"Universitetdə müəllimlərin 7-8 min manat maaş alması realdır" - UNEC-in rektoru

UNEC-in rektoru Ədalət Muradov universitetin 95 illik yubileyi münasibətilə keçirilən tədbirdə mühüm fikirlər səsləndirib. Rektor bildirib ki, ali təhsil müəssisəsinin ən böyük hədəfi dünyanın ən yaxşı 500 univeristeti siyahısına düşməkdir: "Universitetdə rəqabət mühiti yarada bilmişik. Müəllimlərin maaşı differensial qayda ilə hesabalanaraq ödənilir. Bunu da müəllimlərin reytinqi sistemi əsasında müəyyən edirik. Bununla bağlı xüsusi proqram təminatımız var. Reytinqdə ilk onluqda olan müəllimlərin əmək haqqı 2 dəfə, 11-dən 30-a qədər yer tutanların 70 faizi qədər artırıla bilir. Bu gün universitetdə reytinqdə yer alan müəllimlərin 7-8 min manat maaş alması realdır".
Mətləb Salahov