Bu gün Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin təsis edilməsindən 4 il ötür. Ötən dörd il ərzində mərkəzimiz həm yerli, həm də beynəlxalq müstəvidə siyasi proseslərin təhlili, strateji proqnozlaşdırma və diplomatik müzakirələr üçün mühüm platformaya çevrilmişdir.
Dörd illik təcrübəmiz bizə göstərir ki, sürətlə dəyişən dünyada çevik analiz və doğru informasiya hər daim vacib amildir. BMDAM olaraq, növbəti illərdə də milli maraqlarımızı rəhbər tutaraq daha genişmiqyaslı layihələrə imza atmağı, rəqəmsal diplomatiya və qlobal təhlükəsizlik mövzularında tədqiqatlarımızı dərinləşdirməyi hədəfləyirik.
İRADƏ