DTX Qaxda əməliyyat keçirdi - icra başçısı və müavinləri saxlandı

Dövlət Təhlükəsizliyi Xidməti Qax rayonunda əməliyyat həyata keçirib.
Trend-in əldə etdiyi məlumata görə, əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb.
DTX Qax Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan vəzifəli şəxslərin hansı qanunsuz əməllərdə təqsirli bilindiyi məlum olub. İcra başçısı Musa Şəkiliyevlə bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmə və digər korrupsiya cinayətləri üzrə araşdırmalar gedir.
İstintaq Dövlət Təhlükəsizliyi Xidmətində aparılır.
İcra başçısı ilə birgə onun müavinləri və bir neçə şəxsin də saxlanıldığı bildirilir.
Qeyd edək ki, o, bu vəzifəyə 2010-cu ildə təyin olunub.