şənbə günü, 14 noyabr 2026
     

Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin direktoru Nazim Xudiyevin əziz xatirəsinə...

Image


Təzadlarla dolu bu qəribə dünyanı vaxtsız-vədəsiz tərk etdin, Nazim müəllim! Səni son mənzil deyilən o "gedər-gəlməzliyə" yola salan izdihamın böyüklüyü, "ağırlığı" sızlayan varlığımı müdhiş bir heyrətə bürümüşdü - bu izdiham mənə ömrümün ən məşum anlarını yaşadırdı. Kədər dolu, nəmli gözlərimlə uşaqdan böyüyə kimi bu qədər insanın sənə olan sevgisini görmək böyük üzüntümə qarışmış təsəlli kimiydi. Elin çiynində getmək fövqəl bir xoşbəxtlik imiş. Təsadüfi deyil ki, bu cür şərəfli ölümünə qibtə də etdilər, vida görüşündə çıxış edənlərdən "Allahım, mənə də belə bir izzətli ölüm nəsib et" deyən də oldu. 

Deyilənə görə, Ulu Tanrı heç kəsə çəkə biləcəyindən artıq dərd yükləməz. Əgər bu doğrudursa, aramızdan ayrılmağın Tanrının sənə mərhəmətidir, qardaş! Sənin Qarabağ ağrılarından nə qədər əzab çəkdiyinə, sənə verilən can əmanətini nə qədər dərdlə yüklədiyinə ən böyük şahid Ulu Tanrı özüdür. Sən kainatın idarə olunmasında tükənməz səlahiyyət Sahibinə - Böyük Yaradana “ Ürəyimi nişan al, Tanrım” dedin. Ulu Tanrınınsa səni rahat bir ölümlə mükafatlandırmaqdan başqa seçimi qalmamışdı - ürək tutması ilə ürəyini nişan aldı, səni ani bir zaman kəsiyində öz dərgahına qovuşdurdu...

...Nisgilli qardaşımız, sən tələsik iş görən adam deyildin. Bu səbəbdən baş götürüb dünyadan getməyə tələsəcəyin ağlımıza gəlməzdi - axı sən "Qarabağda görüşəcəyik" deyərdin hər dəfə. 

"Qarabağsızlıq" çeşidli dərdlərimizə bir dərd də yüklədin. Vaxtsız itgin unudulması mümkünsüz dərdlərimizin birini də artırdı. Bu fani dünyadan heç bir şey ummadan, bütün varlığı İslam dəyərləri ilə döyünən, yaxşılığı xarakterində vərdişə çevirərək nədən bu "pisliyi" bizlərə etdin?!

Daim, elə hey özüylə dərdləşən xiffətcil qardaşımız! Heç olmasa ananı düşünmədinmi?..

...Qəhər adamı boğur. Yadıma tələbəlik illərimiz düşür. Sən bənzərsiz idin, fərqliydin. Dördllik institut həyatında uca qamətinlə, şux yerişinlə, yüksək mədəniyyətinlə, mehribanlığınla, ləyaqətinlə - bir sözlə ətrafındakıların fövqündə durmağı bacarmağınla digər tələbələrdən seçilirdin. Bu sənin özünəxas nazimliyin idi. Səni tərif edən tələbə dostlarına təvazökarlıqla özünün kiçik bir cisim olduğunu söylərdin. Amma  bilmirdin ki,  böyük bir aləm sənin içində gizlənmişdir. Bəlkə də sən seçilmiş bir bəndə olduğuna görə Uca Allah məsləhət  gördü -  aldı səni axirətə, o nur üzündən cənnətə pay aparmaq üçün...

...Ağrı, acı, iztirab, kədərsiz həyat olmur. Üstəlik, “olacağa nə çarə?”- hikməti də gerçək! Amma sən özünü, həyatını böyük dərdlərə o qədər həsr etdin ki, özünü o qədər yordun ki, sonda istər-istəməz əzizlərini, sevənlərini və hələ çox lazım olacağın insanları da cismani varlığından məhrum elədin. Nə deyim? İtkilərə sinə gərərək hər şeyi Yaradana həvalə etməkdədir səbr, ömrə vəfasız qardaşımız!

Sən Qarabağsız qarabağlılar üçün xeyli iş gördün. Möhtərəm dövlət başçımız İlham Əliyevin qayğı və diqqəti sayəsində Ramana qəsəbəsində tikilmiş məktəbin ilk rəhbəri  -  Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin direktoru kimi bu təhsil ocağında əsl Qarabağ abı-havası yaratdın. O kiçik məkana böyük Qarabağı yerləşdirdin. Bu məktəbdə babamız Pənahəli xanın əzəmətini duyduq, Üzeyir bəyin sənətinin möhtəşəmliyi ilə qürur hissi keçirtdik, o məktəbin dəhlizlərində  Qədirin ecazkar səsi "Biçmədim zəmim qaldı" - deyə nalə çəkdi, şəhidlərimizə ehtiram bəslənildi, Seyid Lazım Ağanın ruhu "Qarabağa qayıdacaqsız" dedi.

...İmza atdığın hər bir sənəddə Xankəndinin adını yaşatdın. İmzaladığın hər bir sənəd “Xankəndi” deyə hayqırdı. Böyüklə böyük, kiçiklə kiçik oldun. Çörəyi ilə böyüdüyün valideynlərinin müəllimlik peşəsini  uca tutdun. Müəllim adına başucalığı gətirdin. Hər bir saleh əməlin, addımın atan Cəmil müəllimə rəhmət oxutdurdu. Beləsə, müəllim və şagird kollektivinin, el-obanın sonsuz məhəbbətini qazanmaq nəsibin oldu.

...Vida mərasimində “Məkkəm, Mədinəm”- deyib tapındığın məktəbin həyətindən son mənzilə qədər ağlar gözlü şagirdlərinin arzusu ilə onların çiyinlərində getdin. Həmin gün sənin bu son gedişinə məktəbin daş divarları da göz yaşı axıdırdı. Çünki o məktəbin hər bir nöqtəsində sənin izin vardı. Ürəkləri dağlayan məqamlardan biri də o oldu ki, şagirdlərin nəşini son mənzilə aparan maşının qarşısına keçib hönkürə-hönkürə “aparmayın müəllimimizi”-  deməklə qəfil ölümünlə barışmaq istəmədilər.  Bu bir elin, bu bir obanın məhəbbəti idi sənə, qardaş!

...Hələ yaralar istidir. Donmuş beyinlər açılacaq,  hələ çox anılacaq və xatırlanacaqsan. Nümunəvi həyat yolun hələ dillərdə çox gəzəcək. Nə edək ki,  amansız ölüm ziyalı bir övladımızı da beləcə aramızdan apardı. Fəqət qoy ölüm sevinməsin. Böyük şairimiz  Səməd Vurğun demişkən:

Ölüm sevinməsin qoy! Ömrünü vermir bada!               
El qədrini canından daha əziz bilənlər,

Şirin bir xatirətək qalacaqdır dünyada

Sevərək yaşayanlar, sevilərək ölənlər.

...İndi isə  yorğunluğunu dər,  əziz qardaşımız! 

Böyük kədər və rəhmət diləkləri ilə

Esmira CƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ