Cümə günü, 06 noyabr 2026
     

Azərbaycanda danışma və eşitmə qüsuru olanların “hərəkət dilinə” rəsmi status...

Image


Heydər Rəhimli: “Azərbaycanda bu sahədə kadr hazırlığı sıfır səviyyəsindədir”

Danışma və eşitmə əngəlli insanlar işarət dili ilə ünsiyyət qururlar. Azərbaycanda belə insanların sayı çox olmasa da, az da deyil. Son vaxtlar xüsusən də uşaqlar arasında danışma və eşitməsi məhdud olanlara çox təsadüf edirik. Heç şübhəsiz, onların sosiallaşması, təhsil alması, medianı, vizual örnəkləri izləməsi çox mühümdür. Onlar bu cəmiyyətin ayrılmaz parçalarıdır.

Bir sıra ölkələrdə danışma və eşitmə əngəlli insanların istifadə etdiyi işarət, jest dilinə rəsmi status verilir. Məsələn, qardaş Qazaxıstan parlamentində bu məsələ artıq müzakirəyə çıxarılıb. Deputat Yekaterina Smolyakova Qazaxıstanda jest dilinin tam hüquqlu ünsiyyət dili kimi qanunvericilik yolu ilə tanınmasını təklif edib. Onu da deyək ki, Qazaxıstanda surdopedoqoqlar var və onlar bu qəbildən olan uşaqlarla məşğul olurlar. İşarət, jest dili üzrə Azərbaycanda da müəllimlər, pedoqoqlar varmı? Ümumiyyətlə, danışma və eşitmə əngəlli uşaqların təhsili ilə bağlı məsələ nə yerdədir? Onlar təhsil ala bilirlərmi? Jest dili Azərbaycanda rəsmi status alıbmı? Bunun digər dillərlə yanaşı ünsiyyət vasitəsi kimi rəsmi şəkildə qəbul olunması baş veribmi?

Suallar ətrafında həm araşdırma apardıq, həm də ekpert rəyi öyrəndik.

Əvvəlcə onu deyək ki, Azərbaycanda eşitmə və danışma məhdudiyyəti olan uşaqlar üçün həm dövlət, həm də bəzi özəl ixtisaslaşmış məktəblər fəaliyyət göstərir. Ən tanınmış dövlət müəssisələrindən biri Elm və Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən 2 nömrəli Xüsusi internat məktəbidir. Bu məktəb eşitmə qabiliyyəti tam və ya qismən məhdud olan, həmçinin sonradan eşitmə qabiliyyətini itirmiş uşaqlar üçün nəzərdə tutulub. Burada surdopedoq və defektoloqlarla dərslər, nitqin inkişafı, işarə dili və daktilologiya, peşə hazırlığı dərsləri keçirilir. Bundan başqa 3 nömrəli Respublika xüsusi internat məktəbi eşitmə və danışma məhdudiyyətli uşaqların təhsil aldığı xüsusi internat məktəblərindən biridir. E.Mirzəyev adına 6 nömrəli Respublika xüsusi internat məktəbi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün fəaliyyət göstərir. Özəl sektora gəlincə, “Special School” eşitmə, danışma və digər inkişaf fərqlilikləri olan uşaqlar üçün xüsusi proqramlar təqdim edir.

Bakıdan kənarda fəaliyyət göstərən bu tipli məktəblərə gəlincə, bəzi rayon və şəhərlərdə inteqrasiya tipli və xüsusi qayğı yönümlü internat məktəbləri fəaliyyət göstərir.

Məsələn, Göyçay şəhər S.Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziya xüsusi qayğıya ehtiyacı olan və müxtəlif inkişaf məhdudiyyətli uşaqlar üçün inteqrasiya təhsili verir.

General Məhəmməd Əsədov adına inteqrasiya təlimli internat tipli gimnaziya (Sumqayıt) inteqrasiya yönümlü internat məktəbidir və xüsusi təhsil dəstəyi olan şagirdləri qəbul edir. 6 saylı Xüsusi İnternat Məktəbi Türkan ərazisində yerləşir, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi təhsil müəssisəsidir.

Eşitmə və danışma məhdudiyyəti üzrə ən ixtisaslaşmış məktəblər isə əsasən Bakıdadır. Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbi zəif eşidən və sonradan karlaşmış uşaqlar üçündür.

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3№-li Respublika xüsusi internat məktəbi lal-kar uşaqlar üçün ixtisaslaşıb.

Mətbuat üzərindən apardığımız araşdırmaya görə, hazırda Azərbaycanda jest dili (işarət dili) ayrıca dövlət dili və ya tam müstəqil rəsmi dil statusuna malik deyil. Konstitusiyaya görə yeganə dövlət dili Azərbaycan dilidir. Amma son illərdə işarət dilinin hüquqi tanınması istiqamətində addımlar atılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqlamalarına görə, eşitmə və nitq məhdudiyyətli şəxslər üçün işarət dilinin “ünsiyyət dili kimi rəsmi şəkildə tanınması” nəzərdə tutulub.

Bu yanaşma əsasən dövlət xidmətlərinə çıxış, informasiya əldə etmək, televiziya subtitrləri və surdotərcümə, əhsil və sosial inteqrasiya hüquqları ilə bağlıdır. Sosial praktikada isə bəzi televiziya proqramlarında surdotərcümə var, xüsusi məktəblərdə Azərbaycan işarət dili istifadə olunur, lakin işarət dilinin istifadəsi bütün dövlət qurumlarında hələ geniş və məcburi şəkildə tətbiq edilmir. Qısaca desək, işarət dilinin dövlət dili statusu yoxdur.

Amma əlilliyi olan şəxslərin hüquqları çərçivəsində rəsmi ünsiyyət vasitəsi kimi tanınması istiqamətində hüquqi baza formalaşdırılır. Bəzi hallarda ASAN xidmət mərkəzlərində eşitmə məhdudiyyətli vətəndaşlar üçün surdotərcümə və ya xüsusi kommunikasiya dəstəyi göstərilir. Amma bu xidmət bütün filiallarda daimi və tam standart şəkildə təqdim olunmur.

Ən praktik imkanlar bunlardır: Operator və əməkdaş vasitəsilə yazılı ünsiyyət, əvvəlcədən müraciətlə surdotərcüməçi təşkili, videoqəbul və onlayn əlaqə xidmətləri, bəzi sosial layihələr çərçivəsində işarət dili dəstəyi.

“İşarə dili o şəkildə status qazandı ki…”

Karlara Dəstək İctimai Birliyinin sədr müavini Heydər Rəhimli baki-xeber.com-a bildirdi ki, Azərbaycanda işarə dili 1926-1929-cu illərdən formalaşıb və müstəqilliyimizdən bəri də qorunub saxlanılır. “Bu artıq SSRİ dövründən istifadə olunan bir dildir. Müstəqilliyimizi qazandığımızdan bu günə qədər işarə dili Azərbaycanda qorunub saxlanılıb. Bu dil eşitmə məhdudiyyətli şəxslərdən eşitmə məhdudiyyətli övladlarına, onların övladlarından danışan övladlarının bəzilərinə irs olaraq ötürülüb, beləliklə qorunub saxlanılıb. Təhsildə bunun yerini soruşsanız, Azərbaycanda iki məktəb var. Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 saylı xüsusi internat məktəbi və 2 saylı xüsusi internat məktəbi. Bu məktəblər SSRİ dövründən bu günə qədər öz fəaliyyətini saxlayıb, qoruyub. Lakin müstəqilliyimizi qazandığımızdan sonra pedaqoqların sayının azalması səbəbilə bəzi məktəblərdə bu dili bilənlərin sayı kəskin şəkildə azalmış, hətta belə deyək, sıfır rəqəmlərinə belə düşdüyü vaxtlar olub. Hazırda bu dili Azərbaycanda səlis danışa bilən on, on beş nəfər şəxs var. Həmin şəxslər surdotərcüməçi və yaxud da surdomütəxəssis adı altında fəaliyyət göstərirlər. Rəsmi statusları yoxdur. Belə deyək, onların çoxu kodadır, yəni valideynləri eşitmə məhdudiyyətli, onlar isə danışan şəxslərdir. Bu istiqamətdə ictimai birliklər var. Azərbaycanda 5 ictimai birlik var ki, orada xüsusilə eşitmə məhdudiyyətli şəxslərlə çalışır, işləyir. Bu da onu təşviq edir ki, işarə dili ölkə səviyyəsində yayılsın, rəğbət qazansın. İşarə dilinin dərsləri tədris olunur. Lakin məktəblərdə və yaxud da universitetlərdə bu dilin tədrisi demək olar ki, yoxdur. Məktəbdə sadəcə baza səviyyəsində, yəni hərfləri öyrədirlər. Bəzi sözlərin jestlərini öyrədirlər. Azərbaycanda isə ümumilikdə bunun təhsili bir az aşağı səviyyədədir. Rəsmi statusuna gəldikdə isə 2025-ci ilin fevral ayına qədər rəsmi statusu yox idi. Biz BMT-nin Əlillərin Hüquqları haqqında Konvensiyasına alternativ hesabat hazırlayan zaman bunu dəfələrlə vurğulamışıq. Vurğulamışıq ki, bu dil üçün rəsmi status alınması lazımdır. Çünki onlar ölkəmizdə informasiya dəstəyi ilə təmin olunmurdu. Eşitmə məhdudiyyətli şəxslər informasiyanı əldə edə bilmirdilər. Bildiyiniz kimi, onların yazıb oxuma qabiliyyəti məktəbdə yaranan problemlərdən irəli gələrək aşağı olduğu üçün onların yazaraq, oxuyaraq məlumatları əldə etməyi çox çətindir. Bəzi sözləri başa düşə bilirlər, yəni baza səviyyəsində gündəlik məişət üslubunda olan sözləri başa düşə bilirlər. Bizdə də internetdə, istər televiziyalarda publisistik üslubda danışıldığı üçün onlar bunu tam olaraq qavraya və yaxud da anlaya bilmirdilər”.

H. Rəhimli qeyd etdi ki, bu dil keçən ildən etibarən artıq rəsmi status almağa başladı. İlk dəfə 2025-ci ilin aprel ayında rəsmi sərəncama əsasən işarət dili status qazandı: “İşarə dili o şəkildə status qazandı ki, artıq dövlət müəssisələri bu dili tanımalı və tədbirlərdə, televiziyalarda, informasiya müəssisələrində onun təmin olunması ilə bağlı işlər görülən zaman surdotərcüməçilərlə və surdomütəxəssislərlə birlikdə işləməlidirlər. Bunun sayəsində bir çox televiziya kanalı-İctimai Televiziyada sudro tərcüməyə yer Verdi. Amma Real TV-də bu qayda qəbul olunmamışdan öncə kanalın təşəbbüsü ilə surdotərcümə xidməti göstərildi. Daha sonra bu daha çox inkişaf etdi. İdman TV də, Mədəniyyət TV də surdotərcümə xidmətini göstərdi. Beləliklə, ölkə səviyyəsində artıq informasiya müəssisələri bu xidməti göstərməyə başladı. Ümumi məlumat bu şəkildədir.

Bu sahədə hansısa bir kitabı varmı? Azərbaycanda ilk dəfə 2019-cu ildə Azərbaycan Jest dili lüğəti- onlayn lüğəti istifadəyə verildi. Bu, lüğət Karlara Dəstək İctimai Birliyinin təşkilatçılığı, bp-nin maliyyə dəstəyi ilə NAR və ADA Universiteti tərəfindən hazırlandı. Həmin o veb saytda 4 minə yaxın söz və söz birləşməsi, izahedici mətinlər işarə dilində yer almışdır. Bir çox şəxs, həmçinin surdo mütəxəssislər bu platformadan faydalanaraq düzgün işarə dilində danışmağa, belə deyək, başlamış və cəhd göstərmişdir. Hazırda vəziyyət bu şəkildədir”.

Kadr hazırlığı ilə bağlı məsələyə gəlincə, H.Rəhimli qeyd etdi ki, bu sahədə ciddi problemlər mövcuddur. Bu dildə danışanların çoxunun, daha dəqiq desək, 95 faizinin kodla olduğunu deyən H.Rəhimlinin sözlərinə görə, onlar artıq uşaqlıqdan bu dili valideynləri ilə ünsiyyət qurmaq üçün öz ana dili kimi formalaşdırmış və gələcəkdə də bir çoxu bu dili daha belə peşəkar hala gətirmək üçün bəzi yerlərdə onu təhsilini alıblar. “Amma bunun Azərbaycanda rəsmi səviyyədə tədrisi olmadığı burada qeyri-müəyyənlik var. Məsələn, biri özündən yaxşı bilən birindən dərs alıb, amma hər hansı bir statusa malik deyil. Sadəcə ola bilər ki, hər hansı bir işarənin düzgün qarşılığını, səhv qarşılığını öyrənmiş ola bilər. Ona görə də demək olar ki, Azərbaycanda bu sahədə kadr hazırlığı sıfır səviyyəsindədir. Sadəcə valideynləri eşitməyən özləri danışan şəxslər və yaxud da həmin cəmiyyətdə daha çox işləyib fəaliyyət göstərən şəxslər bu dildə danışa bilirlər”. Ekspert təəssüflə bildirdi ki, nəinki Azərbaycanda, ümumiyyətlə MDB ölkələrinin çoxunda bu sahədə tədris həyata keçirilmir. “Yəni düşünməyək ki, bu problem təkcə Azərbaycana xasdır, xeyr. MDB ölkələrində və Avropa ölkələrində də belə hallar çoxdur. Mən Karalar Dəstək İctimai Birliyin sədr müaviniyəm. Tədbirlərlə bağlı tez-tez beynəlxalq tədbirlərdə iştirak etmək üçün xaricə gedirəm. Hal-hazırda İspaniyadayam. İspaniyada keçirilən eşitmə əngəlli məktəblər arasında şahmat yarışına qatılmışam. Burada da həmin problemlər var. İnklüziv təhsil bir yandan onların cəmiyyətə inteqrasiyasını təmin etsə də, bir yandan da bu dilin, yox olmasına və unudulmasına gətirib çıxarır. Çünki inklüziv təhsildə eşitmə əngəlli məktəbli tam sağlam şəxslərlə eyni yerdə təhsil alır. Eyni yerdə təhsil aldığı üçün artıq onlarla işarə dili ilə danışmağa heç bir səbəb qalmır. Amma aydın məsələdir ki, eşitməyən məktəblilər nə qədər inklüziv təhsil alsa da, onlar tam olaraq sağlam şəxslərlə eyni meyarlarda səlis danışıq qabiliyyətinə malik ola bilmirlər. İlk başlarda bu elə də özünü biruzə verməsə də, irəli yaşlarda, məktəbi bitirdikdən sonra artıq onun tədris prosesi dayandığı üçün yeni şeyləri öyrənməsi sağlam şəxslərlə müqayisədə daha gec olur. Bu da onun geriləməsinə gətirib çıxara bilər. Misal üçün, 2010-cu ildə təhsilini bitirmiş bir sağlam şəxslə eşitmə əngəlli məktəblilər arasında fərq çoxdur. Çünki eşitmə əngəlli şəxs 2010-cu ilə qədər olan bütün sözləri bilir. Ondan sonra gəlmiş neolizmləri, dilimizə daxil olmuş sözləri bilmir. Yəni eşitmə əngəlli şəxs bunun mənasını ona izah edən olmadığı üçün öyrənə bilmir. Amma sağlam şəxs hər zaman öz üzərində işləyir, bildiyi üçün rahatlıqla informasiya əldə edir və onun üçün belə bir məhdudiyyət olmur. Ona görə də eşitmə əngəlli şəxslərdə gələcək yaşlarda problem yaranır. Biz inklüziv təhsili dəstəkləyirik. Lakin belə meyarlarda inklüziv təhsil, işarə dilinin unudulmasına gətirib çıxarır. Bəzi ölkələr isə buna alternativ olaraq belə bir təşəbbüs irəli sürürlər ki, inklüziv təhsildə sağlam müəllimin yanında bir işarə dili mütəxəssisi yer alsın. Müəllim danışdığı vaxtda həmin işarə dili mütəxəssisi informasiyanı eşitmə əngəlli məktəbli şəxs üçün jestlə ifadə etsin. Həmin ölkələrdə bu tətbiq olunur. Bu xüsusi məktəblərdə, xüsusi müəssisələrdə istifadə olunur. Hər ölkədə yoxdur. Bu zaman onun həm işarə dili inkişaf etmiş, həm də məlumatı rahat əldə etmiş olur. Əks halda sadəcə danışaraq və dodaq oxuyaraq məlumat əldə etmək jestlə qabiliyyətini sıfır səviyyələrinə endirir. Bu da gələcəkdə ünsiyyət problemi yaradır. Tutalım, hər hansı bir tibbi müəssisəyə getdiyi zaman məlumatı əldə edə bilmir, tərcüməçini özü ilə apara bilmir, fikrini ifadə edə bilmir. Bu da onun artıq, belə deyək, ümumiyyətlə onların təcrid olunmasına səbəb olur.

H.Rəhimlinin fikirlərindən aydın oldu ki, bizdə bu istiqamətdə baza formalaşsa da, bu dilin lazımı səviyyədə həm tədrisi yoxdur, həm də mütəxəssisi kifayət qədər deyil. Burada ən ciddi məsələlərdən biri də peşəkarlarla qeyri-peşəkarlar arasında yaşanan problemlərdir ki, bəziləri işarə dilini ala-yarımçıq bilir və pul qazanmaq məqsədilə tərcüməçilik fəalaiyyəti göstərir, tərcüməni düzgün etmir, qüsurlu edir. Bu da təbii ki, peşəkarların narazılığına səbəb olur. H.Rəhimli hesab edir ki, bu kimi halların zamanla aradan qalıdırılması üçün işarət dilini tədris edən mütəxəssislərin hazırlanmasına ehtiyac var. Əks halda işarət dili də sıradan çıxacaq, tədrisi, elmi dayağı olmadığı üçün məişət səviyyəsində qalacaq. Bu səbəbdən də işarət dilinin tədrisinin genişləndirilməsi lazımdır ki, o günlərin birində məhv olub getməsin…

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ