şənbə günü, 14 noyabr 2026
     

Dillər Universitetinin tələbələri Cocuq Mərcanlıda dərs deməyə başlayıb

Image


Kamran Əsədov: “Bu həm də bizim tariximizə, torpaqlarımıza sahib çıxmağımız deməkdir”

 

Yenilməz ordumuz tərəfindən Ermənistan silahlı qüvvələrindən azad edilən Cocuq Mərcanlı artıq abad bir məkana çevrilib. Bu gün Cocuq Mərcanlı bütün istiqamətlərdə inkişaf edir. Sözsüz ki, indi hər bir azərbaycanlının diqqəti Cocuq Mərcanlıya yönəlib. Hazırda ora həm sosial, həm iqtisadi cəhətdən inkişaf edir. Azərbaycan Dillər Universitetinin (ADU) bir qrup tələbəsi Təlimdə innovasiyalar kafedrasının baş müəllimi Anar Rəhimovun rəhbərliyi ilə Cocuq Mərcanlı kənd məktəbində pedaqoji təcrübədədirlər.

Məktəbin direktoru Zamin Həziyev pedaqoji təcrübənin işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində təşkil edilməsini uğurlu seçim və tarixi hadisə adlandırıb.

Tanınmış təhsil eksperti Kamran Əsədov hesab edir ki, ADU-nun bir qrup tələbəsinin Cocuq Mərcanlıda təcrübə keçməsi bir vətənpərvərlik işidir. “Çocuq Mərcanlıda pedaqoji təcrübənin təşkili çox vacibdir. İlk növbədə bu, pedaqoji təcrübə iştirakçılarının məsuliyyət hissini artırır. Bundan başqa, təcrübəçi tələbələrin təhkim olunmuş müəllimlərlə - gələcək həmkarları ilə Bakıdan kənarda, uzaq məsafədə sistemli şəkildə iş aparmaq hissini dərinləşdirir. Eyni zamanda, regionda yerləşən məktəbdə şagirdlərdə pedaqoji təcrübəyə gələnlərin işinə ciddi münasibət aşılayır. Ümumilikdə, pedaqoji təcrübənin daha səmərəli, effektli, yaradıcı təşkilinə güclü təsir göstərir. Təbii ki, bu işin ən dəyərli məqamlarından biri tələbənin yaxşı işinin məktəb üzrə qabaqcıl təcrübənin bir faktı kimi dəyərləndirilib sənədləşdirilməsidir. Onlar yeni infrastrukturu formalaşmış məktəbdə ilk təcrübələrini qazanırlar ki, bu da onların bütün həyatı boyu unutmayacaqları müsbət iz buraxacaq. Hesab edirəm ki, Dillər Universiteti tərəfindən həyata keçirilən bu addım pedaqoji kadr hazırlayan digər təhsil müəssisələri üçün də bir çağırış olmalıdır. Bu həm də bizim tariximizə, torpaqlarımıza sahib çıxmağımız deməkdir” - deyə ekspert bildirdi.

O bizimlə söhbətində, həmçinin, pedaqoji təcrübənin vacibliyini qeyd etdi və bunun əhəmiyyətindən danışdı. K.Əsədov qeyd etdi ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu insan kapitalına yüksək dəyər verilən ölkəmizdə təhsilin keyfiyyətini yüksəltməyi, onun məzmununa və təşkilinə qloballaşma, informasiyalaşdırma tələbləri baxımından yanaşılmasını zəruriləşdirir. Onun sözlərinə görə, qanunun 11-ci maddəsində əksini tapmış tələblərə görə, təhsilalanlar dövrün tələblərinə və şəraitinə uyğunlaşmalı, rəqabətqabiliyyətli olmalı, informasiya cəmiyyətində yaşayıb fəaliyyət göstərməyə, ünsiyyət yaratmaq bacarığına yiyələnməli, fasiləsiz təhsil almalı, müasir standartlara uyğun gələn biliklərə və dünyagörüşünə, yüksək intellektual səviyyəyə və praktik iş qabiliyyətinə, yeni texnologiyaya yiyələnməlidirlər: “Bu mühüm dövlət sənədinin təhsil pillələri qarşısında qoyduğu vəzifələr, bütövlükdə, cəmiyyətin gələcək inkişafına istiqamətlənmiş təlim, tərbiyə problemlərinin həlli ilə bilavasitə bağlıdır. Son nəticə olaraq yüksək ixtisaslı, milli-bəşəri, mənəvi-əxlaqi dəyərlərə, keyfiyyətlərə sahib vətəndaşların hazırlanıb həyatda səmərəli fəaliyyət göstərmələri bir sıra məsələlərin həllini, özü də əlaqəli, kompleks həllini tələb edir:

1. "Təhsil haqqında" Qanunun qarşıya qoyduğu tələblər dərindən öyrənilməli, təhsilin sosial-tarixi məqsədi aydın təsəvvür olunub konkretləşdirilməlidir.

2. Təhsil fasiləsiz olduğu kimi, təhsil pillələri arasında fəaliyyət məqsədi sabit olmalı, bu məqsədə çatma yolunda axtarışlar intensiv, sistemli şəkildə aparılmalıdır.

3. İnsan həyatının bütün sahələri ilə bağlı bütün ictimai, iqtisadi, xidmət və mədəniyyət sferaları üçün hazırlanacaq kadrların ixtisaslaşma məkanı olan təhsil pillələrində - orta ixtisas və ali təhsil müəssisələrində pedaqoji kadrların təhsili dünya standartlarına müvafiq qurulmalıdır. Deməli, təhsilin bütün pillələrində təlim və tərbiyə prosesinin səmərəliliyi pedaqoji kadrların elmi səviyyəsindən, pedaqoji ustalığından, pedaqoji etikaya bələdliyindən, ən əsası, pedaqoji sahədə işə praktik hazırlığından asılıdır”.

K.Əsədov vurğuladı ki, buradan da pedaqoji təcrübənin ali məktəblərdə müəllim hazırlığında əhəmiyyəti və rolu bir daha bütün parametrlərdə aşkara çıxır. O dedi ki, pedaqoji təcrübə ali (orta ixtisas) məktəbin tədris planında xüsusi yeri olan bir prosesdir. Ekspert dedi ki, ilk üç semestr ərzində ixtisas fənlərinin, pedaqogika və psixologiyanın əsaslarına yiyələnən bakalavr və subbakalavrlar qazandıqları nəzəri bilik, metodik məlumatlar, pedaqoji və psixoloji dəyərlərlə praktik fəaliyyət meydanına qədəm basırlar: “Özü də bu təhsil mərhələsinə başlama ali (orta ixtisas) məktəb rəhbərliyinin, elmi (pedaqoji) şura üzvlərinin, bir növ, şahidliyi, metodik tövsiyələri ilə başlayır. Əslində, pedaqoji təcrübə, bütövlükdə, təhsil müəssisəsi professor-müəllim (orta ixtisas məktəblərində pedaqoji kollektiv) heyətinin müəyyən mərhələ üzrə elmi-pedaqoji əməyinin nəticələrini aşkarlayacaq bir vasitədir. Üstəlik, pedaqoji təcrübə sabahın müəllim kadrlarının bu peşəyə layiqlilik dərəcəsi və səviyyəsini üzə çıxaracaq bir fəaliyyət sahəsidir, müəllim hazırlığı formalarından biridir.

Əslində, təcrübə sosial sərvətdir və pedaqoq olacaq gənclərin pedaqoji təcrübə prosesi 2 mahiyyətlidir:

1. Tələbələr bu prosesdə məktəb müəllimlərinin tədris sistemini müşahidə etməklə, dərslərində iştirak etməklə bu sosial-pedaqoji dəyərlərə yiyələnirlər.

2. Tələbələr qazandıqları nəzəri bilik, bacarıq və vərdişləri tətbiq etməklə özlərini bu prosesdə sınayır, uğurlu sınaq və zaçot dərsləri ilə bir sinif məkanında, kiçik qrup miqyasında həmin sosial sərvətin zənginləşməsinə öz töhfələrini verirlər.

Pedaqoji təcrübə çox genişmiqyaslı təlim və təhsil prosesinin imtahan və zaçotlarda yoxlamaq və qiymətləndirmək mümkün olmayan tərəf və məqamlarının nəticələrini öyrənməkdə, müşahidə etməkdə, həyat-məktəb meydanında aşkara çıxarıb qiymətləndirmədə, təhsilin qalan sonrakı mərhələlərində boşluqları doldurub problemləri korrektə etməkdə çox faydalı, etibarlı, sınanmış bir forma, vasitə və amil kimi əhəmiyyət daşıyır” - deyə ekspert vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ