisəli şəkildə təhlilini əks etdirən yazı isə Türkiyə mətbuatının diqqətini cəlb etdiyindən, CNN Türk, DHA müxbirləri adıçəkilən məqalə barədə xüsusi süjet hazırlamışlar. Müəllifin sosial məsələləri əks etdirən, tolerantlıq, gender mövzularını əhatə edən yazıları bir neçə dəfə KİVDF-nin mükafatına və diplomuna layiq görülüb.

Natiq Qocaman uzun müddət ölkənin ən populyar qəzeti olan ”Oxu məni” qəzetinin təsisçisi və baş redaktoru olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə  "Tərəqqi" medalına layiq görülən qələm dostumuz həyatı boyu mediamızın inkişafı istiqamətində uğurla fəaliyyət göstərib. Ömrünün sonuna qədər “Mediapress” informasiya agentliyinin baş redaktoru kimi fəaliyyət göstərən 47 yaşlı həmkarımızın yaddaşımızda işıqlı xatirələri yaşayacaq.

Ölüm sevinməsin qoy, ömrünü vermir bada
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirə tək yaşayacaq dünyada 
Sevərək yaşayanlar, sevilərək ölənlər.

Dahi şairimiz Səməd Vurğunun bu misraları bizə təsəlli olmalıdır. Çünki Natiq Qocaman kimi insanların, jurnalistlərin ömrü havaya sovrulmayıb, o ömür zərrə-zərrə, xalqa, dövlətə, dövlətçiliyə, başlıcası isə sözə xərclənib. Nə qədər sözümüz, yazımız, jurnalistikamız var, Natiq Qocaman da, digər həyatdan nakam köçən həmkarlarımız da bizimlədir. Yaradanlar heç zaman ölmürlər, çünki yaratdıqları əbədiyyət dastanları onları yaşadır...

Ölümünlə qazandığın əbədiyyətin mübarək, Natiq Qocaman!

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ