şənbə günü, 12 sentyabr 2026
     

Vətən müharibəsindən sonra ölkəmizdə uşaq doğumu sürətlə azalmağa başlayıb...

Image


Mətləb Salahov: “Ciddi addımlar atılmasa Azərbaycanda kəskin sosial və demoqrafik problemlər qaçılmazdır”

Son 34 ildə Azərbaycanda doğulan uşaqların sayı 2 dəfə azalıb. 2025-ci ildə ölkədə cəmi 95 min 875 uşaq doğulub ki, bu da 1991-ci ildən bəri ən aşağı göstəricidir. Ən yüksək doğum 1991-ci ildə qeydə alınıb. Həmin il ölkədə 190 min 353 diri doğulan uşaq qeydə alınıb. Sonrakı illərdə doğum sayında azalma müşahidə olunub.

2004-cü ildən sonra doğum statistikasında yenidən artım qeydə alınıb. Bu tendensiya xüsusilə 2010–2011-ci illərdə pik həddə çatıb. 2011-ci ildə Azərbaycanda 176 min 72 uşaq doğulub. Bu, müstəqillik dövründə 1991-ci ildən sonra ən yüksək ikinci göstərici hesab olunur. 2010-cu illərin ortalarından etibarən isə yenidən azalma başlayıb. 2020-ci ildən sonra doğum sayında eniş daha da sürətlənib.

Görünən odur ki, Azərbaycanda doğumun kəskin şəkildə aşağı düşməsi ölkədə demoqrafik artım üçün ciddi təhdidə çevrilməkdədir. Doğumun azalması təkcə sosial təminatın aşağı olması ilə bağlı deyil. Müasir düşüncə tərzi də doğum səviyyəsinə mənfi təsir edir. Bir sözlə, Azərbaycanda doğumun aşağı düşməsini önləmək mümkündürmü?

Sözügedən məsələni baki-xeber.com-a şərh edən jurnalist-ekspert Mətləb Salahovun fikrincə, bu məsələ getdikcə təşviş doğurucu hal alıb: “Azərbaycanda doğum səviyyəsinin kəskin azalması həm kəskin sosial problemlərlə, qazanc azlığı və iş yerlərinin az olması ilə, həmçinin əhalinin müasir informasiya texnologiyalarına hədsiz bağlılığı, çoxuşaqlı ailə sisteminin isə artıq tarix arxivinə çevrilməsi ilə bağlıdır. Bütün gününü sosial şəbəkələrdə keçirən əhali qrupu hədsiz informasiya qəbul edir ki, bu da artıq cəmiyyətimizdə həm evlilik, həm də uşaq sahibi olmaq məsələsində yeni baxış bucağı yaradır. Əlbəttə, informasiya dövründə, robot insan texnologiyalarının vüsət aldığı bir dövrdə ailələr cəmi 1 və ya uzağı 2 uşaqla kifayətlənirlər. Ən pis məqam isə evlənənlərin sayında da kəskin azalmanın baş verməsidir. İndi gənclər nikah masasına deyil, daha çox xarici ölkələrə iş axtarmağa gedir, bir çoxu da orda qalıb yaşayır, geri dönmürlər. Bu məqam daha təhlükəli tendensiyadır”.

Ekspert digər qorxunc məqamı onunla əlaqələndirdi ki, Azərbaycanda əhalinin yaşlılıq nisbəti artır: “Ölkəmizdə doğum səviyyəsi ildən ilə azalır, bunun əvəzində yaşlı əhalinin ümumi sayda xüsusi çəkisi artır. Statistikaya görə son 23 il ərzində Azərbaycanda əhalinin sayı 26,45 faiz, ahılların sayı isə 99,4 faiz artıb. Ölkəmizdə doğum sayının azalmasındakı ən başlıca səbəblər boşanmaların sayının kütləvi artması, nikaha girən əhalinin azalması, təhsil və karyera planları, habelə maddi problemlərdir. Əgər demoqrafik siyasətdə dəyişiklik edə bilməsək, o zaman ölkəmizdə əhali qocalması daha təhlükəli hal alacaq. Çünki yeni doğulanlar azaldıqca, qocaların sayı artır. Bu da əhalinin qocalmasına gətirib çıxarır. Məsələn ahılların sayı əhali içərisində 8%-dən yuxarıdırsa, bu qocalma sindromu ola bilər. Xüsusilə işsizlik, mövcud olan iş yerlərində isə 400-600 manat əmək haqqı təklifi gəncləri ailə qurmaqdan uzaqlaşdırır. Həmçinin gənc ailələr üçün mənzil problemi, sabit və yetərli gəlirin olmaması, həyat xərclərinin artması insanları daha az uşaq sahibi olmağa və ya heç vaxt evlənməməyə vadar edir. İnsanlar artıq əvvəlki kimi çoxuşaqlı ailə modelinə iqtisadi baxımdan hazır deyillər. Digər mühüm məsələ sosial və psixoloji amillərlə bağlıdır. Gənclər ailə qurmağa daha gec qərar verir, karyera və şəxsi inkişaf prioritetə çevrilir. Bu isə doğum yaşını artırır və nəticədə ümumi doğum sayına təsir edir. Bundan əlavə, urbanizasiya prosesi də mühüm rol oynayır. Şəhər həyatında uşaq böyütmək kəndlə müqayisədə daha çətin və bahalıdır. Bu da ailələrin uşaq sayına yanaşmasını dəyişir. Eyni zamanda, sosial təminat mexanizmlərinin yetərli səviyyədə olmaması da təsir edən amillərdəndir. Uşaq pulu, bağça əlçatanlığı, analıq və atalıq məzuniyyətlərinin şərtləri kimi məsələlər ailələrin qərarına birbaşa təsir edir. Neçə illərdir ki, uşaq pulu barəsindəki müzakirələrin hələ müsbət qərarla yekunlaşmaması da nigah və doğum prosesindəki hazırkı kritik vəziyyətə birbaşa təsir edir. Bütün bunlar o deməkdir ki, ölkə olaraq bu ağrılı məsələ barəsində ciddi addımlar atılmasa Azərbaycanda kəskin sosial və demoqrafik problemlər qaçılmazdır”.

Vidadi ORDAHALLI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

12.09.2026 / 20:35
"Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır" - Hikmət Hacıyev

12.09.2026 / 16:25
Kremldən Zelenskinin Putinlə görüş təklifinə reaksiya - görüşmək istəyirsə, Moskvaya gələ bilər…

12.09.2026 / 16:02
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar - FOTO

12.09.2026 / 15:37
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi gizli sənədləri açıqladı - 11 sentyabr hücumları ilə bağlı ŞOK FAKTLAR ortaya çıxdı...

12.09.2026 / 15:21
Zelenski Putinə Mayamidə keçiriləcək G20 sammitində görüşməyi təklif etdi…

12.09.2026 / 14:48
Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksində...

12.09.2026 / 14:26
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı "cəhənnəm" sanksiyalarını səsverməyə çıxarır…

12.09.2026 / 14:03
Lukaşenko ehtiyatları dollarda saxlamağın təhlükəli olduğunu deyir - Rusiyanın başına gətirilənlər…

12.09.2026 / 13:44
İraq İranla sərhəd bağladı və Səudiyyəyə hücum edənlərin axtarışına başladı...

12.09.2026 / 13:28
Hikmət Hacıyev saxta xəbərlər yayan xarici media qurumlarına çağırış etdi - gəlin öz gözlərinizlə görün... VİDEO

12.09.2026 / 13:15
Polşa xəbərdarlıq etdi – Rusiya Ukrayna ilə sərhəd keçid məntəqələrini vuracaq…

12.09.2026 / 12:53
Şirvanda mağazadan külli miqdarda pul oğurlayan şəxs tutuldu...

12.09.2026 / 12:30
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü...

12.09.2026 / 11:27
Diplomatlar Ağdərədə yerləşən Gəncəsər monastırını ziyarət etdi - FOTO

12.09.2026 / 10:56
Polis bir gündə 34 kiloqrama yaxın narkotik ələ keçirdi

12.09.2026 / 09:37
Putin Avropa ölkələrinə xəbərdarlıq etdi - Bu, Rusiya ilə müharibə deməkdir…

12.09.2026 / 09:23
Tramp-BCM qarşıdurması böyüyür – Təşkilat ABŞ-ın İT xidmətlərindən rəsmən imtina etdi…

12.09.2026 / 09:10
Modi ikinci dəfə Putini aqressiv müharibəni dayandırmağa çağırdı…

12.09.2026 / 07:26
Fransada Le Penin partiya liderinə sarımsaq atdılar

12.09.2026 / 07:13
İmamoğlu ailəsinin başına gətirilənlər şok etdi - oğul İmamoğlu nələr danışır…

11.09.2026 / 23:36
Qırmızı dənizdə gərginlik artır - Husilər Bab əl-Məndəb boğazına nəzarəti tam ələ keçirdi…

11.09.2026 / 23:10
Husilərin hərbi qələbəsindən sonra ABŞ admiral Kuperi təcili Səudiyyəyə göndərdi…

11.09.2026 / 22:53
Türkiyə BTC ilə neft nıəqlini ikiqat artırmağı təklif etdi - gündə 1 milyon barel…

11.09.2026 / 22:30
Səudiyyə husilərə qarşı müharibədə ABŞ-dan kömək istədi - Trampdan rədd cavabı gəldi…

11.09.2026 / 21:42
Rusiya Litvanı nüvə silahı ilə hədələdi - hədəfdə olacaqsız…

11.09.2026 / 21:27
Rusiyadan gələn “qanunsuz miqrantlar axını” Gürcüstanda çevriliş hazırlayır - iddia...

11.09.2026 / 21:10
Avropa Birliyi sentyabrın 15-də Ermənistanın taleyini həll edəcək...

11.09.2026 / 20:48
Tramp seçicilərin səsini pulla satın almağa başladı... hərəyə 5 min...

11.09.2026 / 20:31
Trampdan 11 sentyabr mesajı - o tarixi unutmayacağıq...

11.09.2026 / 20:26
Paşinyan 1 oktyabradək Elektrikşəbəkənin 100 faiz səhmlərini Karapetyandan müsadirə edəcək...

11.09.2026 / 20:23
Paşinyan Putini çox pis yerdə yaxaladı - Ermənistan Rusiyaya sanksiya tətbiq etdirə bilər...

11.09.2026 / 20:10
Putin qışda Ukraynanın enerji infrastrukturlarına yeni zərbə planları qurub...

11.09.2026 / 19:56
Rusiyada miqrantların işləməyən ailə üzvləri ölkədən qovulur - DİN başçısı Putinə hesabat verdi...

11.09.2026 / 19:40
"Qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq" - ABŞ Səfirliyi

11.09.2026 / 19:20
Paşinyan İran-Gürcüstan yolunun çəkilişini Makronla müzakirə edib...

11.09.2026 / 19:09
Diplomatik korpus nümayəndələri Şuşada... - YENİLƏNDİ

11.09.2026 / 19:03
İran ballistik raketlərin yeraltı istehsalını bərpa etdi -Tramp əndişələnib...

11.09.2026 / 18:45
Çindən İrana dəmiryolu daşımaları başladı - 14 günə 6 min kilometr...

11.09.2026 / 18:22
İran süni intellektlə minlərlə israillinin sirlərini əldə etdi - İsrail ŞOKDADIR...

11.09.2026 / 18:08
Tramp respublikaçı seçicilərə səsləndi - Səs verməsəniz cəhənnəmə gedəcəksiz...

11.09.2026 / 17:41
Həmidə Ömərova: "Namizədliyimi irəli sürməyə şərait yaradılmadı"

11.09.2026 / 17:25
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqləndi

11.09.2026 / 17:23
Xəzər dənizində böyük xarici neft şirkətləri ilə 5 milyard dollarlıq mübahisə başladı...

11.09.2026 / 17:11
Qarabağa diplomatik səfərlərin siyasi-tarixi və hüquqi əhəmiyyəti

11.09.2026 / 17:06
ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

11.09.2026 / 16:50
ABŞ Yaxın Şərqdəki hərbi bazalarını çıxartmağı müzakirə edir - İran şok yaşadır...

11.09.2026 / 16:34
Dövlət qurumunun adından istifadə edib 250 min manatlıq dələduzluq etdi, yaxalandı

11.09.2026 / 16:17
İqtisadi Şurada 2027-ci ilin büdcə layihəsi müzakirə olundu - FOTO

11.09.2026 / 15:56
"Aİ Qarabağda sülhün təmin olunmasına praktiki dəstək verməyə hazırdır" - Xüsusi nümayəndə

11.09.2026 / 15:42
Özəl məktəblərin təhsil haqqı ilbəil artır: valideynin şikayəti yenidən araşdırılacaq

11.09.2026 / 15:30
Tramp İranda rejim dəyişikliyi taktikasına yenidən qayıdır...

11.09.2026 / 15:21
Dipkorpus nümayəndələri Qarabağ Universitetində olublar

11.09.2026 / 15:09
"Azərbaycan və Ermənistan liderlərinin görüşü çox konstruktiv mühitdə keçdi" - Hikmət Hacıyev

11.09.2026 / 14:55
Xaçmazda narkotiklərlə bağlı 7 nəfər saxlandı

11.09.2026 / 14:48
Dələduzluqla onlayn kreditə görə vətəndaşı məsul tutmaq əvəzinə bank məsuliyyətini artırmaq olmazdı?..

11.09.2026 / 14:31
Ukrayna üzrə Rusiya-ABŞ danışıqlarının hansı ölkədə olmasının hansı(sa) önəmi var?..

11.09.2026 / 14:16
Pakistan husilərlə bağlı İrana mesaj göndərdi – onları dayandırın…

11.09.2026 / 14:03
92 min müəllimin maaşında artım olacaq - 10 faizdən 35 faizədək...

11.09.2026 / 13:49
"Qarabağda təxminən 100 min mülki şəxs yaşayır" - Hikmət Hacıyev

11.09.2026 / 13:46
Şəfiqə Məmmədova:"Bu vəzifə mənim üçün məsuliyyətdir"

11.09.2026 / 13:28
Şəfiqə Məmmədovanın vahid namizəd olması narazlıq yaradıb

11.09.2026 / 13:24
Hikmət Hacıyev: "Azərbaycanda 32-dən çox terror aktı törədilib"

11.09.2026 / 13:15
Rusiya və Türkiyə Qafqazda və Orta Asiyada “kənar qüvvələrə” qarşı birləşdilər...

11.09.2026 / 13:04
Prezidentin köməkçisi: "Mina insidenti bərpa və yenidenqurma səylərimizə mane olur"

11.09.2026 / 13:00
Şəfiqə Məmmədova AKİ sədri oldu

11.09.2026 / 12:55
"İşğal illəri ərzində Azərbaycanın mədəni irsi dağıntılara məruz qalıb" - Hikmət Hacıyev

11.09.2026 / 12:51
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir

11.09.2026 / 12:41
Ukrayna Saratovda neft emalı zavodunu və “Ozon” mərkəzini vurdu… - VİDEO

11.09.2026 / 12:28
Formula 1-in hazırlıq müddəti 12 aydan 4 aya endirildi...

11.09.2026 / 12:17
Corc Buş 11 sentyabr hücumlarından sonrakı ilk saatlardan danışdı - o an mən müharibə dövrünün prezidenti oldum…

11.09.2026 / 12:10
Diplomatik korpus nümayəndələri Xankəndi Mədəniyyət Mərkəzində...

11.09.2026 / 12:02
Eldəniz Quliyev:"Həmidə Ömərovanı dəstəkləyirəm"

11.09.2026 / 11:48
Oman sahillərində daha iki gəmi vuruldu…

11.09.2026 / 11:22
Dipkorpus nümayəndələri Xankəndidə yeni dəmir yolu və avtovağzal kompleksinin tikintisi ilə tanış olublar

11.09.2026 / 11:10
Tərtər sakini Ağdərədə minaya düşdü...

11.09.2026 / 10:56
Aydın Kazımzadə: "Şəfiqə Məmmədovanın sədr olmaq şansı daha böyükdür"

11.09.2026 / 10:22
Tramp İranla müharibənin bitəcəyi tarixi açıqladı və Hörmüzə də öz adını verdi…

11.09.2026 / 09:44
"Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır" - Hikmət Hacıyev

11.09.2026 / 09:30
Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır...

11.09.2026 / 09:13
Ankarada səfirliksiz səfir təyinatı - İsraildən ilginc addım…

11.09.2026 / 09:03
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ