şənbə günü, 26 sentyabr 2026
     

Əliyevin erməni revanşistlərə xəbərdarlığı Avropanın özünə də xəbərdarlıqdır...

Image


Qulamhüseyn Əlibəyli: “Revanşizm Azərbaycan və Türkiyəyə qarşı olduğundan Avropa strukturlarını narahat etmir”

Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşdə bildirib ki, erməni cəmiyyətində ölkəmizə qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr olduğu üçün biz ayıq olmalıyıq:

“İşğalın fəsadlarını aradan qaldırmaq - bu da çox çətin bir prosesdir. Azərbaycan xalqı erməni xalqına heç bir pislik etməmişdir. Onların bizə olan nifrətinin səbəblərini yəqin ki, psixiatrlar, psixoloqlar, həkimlər araşdırmalıdırlar. Nə qədər ki, Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, bir o qədər də biz ayıq olmalıyıq”.

Avropanın qurumları olan AŞPA, Avropa Parlamenti və digər qurumlar niyə öz hesabatlarında Ermənistanda hələ də revanşist qüvvələrin olduğuna və bölgədə sülh xatirinə erməni revanşçılarının islah edilməsinə diqqət çəkmir? Hər şeydən danışırlar, amma Rusiyayönümlü qüvvələrdən, müharibə tərəfdarlarından danışmırlar. Niyə?

Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəyli Avropa təsisatlarının sözügedən məsələlərdə susqunluq nümayiş etdirməsini onların riyakarlığı və digər faktorlarla əlaqələndirdi: “Bu məsələ daha çox Avropa institutlarının geosiyasi prioritetləri və çoxvektorlu diplomatiyası ilə bağlıdır. AŞPA, Avropa Parlamenti və digər Avropa institutlarının Ermənistandakı revanşist meyllərə münasibətdə ehtiyatlı davranması, özünü bir növ görməməzliyə vurması müəyyən amillərlə şərtlənir. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, “revanşist qüvvə” ifadəsi daha çox Azərbaycan mediasında işlədilir. Bizim revanşistlər dediyimiz qüvvələr Ermənistan cəmiyyətində Azərbaycana və Türkiyəyə münasibətdə nifrət hissi ilə yaşayan siyasi və hərbi qüvvələrdir. Onlar xəyali “Böyük Ermənistan” xəstəliyinə tutulmuş, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə barışmaq istəməyən, imkan düşərsə Azərbaycan ərazilərini yenidən işğal edəcəkləri ilə hədələyən, yeni müharibə tərəfdarı olan siyasətçi və hərbçilərdir. Rusiyayonümlü bu qüvvələr Ermənistan cəmiyyətinin müəyyən hissəsi tərəfindən dəstəklənir. Ona görə də cənab prezident haqlıdır: erməni cəmiyyətində revanşistlərin olmasından ilk növbədə biz narahat və ayıq olmalıyıq. Əslində Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi, Türkiyə və Azərbaycanın bölgədə nüfuzlu və təsirli dövlətlərə çevrilməsi, söz sahibi olması fonunda sülh prosesi Avropa strukturlarını ciddi narahat edir. Azərbaycana qarşı qərəzli qətnamələr də məhz bu narahatlıqlardan qaynaqlanır. Bu narahatlıqlar fonunda Azərbaycan və Türkiyə əleyhinə fəaliyyətdə Fransa aparıcı rol oynayır. Fransa son dövrlər Cənubu Qafqaz və Türkiyə ətarafındakı bölgələrdə təkcə diplomatik deyil, həm də praktiki fəallığını artırır. Ermənistanla və yunan Kipri ilə strateji müttəfiqlik və hərbi əməkdaşlıq haqqında sazişlərin bağlanması, Cənubi Kiprdə "humanitar missiyalar" adı altında Fransa hərbi kontingentinin yerləşdirilməsi haqqında yeni sazişin imzalanmasına hazırlıq bunu bir daha təsdiq edir. Bu baxımdan Ermənistandakı revanşizm Azərbaycan və Türkiyəyə qarşı olduğundan Avropa strukturlarını ümumiyyətlə narahat etmir. Ona görə də Avropa institutları açıq şəkildə “Ermənistanda revanşizm var” ifadəsini işlətməkdən çəkinirlər”.

Q. Əlibəyli hesab edir ki, Avropa institutları bir tərəfdən, Avropanın hərbi təhlükəsizliyinin təmin olunmasında Türkiyənin, enerji təminatında Azərbaycanın rolunu qəbul edir və bu dövlətlərlə əməkdaşlıqlarını genişləndirmək niyyətlərini bəyan edirlər: “Digər tərəfdən isə Türkiyə və Azərbaycanı güclü deyil, zəif, “sözəbaxan” görmək istəyir və Ermənistan vasitəsilə Cənubi Qafqazda möhkəmlənmək istəyirlər. Bu baxımdan revanşist qüvvələrə Türkiyə və Azərbaycana mümkün təzyiq mexanizmi kimi baxırlar. Başqa sözlə, Avropa strukturlarının Ermənistanda hələ də revanşist qüvvələrin olmasına heç bir diqqət yetirməməsi bütövlükdə kollektiv Avropanın geosiyasi maraqları və həmin maraqların təmin olunmasına yönəlik çoxstandartlı Cənubi Qafqaz siyasəti ilə əlaqədardır.

1. “Revanşizm” siyasi-hüquqi baxımdan çətin ölçülən kateqoriyadır. Beynəlxalq təşkilatlar adətən: insan hüquqları, seçki standartları, hüququn aliliyi, humanitar vəziyyət, sərhəd insidentləri kimi daha konkret və ölçülə bilən məsələlərə fokuslanırlar. “Revanşist qüvvə” anlayışı isə çox vaxt siyasi qiymətləndirmə hesab olunur. Ona görə də Avropa institutları açıq şəkildə “Ermənistanda revanşizm var” ifadəsini işlətməkdən çəkinirlər; çünki bunu daxili siyasi spektrə müdaxilə kimi təqdim etmək mümkündür.

2. Avropa institutları balanslı vasitəçi obrazını qorumağa çalışır. Xüsusilə Avropa İttifaqı, Avropa Şurası Cənubi Qafqazda özlərini vasitəçi və sabitləşdirici aktor kimi təqdim etməyə çalışırlar. Buna görə bir tərəfin siyasi diskursunu tam qəbul edən ritorikadan yayınırlar.Həm Bakı, həm də İrəvanla işləmək imkanını saxlamağa çalışırlar. Bu səbəbdən onların sənədlərində daha çox:

“etimad quruculuğu”, “barışıq”, “kommunikasiyaların açılması”, “sülh müqaviləsi” kimi neytral terminlər istifadə olunur.

3. Ermənistanda daxili siyasi parçalanma faktoru var. Reallıqda Ermənistanda keçmiş hakimiyyət dairələri, radikal millətçi qruplar, diasporun müəyyən hissəsi arasında revanşist ritorika mövcuddur. Lakin Avropa institutları hesab edir ki, bu qüvvələr dövlət siyasəti ilə tam eyniləşdirilə bilməz. Hazırkı hökumətin rəsmi xətti formal olaraq sülh danışıqlarını dəstəkləyir. Buna görə onlar daha çox hökumətin rəsmi mövqeyinə əsaslanırlar.

4. Geosiyasi yanaşma, Avropa üçün əsas prioritetlər bölgədə yeni müharibənin qarşısını almaq, Rusiyanın təsirinin azalması, enerji və nəqliyyat marşrutlarının təhlükəsizliyi, regional sabitlikdir. Bu baxımdan Avropa institutları düşünə bilər ki, Ermənistanda revanşizm mövzusunu çox sərt qabartmaq, daxili radikallaşmanı artıra, sülh prosesini zəiflədə, Ermənistanı daha çox Rusiyaya yaxınlaşdıra bilər.

5. Selektiv yanaşma barədə tənqidlər mövcuddur. Azərbaycanda və bir sıra beynəlxalq ekspert dairələrində tez-tez belə tənqid olunur ki, Avropa institutları Ermənistan cəmiyyətindəki militarist və revanşist çağırışlara kifayət qədər sərt reaksiya vermir. Bəzi hesabatlarda balans pozulur. Azərbaycanın təhlükəsizlik narahatlıqları lazımi səviyyədə nəzərə alınmır. Digər tərəfdən, Avropa qurumları isə özlərini insan hüquqları yönümlü, normativ diplomatiya aparan, eskalasiyanı azaltmağa çalışan institutlar kimi təqdim edirlər.

6. Bununla belə, dolayısı ilə müəyyən mesajlar verilib. Bəzi Avropa rəsmiləri və sənədlərində, regionda nifrət ritorikasından uzaqlaşmaq, sülh müqaviləsinin tez bağlanması, sərhədlərin tanınması, ərazi iddialarından imtina kimi çağırışlar səsləndirilib. Bu çağırışlar dolayısı ilə revanşist yanaşmalara qarşı mesaj hesab oluna bilər, amma adətən konkret siyasi qüvvələrin adı çəkilmir. Nəticə etibarilə, məsələ daha çox beynəlxalq təşkilatların diplomatik dili, siyasi balans siyasəti, geosiyasi hesablamaları və “revanşizm” anlayışının hüquqi baxımdan qeyri-müəyyənliyi ilə bağlıdır. Bu isə Azərbaycanda çox zaman “ikili standart” və ya “problemin adının açıq qoyulmaması” kimi qiymətləndirilir”.

Vidadi ORDAHALLI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

25.09.2026 / 15:16
Hörmüz boğazı 7 gündən sonra açılacaq - İrandan Vaşinqtona yeni təklif...

25.09.2026 / 15:07
Zaqatalada əməliyyat - iranlıdan aldığı narkotiki satarkən yaxalandı...

25.09.2026 / 14:55
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

25.09.2026 / 14:46
"Azərbaycan Orta Dəhlizin inkişafında mühüm mövqeyə malikdir" - ABŞ səfirliyinin müvəqqəti işlər vəkili

25.09.2026 / 14:30
İkinci Beynəlxalq İnvestisiya Forumunda ölkəmizin regionlar arasında strateji keçid kimi rolu müzakirə olundu

25.09.2026 / 14:25
Rusiya Kiyevdə Ali Ədliyyə Şurasının binasını vurdu… - FOTO

25.09.2026 / 14:12
Dövlət qulluğuna qəbul elə çətinləşdirildi ki, tək-tək adamlara qismət olacaq...

25.09.2026 / 14:02
Zəngəzurun açılması üçün sürətləndirici mexanizmlər işə salınır...

25.09.2026 / 13:59
Xüsusi şərtlərlə pensiyaya çıxan dövlət qulluqçularının pensiyaları dəyişildi

25.09.2026 / 13:45
Ukraynanın dron zərbələri Rusiyanın daha bir neft zavodunu iflic etdi…

25.09.2026 / 13:42
Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

25.09.2026 / 13:32
Vaşinqton Ukrayna-ABŞ-Rusiya danışıqlarının BƏƏ-də keçirilməsini təklif etdi…

25.09.2026 / 12:58
Bu şəxslərə dövlət qulluğu vəzifəsini tutmaq qadağan edilir...

25.09.2026 / 12:43
Suraxanıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

25.09.2026 / 12:38
"İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır" - Prezident İlham Əliyev

25.09.2026 / 12:29
Prezident: "TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək"

25.09.2026 / 12:26
"Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır" - Prezident

25.09.2026 / 12:21
Mikayıl Cabbarov Azərbaycanın iqtisadi inkişafında rol oynayan əsas amilləri açıqladı

25.09.2026 / 12:19
Prezident “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib - FOTO

25.09.2026 / 12:05
Prezident İlham Əliyev İrakli Kobaxidzeyə zəng etdi

25.09.2026 / 12:03
Prezident 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət etdi

25.09.2026 / 12:02
Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:47
Prezident “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:34
“Birliyin Gücü – 2026” təlimində aviasiya vasitələri şərti hədəflərə zərbələr endirdi - FOTO/VİDEO

25.09.2026 / 11:21
Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul etdi - FOTO

25.09.2026 / 11:05
Məhkəmə Trampı jurnalistləri Ağ Evə buraxmağa vadar etdi

25.09.2026 / 10:59
Azərbaycanın Mərkəzi Asiyada hərbi təsir gücü də sürətlə artır

25.09.2026 / 10:38
Xəzərdə itkin düşən daha iki qazax hərbçinin meyiti tapıldı...

25.09.2026 / 10:15
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir

25.09.2026 / 10:02
Formula 2 - Sprint yarışında zəncirvari qəza baş verib

25.09.2026 / 09:10
Azərbaycan və Ermənistan birbaşa dialoqu davam etdirmək barədə razılığa gəldi - FOTO

25.09.2026 / 07:25
Bu dəfə Netanyahunun “radar”ında Nyu-York meridir - qarşılıqlı ittihamlar baş alıb getdi

25.09.2026 / 07:10
Qazaxıstanda hərbi təlimdə faciə - 12 hərbçi Xəzərdə batdı…

25.09.2026 / 06:52
Çin lideri Trampla görüş öncəsi “şərti şumda kəsdi” - həm də 4 şərti…

24.09.2026 / 23:37
İran qonşu ölkələrdəki hava limanlarını bağlamaqla hədələdi - ABŞ-a qoşulsalar...

24.09.2026 / 23:18
“Üç dövlətin taleyi: İngiltərənin Azərbaycan siyasəti (1918–1920)”

24.09.2026 / 22:14
“Azərbaycandan da qaz alacağıq” - Ermənistan TŞ katibi

24.09.2026 / 21:55
Paşinyan hakimiyyəti ilə diaspor arasında ölüm-dirim savaşı başladı

24.09.2026 / 21:32
BMT-də Tramp-Pezeşkian görüşü baş tutmadı...

24.09.2026 / 21:16
İran səfiri Azərbaycanla Ermənistan arasında “real güc balansı” deyilən ziyanlı narrativ verdi...

24.09.2026 / 20:50
Türk dünyasında hərbi təlimə - hələlik 3 dövlət qatıldı - İlham Əliyev tarixi təşəbbüs qaldırdı...

24.09.2026 / 20:33
Milyarder Əlişir Usmanova görə Zelenski Makronu bağışlamayacaq...

24.09.2026 / 20:31
Nazirlər Kabinetində geniş iclas keçirilib

24.09.2026 / 20:16
Naxçıvanın Qızıldağ massivində sovet dövründəki “erməni qəsdi” açılır... Prezident ipucu verdi...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ