şənbə günü, 26 sentyabr 2026
     

Si Trampa doğru bir addım da atmadı - çox ilginc qarşılanma...

Image


Abutalıb Səmədov: "Si Cinpindən yalnız Tramp yox, əksər dövlət başçıları çox şey öyrənə bilərlər və öyrənməlidirlər"

Mərasim zalında iki lider üz-üzə dayanıb. Zal sakitdir, arxada bayraqlar və kameralar var.

Donald Tramp inamlı addımlarla irəli gəlir. Qolları yanlarında sərbəstdir, addımları sürətlidir, sanki söhbətə birinci başlamaq istəyir. Onun bədən dili “mən təşəbbüsü ələ alıram” deyir.

Si Cinpin isə yerindən tərpənmir. Düz qamət, əllər önündə birləşmiş, üzündə dəyişməyən ifadə. Bir addım da atmadan gözləyir. Sakitlik və təmkin hissi yaradır. Sanki “mən buradayam, gəl mənə çat” mesajı verir.

İki fərqli stil bir kadrda toqquşur: Trampın hərəkəti və Şinin hərəkətsizliyi. Kameralar bu anı tutur, arxada protokol işçiləri və mühafizəçilər səhnəni müşahidə edir. Qısa pauzadan sonra əl sıxma baş verir, amma o saniyəlik kontrast sosial şəbəkələrdə müzakirənin əsas mövzusuna çevrilir.

Bu səhnənin diplomatik dildə izahı nədən ibarətdir?

Trampın addımlayaraq Siyə yaxınlaşması, Sinin isə yerindən tərpənmədən gözləməsi ilk baxışda güc və status oyunu kimi görünür.

Çin diplomatiyası üçün sakitlik və hərəkətsiz dayanmaq nəzarət və təmkin siqnalıdır. Si yerindən tərpənməyərək mesaj verir ki, təşəbbüs məndə deyil, amma məni gözləmək lazımdır. Bu, “ev sahibi” və ya “statusca bərabər” mövqeyinin vizual ifadəsidir. Sosial şəbəkələrdə bunu “özünəinam nümayişi” kimi şərh etmələrinin səbəbi də budur.

Trampın irəli addımlaması isə onun danışıqlarda şəxsi təşəbbüsü ələ alma, söhbəti idarə etmə üslubudur. Bu, dostcasına yaxınlaşma kimi də oxuna bilər, üstünlük nümayişi kimi də. Bu Trampın tipik davranışıdır: əl sıxmaq üçün özü yaxınlaşır, məsafəni özü müəyyən edir.

Belə görüşlərin dayanma nöqtəsi, kimin kimə yaxınlaşacağı, foto üçün poza çox vaxt təhlükəsizlik və mərasim xidmətləri tərəfindən əvvəlcədən razılaşdırılır. Kameraların bucağı, işıq, fon hamısı hesablanır. Yəni gördüyümüz səhnə spontan ola bilər, amma çox vaxt rejissorluğu var.

İki liderin bədən dili əslində ölkələrinin mövqeyini göstərir. Çin “sakit güc” imici qurur, Tramp isə “aktiv və təşəbbüskar” lider obrazını saxlayır. Hər ikisi daxili auditoriyaya və beynəlxalq ictimaiyyətə mesaj verir.

Yəni bu kadr ya doğrudan status mübarizəsinin anıdır, ya da hər iki tərəfin PR komandalarının istədiyi kadrdır. Əsl məna isə görüşdən sonra verilən bəyanatlarda və əldə olunan razılaşmalarda üzə çıxır.

Politoloq Abutalıb Səmədov "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, iki dövlət başçısının görüşü adətən həmin dövlətlər ətrafında mövcud olan vəziyyəti açıq şəkildə nümayiş etdirir.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trump dəfələrlə qeyd edib ki, ABŞ həm iqtisadi, həm də hərbi baxımdan birinci supergücdür. Çin isə bu iki istiqamətdə ABŞ-dan xeyli geri qalır. Lakin bu gün keçirilən görüş, aralarında ciddi güc fərqi olan iki dövlət başçısının görüşündən daha çox, bərabər gücə malik ölkələrin liderlərinin görüşünü xatırladıb.

Səmədov bildirib ki, Donald Trump Çin lideri ilə digər dövlət başçıları ilə görüşdüyü kimi görüşməyib. Adətən Tramp əl verərkən qarşı tərəfin əlini özünə doğru çəkir və bu, bir çox hallarda xoşagəlməz davranış kimi qiymətləndirilir. Lakin o, Vladimir Putin ilə görüşlərdə olduğu kimi deyil, Çin lideri ilə görüşdə həmin ənənəvi jesti nümayiş etdirməyib.

Müsahibin fikrincə, Si Cinpin özünə və dövlətinə güvənən, ölkəsinin gələcəyini aydın görən, qlobal prosesləri düzgün proqnozlaşdıran və ona dost olan dövlətlərlə balanslı münasibətlər quran siyasətçi kimi davranıb. Trampın ona "böyük şəxsiyyət" deməsinə baxmayaraq, qarşı tərəfdən eyni səviyyədə cavab gəlməyib.

Səmədovun fikrincə, Si Cinpin anlayır ki, bu gün Trampın ona daha çox ehtiyacı var. Onun fikrincə, həm Ukrayna məsələsinin həllində, həm də İranla bağlı münaqişənin ABŞ-ın istədiyi kimi başa çatmasında Çin həlledici rol oynaya bilər. Buna görə də Çin lideri davranışında özünəinam nümayiş etdirib.

Politoloq qeyd edib ki, Çinin də ABŞ-dan gözləntiləri var. Məsələn, Tayvan məsələsi Çin üçün çox ciddi problemdir. Pekin bu problemi silahlı yolla deyil, siyasi və diplomatik vasitələrlə həll etmək istəyir. Bu da Çinin daha müdrik və uzunmüddətli siyasət apardığını göstərir.

Onun sözlərinə görə, Çin istəyir ki, ABŞ “vahid Çin” prinsipini tanımaqla kifayətlənməsin, eyni zamanda Tayvanı müstəqil dövlət kimi tanımadığını və tanımayacağını açıq şəkildə bəyan etsin. Çinin ABŞ-dan əsas gözləntilərindən biri məhz budur.

İkinci mühüm məsələ isə iqtisadi sahə ilə bağlıdır. Ticarət rüsumları, qarşılıqlı iqtisadi məhdudiyyətlər və ABŞ-ın yaratdığı bəzi problemlər Çin iqtisadiyyatına mənfi təsir göstərir. Eyni zamanda, ABŞ-ın da Çindən ciddi iqtisadi gözləntiləri var.

Səmədov bildirib ki, Tramp ilk görüşlərdən birində açıq şəkildə amerikalı iş adamlarının Çində daha sərbəst fəaliyyət göstərməsini tələb edib. Halbuki, Çində xarici biznes üçün kifayət qədər imkanlar mövcuddur və əks halda bu qədər xarici şirkət orada fəaliyyət göstərə bilməzdi.

O əlavə edib ki, budəfəki səfərdə Donald Trump özü ilə çoxlu sayda iş adamı aparıb və onlar səfər zamanı Çin tərəfdəki tərəfdaşları ilə danışıqlar apararaq yeni razılaşmalar əldə etməyə çalışacaqlar.

Səmədovun fikrincə, dünyanın iki supergücünün liderləri müzakirə edəcəyi çoxsaylı məsələlər var. Bu görüşdə İran məsələsi xüsusi yer tutur. Çin İrana təsir imkanlarına malik əsas ölkələrdən biridir və ABŞ-ın təklif etdiyi sülh planının İran tərəfindən qəbul olunmasında həlledici rol oynaya bilər. Əgər bu baş verərsə, növbəti mərhələdə hərbi müdaxiləyə ehtiyac qalmaya bilər. Əks halda isə Trampın hərbi əməliyyatlara yenidən başlama ehtimalı gündəmdə qala bilər.

Eyni zamanda, görüşdə Ukrayna məsələsinin də müzakirə ediləcəyi gözlənilir. Bu məsələdə Vladimir Putinə təsir göstərilməsi ehtiyacı var və ABŞ bu istiqamətdə Çindən dəstək gözləyir.

Politoloq bildirib ki, dünya artıq iki supergücün - ABŞ və Çinin müzakirə və qərarlarına daha çox bağlıdır, çünki qlobal sabitlik əsasən onların mövqeyindən asılıdır. Rusiya isə əvvəlki dövrlə müqayisədə dünya lideri kimi bir qədər arxa plana keçsə də, hərbi supergüc olaraq təsirini qoruyur və onunla hesablaşmaq zəruridir.

Səmədov əlavə edib ki, Si Cinpinin hazırkı mövqeyinin arxasında Deng Şiaoping tərəfindən 1979-cu ildə başladılan islahatların verdiyi güc dayanır. Çin tələsmədən, səssiz və mərhələli şəkildə inkişaf edərək bu gün dünyanın ikinci, bəzi göstəricilərə görə isə hətta birinci iqtisadi gücünə çevrilib.

O qeyd edib ki, Si Cinpin az danışan, lakin dəyərli və ölçülü bəyanatlar verən liderdir. Çinin inkişaf modelinin əsasında məqsədyönlülük, ağıllı siyasət və qarşıdurmadan qaçmaq dayanır.

Sonda politoloq vurğulayıb: “Si Cinpindən yalnız Tramp yox, əksər dövlət başçıları çox şey öyrənə bilər və öyrənməlidirlər.”

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

25.09.2026 / 15:16
Hörmüz boğazı 7 gündən sonra açılacaq - İrandan Vaşinqtona yeni təklif...

25.09.2026 / 15:07
Zaqatalada əməliyyat - iranlıdan aldığı narkotiki satarkən yaxalandı...

25.09.2026 / 14:55
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

25.09.2026 / 14:46
"Azərbaycan Orta Dəhlizin inkişafında mühüm mövqeyə malikdir" - ABŞ səfirliyinin müvəqqəti işlər vəkili

25.09.2026 / 14:30
İkinci Beynəlxalq İnvestisiya Forumunda ölkəmizin regionlar arasında strateji keçid kimi rolu müzakirə olundu

25.09.2026 / 14:25
Rusiya Kiyevdə Ali Ədliyyə Şurasının binasını vurdu… - FOTO

25.09.2026 / 14:12
Dövlət qulluğuna qəbul elə çətinləşdirildi ki, tək-tək adamlara qismət olacaq...

25.09.2026 / 14:02
Zəngəzurun açılması üçün sürətləndirici mexanizmlər işə salınır...

25.09.2026 / 13:59
Xüsusi şərtlərlə pensiyaya çıxan dövlət qulluqçularının pensiyaları dəyişildi

25.09.2026 / 13:45
Ukraynanın dron zərbələri Rusiyanın daha bir neft zavodunu iflic etdi…

25.09.2026 / 13:42
Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

25.09.2026 / 13:32
Vaşinqton Ukrayna-ABŞ-Rusiya danışıqlarının BƏƏ-də keçirilməsini təklif etdi…

25.09.2026 / 12:58
Bu şəxslərə dövlət qulluğu vəzifəsini tutmaq qadağan edilir...

25.09.2026 / 12:43
Suraxanıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

25.09.2026 / 12:38
"İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır" - Prezident İlham Əliyev

25.09.2026 / 12:29
Prezident: "TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək"

25.09.2026 / 12:26
"Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır" - Prezident

25.09.2026 / 12:21
Mikayıl Cabbarov Azərbaycanın iqtisadi inkişafında rol oynayan əsas amilləri açıqladı

25.09.2026 / 12:19
Prezident “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib - FOTO

25.09.2026 / 12:05
Prezident İlham Əliyev İrakli Kobaxidzeyə zəng etdi

25.09.2026 / 12:03
Prezident 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət etdi

25.09.2026 / 12:02
Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:47
Prezident “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:34
“Birliyin Gücü – 2026” təlimində aviasiya vasitələri şərti hədəflərə zərbələr endirdi - FOTO/VİDEO

25.09.2026 / 11:21
Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul etdi - FOTO

25.09.2026 / 11:05
Məhkəmə Trampı jurnalistləri Ağ Evə buraxmağa vadar etdi

25.09.2026 / 10:59
Azərbaycanın Mərkəzi Asiyada hərbi təsir gücü də sürətlə artır

25.09.2026 / 10:38
Xəzərdə itkin düşən daha iki qazax hərbçinin meyiti tapıldı...

25.09.2026 / 10:15
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir

25.09.2026 / 10:02
Formula 2 - Sprint yarışında zəncirvari qəza baş verib

25.09.2026 / 09:10
Azərbaycan və Ermənistan birbaşa dialoqu davam etdirmək barədə razılığa gəldi - FOTO

25.09.2026 / 07:25
Bu dəfə Netanyahunun “radar”ında Nyu-York meridir - qarşılıqlı ittihamlar baş alıb getdi

25.09.2026 / 07:10
Qazaxıstanda hərbi təlimdə faciə - 12 hərbçi Xəzərdə batdı…

25.09.2026 / 06:52
Çin lideri Trampla görüş öncəsi “şərti şumda kəsdi” - həm də 4 şərti…

24.09.2026 / 23:37
İran qonşu ölkələrdəki hava limanlarını bağlamaqla hədələdi - ABŞ-a qoşulsalar...

24.09.2026 / 23:18
“Üç dövlətin taleyi: İngiltərənin Azərbaycan siyasəti (1918–1920)”

24.09.2026 / 22:14
“Azərbaycandan da qaz alacağıq” - Ermənistan TŞ katibi

24.09.2026 / 21:55
Paşinyan hakimiyyəti ilə diaspor arasında ölüm-dirim savaşı başladı

24.09.2026 / 21:32
BMT-də Tramp-Pezeşkian görüşü baş tutmadı...

24.09.2026 / 21:16
İran səfiri Azərbaycanla Ermənistan arasında “real güc balansı” deyilən ziyanlı narrativ verdi...

24.09.2026 / 20:50
Türk dünyasında hərbi təlimə - hələlik 3 dövlət qatıldı - İlham Əliyev tarixi təşəbbüs qaldırdı...

24.09.2026 / 20:33
Milyarder Əlişir Usmanova görə Zelenski Makronu bağışlamayacaq...

24.09.2026 / 20:31
Nazirlər Kabinetində geniş iclas keçirilib

24.09.2026 / 20:16
Naxçıvanın Qızıldağ massivində sovet dövründəki “erməni qəsdi” açılır... Prezident ipucu verdi...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ