Cümə günü, 06 noyabr 2026
     

Azərbaycanda eyni cütlüyə azı 3, çoxu 4 dəfə toy qonaqlığı verilir - əcaibləşən adətlərimiz...

Image


Toy xalqımızın məişət mərasimləri sırasında ən əhəmiyyətli yerlərdən birini tutub. Böyük tarixi yol keçən toy adətlərimiz, təəssüf ki, son illər öz məcrasından çıxarılıb, daha da mürəkkəbləşdirilib, başqa-başqa şəkillərə salınıb.

Məsələ burasındadır ki, ölkənin tanınmış ziyalıları, fikir adamları, mətbuatı toylarımızın sadələşdirilməsinin tərəfdarı kimi çıxış edir, onu ifrat təmtəraqdan, artıq xərcdən çıxarmağa çalışır, amma cəmiyyətimizdə tamam başqa mənzərə görürük, toylar günü-gündən daha da haylı-haraylı olur.

İndi çox mənfi bir tendensiyanın yarandığının da şahidi oluruq. Ailələr evlənən cütlüyə bir yox, bir neçə dəfə toy edir. Bəli, düzgün oxudunuz, bir neçə dəfə toy edir. Çoxlarının yadına gələr, ağsaqqal və ağbirçəklərimiz deyərdi ki, adama bir dəfə toy olar, bir toyun ikinci dəfə təkrarlanmasına qarşı çıxırdılar, bunun nəhs olduğunu deyirdilər.

Bu gün isə görürük ki, günü-gündən toylarımız daha əcaib vəziyyətə düşür. Çox təəssüf ki, yeni toy "adətləri" ortaya atılıb - həm kişi toyu edirlər, yəni məclisə ancaq kişi qonaqları çağırırlar, həm də sonra kişi-qadın qarışıq toy keçirdirlər. Hətta adamların bəziləri tək kişilər üçün edilən toydan imtina edir, “mən toya yalnız xanımımla gedirəm” deyir. Adətlərimiz niyə belə günə qoyulur?Axı ağıllı adamlar toy adətlərinin müəyyən qədər sadələşdirilməsini məqbul saydığı halda niyə toylar daha da mürəkkəbləşdirir?

Bu nədir? Pul yığmaq üçün yeni üsuldur?Əvvəllər eyni cütlük üçün adətən bir dəfə toy edilirdi, indi azı 3, hətta 4 dəfə toy edilir - iki dəfə qız evi, iki dəfə oğlan evi. Bir dəfə kişilər məclisi, bur dəfə qarışıq məclis qurulur. Bu əcaibliyi yaradan səbəb nədir?

Belə adət olar?

İlhamə Qəsəbova: “Toylarımızın əcaib hala düşməsinin, mürəkkəbləşməsinin qarşısını almaq üçün...”

AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova “Bakı-Xəbər”ə bildirdi ki, toyların bu şəkildə əcaib hala salınmasını bir ziyalı kimi o da ürək ağrısı və təəssüflə izləyir. İ.Qəsəbovanın sözlərinə görə, yeni yaranan çirkin tendensiyanın irəliləməsində maraqlı olanlar var və bunlar da həm xalqın mənəvi dəyərlərinə zərbə vurur, həm də pul qazanırlar. “Çox təəssüflər olsun ki, toylarımız mənfi yöndən dəyişikliyə uğrayıb. Toylarımızın milli adət-ənənələrdən, milli xüsusiyyətlərdən, milli psixologiyadan uzaq düşməsinin səbəblərini vurğulamaq istəyirəm. Bu mənfi tendensiyanın başlanğıcı bəylə gəlinin toy salonuna daxil olmasından başlayır. Çünki adətən “Vağzalı” havası çalınmır, bəylə gəlin üçün milli musiqi ifa olunur. Bəylə gəlin zala daxil olmamışdan əvvəldə yüksək tonda xarici musiqilərə yer verilir və bu da milli musiqimizdən köklü şəkildə uzaq düşmək deməkdir. Bəylə gəlin salona daxil olanda onlara xeyir-dua verilməsi ritualı, demək olar ki, icra olunmur. Milli adətlərdən uzaq düşməyin göstəricilərindən biri də bəylə gəlinin şərbət deyil, şərab badəsi qaldırıb camaatın gözü qarşısında içmələridir”.

Kişi və qadın toylarının ayrı və qarışıq keçirilməsinə gəlincə, İ.Qəsəbova bildirdi ki, keçmişdə bəzi bölgələrdə, xüsusən də Bakıda və Bakı ətrafı kəndlərdə qadın və kişi toyları ayrı olurdu, rayon yerlərində isə kişilərlə qadınlar eyni mağarda oturur, amma fərqli stollarda. “Toylarımızın əcaib hala düşməsinin, mürəkkəbləşməsinin qarşısını almaq üçün uzun illərdir ki, təbliğatlar aparılıb, burda təklif olunan sadə prinsiplər icra olunmalıdır. Hesab edirəm ki, toy sahiblərini maarifləndirmə yolu ilə bu əcaiblikdən uzaqlaşmaq olar.

Kişi və qadınların bir yerdə iştirak etdiyi məclisin ortasında xınayaxma mərasiminin icrası da eybəcərlik yaradır. O mənzərəni qadınlarla yanaşı kişilərin də görməsi mənfi haldır. Xınayaxdı mərasimini icra edən qadınların məclisə gəlməsi, gəlməsi ilə bərabər milli ənənələrdən uzaq bəzi sualları vermələri, bəzi məsələlərə toxunmaları, qaynanadan, qohum-əqrabadan pul yığılması üçün lazımsız söhbətlərin ortaya atılması da xınayaxdı mərasiminin milli dəyərlərdən tamamilə uzaq düşdüyünü göstərir. Eybəcər hallar çoxdur.

Çox təəssüflər olsun ki, bəzən özünü kimlərəsə göstərmək, yaxud pul yığmaq xatirinə aiələlər cütlüklərə bir deyil, bir neçə dəfə toy edirlər. Bu yeni “toy adətləri” olduqca eybəcər görünür və milli toy ənənələrimizin təhrif olunmasına gətirib çıxarır.

Toyların günü-gündən mürəkkəbləşməsi, israfçılığın baş alıb getməsi çox narahatlıq doğurur. Toyların belə əcaibləşməsinin səbəbkarı toy sahibidir. Son zamanlar pul yığmaq üçün ortaya atılan üsullardan biri bəylə gəlin qapıdan çıxarkən xəncər qoyub üzərinə pulun düzülməsidir. Hətta bu yaxınlarda eşitdim ki, bu eybəcər mərasim üçün bir ailədən 300 manata qədər pul istəyiblər, bu əməlli-başlı yolkəsənlikdir. Bu bizim qədimdən adətlərimizdə var və buna qapıbasma deyirlər. Qapıbasmanı gənc bir qız da edə bilərdi, amma rayon yerlərində bunu gənc bir oğlan edirdi ki, bəy nəmər verib öz yarını o evdən alıb aparsın. Çünki bir bəyin üzüə açılan qapı bir oğlan uşağının açdığı qapı olsun deyə bunu edirdilər. Yəni onun oğlu olsun və qapını üzünə oğlan uşağı açsın. Qapıbasma adəti də tamamilə təhrif edilib və indi xəncər qoyulur və istədikləri məbləğ xəncərin üzərinə qoyulmasa gəlinə otaqdan çıxmağa icazə verilmir. Bu da pul yığmanın eybəcər üsullarından biridir. Qədim dövrlərdə toyları üç gün də, yeddi gün də etmək olurdu. Burda söhbət həmin gün toy etməkdən, gəlin köçürməkdən getmirdi, o üç və yeddi günün içində toyaqədərki mərasimlər vardı, xınayaxdı, ciyəraxşamı olardı, ciyəraxşamında aşıqlar dastan danışardı, gəlin köçən gün isə evdə toy icra olunurdu. Amma bu gün tamam fərqlidir, o toylar pul yığmaq məqsədilə bir neçə gün davam etdirilir. Bu da milli duyğulardan və milli ruhlardan uzaq düşmək deməkdir.

Bakı toylarında qadın və kişi toylarının ayrı olması bir ənənədir və bu davam edir...Bu bir ənənədir, normal şəkildə davam edir.

Bütün hallarda toylarımızın pul yığmaq naminə bu şəkildə eybəcərləşdirilməsi yolverilməzdir, hesab edirəm ki, bunların qarşısını almaq üçün hansısa bir formada işlər görülməlidir”.

Elyar İslamoğlu: “Müxtəlif adlar altında pul yığmaq üçün bir cütlüyə bir neçə toy edirlər”

Filologiya üzrə fəlsəfə doktoru və AMEA Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisi Elyar İslamoğlu da “Bakı-Xəbər”ə bildirdi ki, toylarımızın təhrif edilməsi halları geniş yayılıb. “Toyların əndazədən çıxması mövzusu çox aktualdır. Doğrudan da, toylarımız günü-gündən daha əcaib vəziyyətə düşür. Əvvəllər toylar bir dəfə edilərdi, çox zaman oğlan və qız evi bir yerdə bu mərasimi keçirərdi. Ancaq indi görürük ki, bir ailə övladına bir deyil, bir neçə toy edir. Düzdür, qədim dastanlarımızdan, nağıllarımızdan oxuyuruq ki, toylar qırx gün qırx gecə, yaxud yeddi gün yeddi gecə olub. Yəqin ki, həmin toyların xərci bugünkü qədər olmayıb. Bir də ki, o vaxt uzaqdan gələnlər də olurdu, onların gəlib toyda iştirakı da nəzərə alınırdı. Ancaq müasir dövrdə toyların bu şəkildə təmtəraqlı keçirilməsi toy sahibinə çox böyük xərc hesabına başa gəlir. Bu da həm restoranlarda qiymət artımına, həm də toy çadırlarının bahalaşmasına gətirib çıxarır. Toya lazım olan hər şeyin qiyməti də həddən artıq bahadır və bu artıq xərclər yeni ailə quran cütlüyün sonrakı həyatına mənfi təsir göstərir, hətta boşanmaya da səbəb olur. Hətta elə olur ki, təmtəraqlı toyla evlənən cüstlüklər qısa müddətdə boşanırlar. Bu da cəmiyyətin böyük problemlərindən biridir. Bu gün əksər hallarda oğlan üçün ayrı toy, qız üçün qız toyu olur, sonra da onlar birlikdə toy edirlər. Hətta qız toyundan əlavə qız üçün xına gecəsi də təşkil olunur. Oğlan üçün də “subaylığın son gecəsi” kimi əcaib yığıncaq keçirilir. Müxtəlif adlar altında pul yığmaq üçün bir cütlüyə bir neçə toy edirlər. Bu da həm oğlan, həm də qız evinə baha başa gəlir. Üstəlik, hələ bəzi bölgələrdə “başlıq pulu” ənənəsi də qalır ki, oğlan evi qız evinə müəyyən məbləğdə “başlıq pulu” verməlidir. Qızların cehizinin tutulması da çox baha qiymətə başa gəlir. Ona görə də yeni qurulan ailə ciddi problemlərlə üzləşir. Buna görə də mütləq toylarımızın sadələşdirilməsi lazımdır...”-deyə E.İslamoğlu bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 18:49
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ