Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Prezidentin dil barədə sərəncamına bütün dairələrdən reaksiya var...

Image


Azərbaycanda Dövlət Dil Komissiyasının yeni tərkibi müəyyənləşəcək. Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının yeni tərkibi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.

Maraqlıdır, Dövlət Dil Komissiyasının yeni tərkibi necə formalaşmalıdır?

Bahəddin Həzi: “Dil komissiyasında təmsil olunanların bəziləri görürsən heç dili yaxşı bilmir, bu məsələlərə, ümid edirəm, diqqət göstərilər və seçim düzgün aparılar”

Jurnalist, yazıçı-publisist, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Bəzi “Bakı-Xəbər”ə açıqlamasında bunları qeyd etdi: “Sözün doğrusu, bu bir prosedur və bir də seçim məsələsidir. Prosedur fərmandan da məlumdur: Nazirlər Kabineti formal və ya ilkin təkliflər verəcək, ölkə Prezidentinin müvafiq xidmətləri isə bu təklifləri araşdırıb, ona uyğun rəy verəcəklər. Ancaq son qərarı, təbii ki, Prezident verəcək. Bu, dediyim kimi, məsələnin rəsmi - prosedur tərəfidir, mütəxəssis işi, hüquq ekspertizası və siyasi qərar hissəsidir. Mahiyyətə gəldikdə, söhbət Dövlət Dil Komissiyasının gələcək tərkibinin effektivliyindən, dilin saflaşdırılması, yad təsirlərdən qorunması və alınma sözlərlə doğru zənginləşdirilməsi, doğru-düzgün istifadəsindən gedirsə, burda artıq işin rəngi dəyişir. Əlbəttə ki, Dövlət Dil Komissiyasına dilçi alimlər, bu sahənin mütəxəssisləri daxil ediləcək. Ən azı ekspert, yaxud işçi qruplarına cəlb ediləcəklər. Ancaq dilimizlə gündəlik, praktik məşğul olanlar var. Bunlar yazıçılar, nəşriyyat və mətbuat redaktorları, ədəbi və publisistik nəşrlərin redaktorları, jurnalistlərdir. Yanlış anlaşılmasın: bu bizim hansısa bir rəsmi qurumda təmsilçilik iddiamızla bağlı deyil. Sadəcə, dili gündəlik istifadə edən, cilalayan, zənginləşdirən insanlar var. Məsələn, sizin gündəlik çıxan qəzetiniz, gün boyu yenilənən saytınız var. Bu resursların başında duran şəxs kifayət qədər peşəkar təcrübə toplamış, siyasi fəaliyyət və yaradıcılıq yollarında saç ağartmış, dili dərindən duyan, bilən və fasiləsiz olaraq istifadə edən yetkin bir şəxs, Əməkdar jurnalist, tanınmış publisistdir. Belə adamlar öz sahəsinin ustadı sayılır. Niyə belə mütəxəssislər Dövlət Dil Komissiyasında olmasın?! Təbii ki, olsalar, çox fayda verərlər. Eləcə də, orta və ali məktəblərdə dil-ədəbiyyat fənni üzrə təcrübəli və savadlı müəllimlər buraya ən azı ekspert səviyyəsində cəlb oluna bilər. Dil Komissiyasında təmsil olunanların bəziləri görürsən heç dili yaxşı bilmir. Bu məsələlərə, ümid edirəm, diqqət göstərilər və seçim düzgün aparılar”.

Faiq Ələkbərli: “Əsas niyyətimiz azərbaycan dilinin ümumi türk dilinə aid olduğunu hər kəsə sübüt etməkdir”

AMEA-nın əməkdaşı, türkoloq-alim Faiq Ələkbərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, növbəti dil komissiyasının tərkibi daha ürəkaçan olacaq: “Məlumdur ki, öncəki dil komissiyasının tərkibində olanlar yalnız müəyyən vəzifələrdə çalışdıqlarına görə orada yer alırdılar. Ümid edirik ki, bu səfər sırf azərbaycan dili, azərbaycan türkcəsinin mahiyyətini anlayanlar, inkişaf etdirmək istəyənlər komissiyanın tərkibində olacaq. Əsas məsələ odur ki, azərbaycan türkcəsi müstəqil inkişaf yolu keçir və keçməkdədir. Dil Komissiyasının bu ruhda olması önəmlidir. Artıq Sovet dövrünün ənənələrindən, bununla yanaşı, ərəb-fars kəlmələrindən aralaşmaq lazımdır. Düzdür, dilimizdə ərəb-fars mənşəli, beynəlmiləl sözlər olacaq, ancaq bu çox olmamalıdır. Əsas niyyətimiz azərbaycan dilinin ümumi türk dilinə aid olduğunu hər kəsə sübüt etməkdir. Dillə bağlı hazırlanacaq ensiklopediyalar, lüğətlər, nəşrlər buna uyğun olmalıdır. Bu səbəbdən də yeni tərkibin qeyd etdiyim ruhda formalaşacağına inanıram”.

Aydın Xan Əbilov: “Dillə bağlı müəyyən gözləntilərimiz var, bu da texnologiya dövründə azərbaycan dilinin inkişaf etdirilməsidir”

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananin təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, azərbaycan dili artıq dünya dilləri içərisində oturuşmuş, bir çox istiqamətlər üzrə inkişaf etmiş ünsiyyət vasitəsinə çevrilib: “Dünyanın hər bir yerində olan azərbaycanlılar, o cümlədən, bizimlə təmasda olan xaricilər, qarışıq nikahlardan dünyaya gələn uşaqlar artıq bu dili mənimsəyib. Bu səbəbdən də azərbaycan dili ümumtürk dilləri içərisində Türkiyə türkcəsindən sonra ən çox inkişaf etmiş dildir. Bu baxımdam ümummilli lider Heydər Əliyev, ölkə başçısı İlham Əliyev Azərbaycan dilinin inkişafı ilə bağlı mühum işlər görüb. Belə ki, latın qrafikasına keçid, dünya ədəbiyyatının 150 cildinin Azərbaycanda çap edilib kitabxanalara bağışlanması, həmçinin, azərbaycan dilinin dövlət dili kimi ünsiyyət vasitəsi elan edilməsi dilimizin inkişafını daha da sürətləndirib”.

Həmsöhbətimiz qeyd etdi ki, Dövlət Dil Komissiyasının yaradılması ilə dilimizin hərtərəfli inkişafı, onun bütün üslubları ilə inkişafında maraqlıdır: “Dillə bağlı müəyyən gözləntilərimiz var. Bu da texnologiya dövründə azərbaycan dilinin inkişaf etdirilməsidir. Təəssüf ki, Dövlət Dil Komissiyası yaradılandan bugünə kimi öz fəaliyyətini düzgün icra etməyib. Bu qurumun bəzi üzvləri, demək olar ki, ancaq lağ-lağı obyektinə çevrilib. Belə ki, onlar azərbaycan dilini normal şəkildə bilmədikləri halda, Dövlət Dil Komissiyasının üzvü olublar. Ona görə də Komissiyanın yeni tərkibdə formalaşacağı gözlənilən idi. Hesab edirəm ki, yeni Komissiyanın tərkibində azərbaycan dilinin inkişafına töhfə verən şəxslər iştirak edəcək. İnternet, süni intellekt dövründə azərbaycan dilinin necə inkişaf edəcəyi maraqlıdır. Maraqlıdır, Dövlət Dil Komissiyasında bu istiqamətdə ekspert olacaqmı? O ekspert könüllü olaraq işləyəcək, yaxud dilimizin yeni qatı ilə bağlı peşəkar iş ortaya qoya biləcək? Həmçinin, əlifba ilə də bağlı islahatlar gözləyirik. Belə ki, yazıda bir çox işarələrdən istifadə edirik, ancaq onu əlifbaya gətirməmişik. Ümumiyyətlə, bu kimi məsələlərə aydınlıq gətirilməlidir”.

Ekspert hesab edir ki, dil üslubu ilə bağlı islahat aparılmalıdır: “Bədii, poetik, fəlsəfi dil normaları var. Bununla yanaşı, siyasi, publisist dil üslubuna cavab verəcək islalatlar aparılmalıdır. Təəssüflər olsun ki, hələ də rəsmi tədbirlərdə azərbaycan dili kifayət qədər istifadə olunmur. Həmçinin, internet resurslarında da müəyyən çatışmazlıqlar var, elektron kitabxanalara nəzər yetirmək lazımdır”.

Həmsöhbətimizin fikrincə, azərbaycan dilinin inkişafı ilə bağlı çoxlu işlər görülməlidir. Bu işlər isə köhnə nəslə deyil, yeni nəslə həvalə edilməlidir.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ